Ridván Messages
Azerbaijani · Universal House of Justice
Beşillik Planın üç ili arxada qalmışdır. Dördillik Planda hərəkətə gətirilmiş proseslər On İki Aylıq plan ərzində uşaqların Bəhai tərbiyəsinə göstərilən xüsusi diqqət vasitəsilə güclənmiş və bu keçən illər ərzində zəifləmədən davam etdirilmiş(izlənmiş) və indi də əvvəlcədən ümid edilən yüksək gözləmləri doğrultmaqdadır. Dünyanın hər bir yerində Planın üç iştirakçısı – fərd, icma və təsisatlar – hər biri özünün fərqli rolunu oynayaraq biri digərinin fəaliyyətini gücləndirməkdədir. Əsas fəaliyyət növləri, dərnəklər, uşaq dərsləri, və dua məclisləri vacib aspektlər olmuş və qarşılıqlı nailiyyyətləri yüksəltməklə Bəhai icma həyatının bütün başqa elementlərinə də böyük enerji və uğur gətirməkdədir. İnsan resursları çoxalmaqdadır və Yerli Ruhani Məhfillər böyüyən bu cücərtilərin yeni üzə çıxan tələbatlarına cavab verirlər.
Uşaqların Bəhai tərbiyəsi üçün bütün dünyada yaradılmış qabiliyyət qeyri-adi dərəcədə təəssürat yaradır. Yeniyetmələrin ruhani cəhətdən gücləndirilməsi üçün ilkin səylər müvəffəqiyyət qazanmaqdadır. Klasterlərin bir fəaliyyət səviyyəsindən daha yüksək səviyyəyə keçmə hərəkatı yaxşı gedir və bu irəlilədikcə, yaxşı tanınan möminlərin özəyinə geniş dairədə insanlar, hələ bahai olmayan, lakin Planın asas fəaliyyət növlərinə şövqlə daxil olmuş insanlar qoşulurlar. İntensiv böyüməni idarə etmək üçün strukturlar müəyyən sayda qabaqcıl klasterlərdə artıq meydana çıxmaqdadır. Milli Məhfillər, öz ölkələrində olan bütün klasterlərin işi ilə məşğul olmaqla yanaşı, onların malik olduqları insan resurslarını tez, dayanıqlı böyümə mərkəzlərinə çevirən təlim institutları vaitəsilə yetişməsinə qədər təşviq və inkişaf etdirməklə yüksək vədlər verən müəyyən prioritet(tərcih olunan) klasterlərə xüsusi diqqət ayırmağın dəyərini öyrənmişlər.
Əvvəlcədən də göründüyü kimi, təlim institutu özünün böyümənin mühərriki olmasını sübut etməkdədir. Özlərinin müvafiq icmalarınını imkanlarını və ehtiyaclarını qiymətləndirməklə, Milli Məhfillərin böyük əksəriyyəti hesab edərək ki, Ruhi İnstitutu tərəfindən tərtib olunan kurs materialları Planın tələblərinə çox yaxşı cavab verir, onları istifadə üçün qəbul etmişlər. Bunun paralel(uzlaşan) bir faydası da olmuşdur ki, eyni bir material brir çox dillərə tərcümə olunmuşdur və Bəhailər haraya getsələr, görürlər ki, başqa dostlar da eyni yolla gedir və eyni kitab və metodlarla tanışdırlar.
Bir-birinə zidd anlayış və maraqlarla parçalanmış nizamsız beynəlxalq cəmiyyət, artan terrorizmin, qanunsuzluq və korrupsiyanın hücumuna məruz qalmış və iqtisadi müflisləşmənin, yoxsulluq və xəstəliyin təsirindən erroziyaya uğramışdır. Bunun ortasında, ilahidən gələn baxışla ilhamlanmış Bəhai İcması məhkəm bünövrə üzərində qurulmaqla, indi həyata keçirilən prosesdən keçməklə güc üzərində böyüyərək və sadəcə görüntü yaradan gerilələmələrdən qorxmayaraq getdikcə daha çox nəzərə çarpmaqdadır. Bəhai dünyasının gözlənilməyən şəraitlərə cavab vermək qabiliyyətinə bir nümunə bir il əvvəl baş verdi, o zaman ki, çoxlu təhlükələr Beynəlxalq Bəhai Qurultayını təxirə salmağı tələb etdi; Ümumdünya Ədalət Evinin seçkiləri lazımi şəkildə keçdi və Plan bir addım da geri qalmadan irəli getdi. Eyni zamanda, İraqda həyat şərtlərini pozulması və qarışıqlığa baxmayaraq, o ölkədəki Bəhailərlə əlaqə qurmaq mümkün olmuş və onların Yerli Ruhani Məhfilləri bərpa olunmuşdur. İndi biz böyük şadlıqla, bu Rizvanda, otuz ildən çox bir müddətdə boğucu zülmdən sonra, Beynəlxalq Bəhai İcmasında öz yerini tutması üçün İraq Bəhailəri Milli Ruhani Məhfilinin seçilməsini elan edirik.
İlahi Planın bu mərhələdə bizdən tələb etdiyi odur ki, indiki istiqamətdə inamla və dinamik olaraq, bəşər dünyasını döyəcləyən tufanlardan qorxmayaraq davam edək. Əmin olun ki, Cəmali-Mübarək sizin addımlarınızı hidayət edəcək və Onun Əmrinin tərəqqisi üçün Uca Mələklər Qoşunu sizin hər bir səyinizi qüvvətləndirəcək.
Quruculuq Əsrinin beşinci epoxasının başlanğıcından bəri Bəhai dünyasında baş verən irəliləyiş bizə hədsiz sevinc bəxş etmişdir. Bu nöqteyi-nəzərdən son on iki ay da istisna olmamışdır. Bəhai icması özünün sisteamtik irəliləyişini davam etdirmiş və indi, Beş İllik Planın son ilinə daxil olmaq ərəfəsində, diqqətəlayiq bir güc mövqeyində dayanmaqdadır – elə bir güc ki, dəstələrlə daxilolma prosesini irəlilətmək üçün dostların hər yerdə candan qoyduqları səylər və yaxşı düşünülmüş çalışmaları vasitəsilə əldə edilmişdir.
Baş verməkdə olan inkişafın əhəmiyyətini tam ifadə etmək iqtidarında olmasa da, statistika əldə olunan nailiyyətlərin miqyasını bir qədər təsəvvür etməyə imkan verir. Əmrin insan resursları durmadan çoxalmışdır. Bütünlükdə, dünyada 200 000 nəfər Ruhu İnstitutunun 1-ci kitabını bitirmişlər, minlərlə insan getdikcə tezliyi artan, dünyanın hər yerində keçirilən son hesablamalara görə sayı 10 mindən çox olan dərnəkləri aparmaq üçün effektiv tüterlik etmək səviyyəsinə çatmışlar. Əsas fəaliyyətlərə cəlb olunmuş axtaranların sayı artmaqda davam etmiş, bir neçə ay öncə 100 000 nəfəri ötüb keçmişdir. Eyni zamanda, təxminən, 150 klaster elə bir inkişaf səviyyəsinə qalxmışlar ki, orada intensiv böyümə proqramı ya başlanmış, ya da başlamağa hazır vəziyyətə gəlmişdir. Hər bir əsas var ki, Planın axırına doğru bu rəqəm əhəmiyyətli dərəcədə artsın.
Bu nailiyyətləri qeyd etməklə yanaşı, onları yüksəltməyə səbəb olan öyrənmədəki irəliləyişlər də etiraf olunmalıdır. Tələb olunan praktikaya lazımi diqqət yetirən intensiv institut kampaniyaları, klaster səviyyəsində böyüməni stimulyasiya etmək üçün mühüm vasitə olaraq qalmışdır. Zəruri şərtlər bu cür yarandıqca, Əmrin sistematik genişlənməsi və konsolidasiyası(möhkəmlənməsi) proqramları müvafiq surətdə işə salınmışdır. İntensiv böyümə proqramının təbiəti haqqındakı qiymətli biliklər toplanır və bu səylərin müəyyən xüsusiyyətləri indi daha yaxşı başa düşülür. Belə proqramlar hər biri bir neçə ay olan, planlaşdırmaya, genişlənməyə və konsolidasiyaya həsr olunmuş bir neçə tsikllər silsiləsini özündə birləşdirir. İnsan resursalrının inkişafı bir tsikldən digərinə keçdikdə də davam edir və genişlənmənın (təbliğin) nəinki saxlanmasına, həm də onun getdikcə artan güc toplamasına təminat yaradılır. Şübhəsiz ki, öyrəniləsi və toplanası dərslər hələ çoxdur, lakin artıq əldə edilmiş təcrübələr imkan verir ki, bu yanaşma dünyünın hər yerində ketdikcə daha çox klasterlərdə tətbiq edilsin.
Qazanılmış qələbələr həm keyfiyyət, həm də kəmiyyət baxımından, həqiqətən də, məmnunluq hissi doğurur. Bu nailiyyətlərin özülündə hər yerdə Bəhai icmalarının ruhani həyatının davamlı yüksəlişi durur. Bu ruhani canlanma müxtəlif mənşəli insanların əksər hallarda onların Həzrət Bəhaullahı bu gün üçün Allahın Zühuru kimi tanımaları və öz imanlarını etiraf etmələri ilə nəticələnən dua məclislərində, uşaq dərslərində və dərnəklərdə artan iştirakları ilə izah olunur.
Eyni cür də, Bəhai Dünya Mərkəzində də yeni hadisələr baş vermişdir. Biz qərara gəlmişik ki, dünyanın hər yerində, Regional və Milli Hüququllah Əminləri Heyətinin işini yönəltmək və rəhbərlik etmək üçün Beynəlxalq Hüququllah Əminləri Heyətinin yaradılması üçün əlverişli vaxt yetişmişdir. Bu Heyət, Hüququllahın Baş Əmini, Əmrin Əli Doktor Əli Məhəmməd Vərqa ilə sıx əməkdaşlıqda fəaliyyət göstərəcək, öz vəzifələrini yerinə yetirməkdə onun bilik və məsləhətlərindən faydalana biləcəkdir. Beynəlxalq Hüququllah Əminləri Heyətinə üç üzv təyin olunmuşdur, bunlar – Salli Fu, Ramin Xadem və Qrant Kvalheymdir. Onların vəzifə müddəti sonra müəyyən ediləcəkdir. Heyətin üzvləri rezidensiyalarını Müqəddəs Torpağa köçürməyəcəklər, lakin öz funksiyalarını yerinə yetirmək üçün Dünya Mərkəzindəki Hüququllah Ofisinin xidmətlərindən istifadə edəcəklər.
Aşağı səviyyədə genişlənmə və konsolidasiyadakı uğurlardan tutmuş beynəlxalq miqyasda Bəhai təsisatlarının inkişafına qədər bütün səviyələrdə və bütün istiqamətlərdə Əmr diqqətəlayiq tərəqqi əldə etməkdədir. İcmanın böyüyən həmrəyliyinin bu ruhlandırıcı əlamətləri cəmiyyətin tənəzzülünün aşkar sübutlarının, əfsus ki, çox aydın olduğu bir vaxtla üst-üstə düşür. Düşkün dünyanın batdığı bu iflasın xüsusiyyətlərini burada nəzərdən keçirməyə ehtiyac yoxdur. Amma bu da unudulmamalıdır ki, məhz bu vəziyyətdir ki, Əmrə qarşı həssaslığı artırır və Onun təlimlərinin yayılması üçün fürsətlər yaradır.
1999-cu il, 26 noyabr müraciətimizdə biz, Əmrin Quruculuq Dövrünün birinci əsrinin son illərində Bəhai icmasını aparacaq qlobal təşəbbüslər silsiləsinə istinad etmişdik. Biz göstərmişdik ki, hər bir Plan, əsas bir məqsəd – dəstələrlə daxilolma prosesini irəlilətmək üzərində fokuslanacaqdır. Bu silsilədə birinci olan cari Beşillik Plan qısa bir müddətdən, on iki aydan sonra sona yetəcək və biz o zaman Həzrət Bəhaullahın ardıcıllarını növbəti beş illik Plana başlamağa dəvət edəcəyik. Başlanan bu dövrdə bizim dostlardan xahişimiz budur ki, Beynəlxalq Təbliğ Mərkəzinin belə cəhdlə dəstəklədiyi sistematik öyrənməni qətiyyətli fəaliyyətə (hərəkətə) keçirmək üçün bütün enerjilərini səfərbər etsinlər. Növbəti Rizvanda bundan daha da iddialı olacaq bir işin başlanması üçün qoyulan bünövrəni daha da gücləndirməkdə Planın qalan günlərinin təqdim etdiyi son dərəcə qiymətli fürsətləri heç bir Bəhai itirməməlidir. Müqəddəs Məqamlarda bizim atəşli dualarımız sizləri saracaqdır.
2006-cı ilin Rizvanı təntənə və ümidli gözləmə ruhu ilə dolu bir vaxtdır. Dünyanın hər yerində Həzrət Bəhaullahın ardıcılları indi sona yetməkdə olan Beşillik Plan ərzində əldə etdikləri böyük nailiyyətləri ilə haqlı olaraq fəxr edə bilərlər. Gələcəyə isə onlar yalnız, qətiyyətləri təcrübə ilə möhkəmlənmiş dostlara bəxş edilmiş inamla baxa bilərlər. Bütün Bəhai dünyası qarşıdan gələn beşillik təşəbbüsün miqyası, onun tələb edəcəyi fədakarlığın dərinliyi və onun əldə edəcəyi nəticələr üzərində düşünərkən həyəcanlanır. Onun bəşəriyyət üçün məqsədinin açılmasının şahidi olmaq imtiyazına malik olduğunuz üçün Həzrət Bəhaullaha minnətdarlıqla üz tutduğunuz zaman bizim dualarımız da sizin dualarınıza qoşulur.
Müşavirlər Müqəddəs Torpaqda toplandıqları zaman onlara ünvanladığımız və həmin gün də bütün Milli Ruhani Məhfillərə göndərilmiş 27 dekabr 2006-cı il Müraciətimizdə biz, 2006-cı ildən 2011-ci ilədək olan Beşillik Planın xüsusiyyətlərini ümumi şəkildə təsvir etmişdik. Dostlara və onların təsisatlarına məsləhət olunurdu ki, bu müraciəti hərtərəfli öyrənsinlər və heç şübhəsiz, onun məzmunu ilə siz yaxşı tanışsınız. İndi biz sizlərin hər birinizi bütün səylərinizi qoymağa çağırırıq ki, gələn beş il ərzində dünya üzrə ən azı 1500 klasterdə intensiv böyümə proqramı başlamaq hədəfinə müvəffəqiyyətlə nail ola biləsiniz. Müşavirlər Bəhai Dünya Mərkəzindən ayrıldıqdan sonrakı aylarda Planın başlanması üçün təməlin ölkə ardınca ölkədə belə sürətlə və sistematik şəkildə qoyulması ona edilmiş çağırışı qəbul etməsində Bəhai icmasının şövqünı şahidlik edir. Planın müfəssəl tələbatlarını burada dəqiqləşdirməyə ehtiyac olmadığı halda, sizin fərdi və kollektiv səylərinizin həyata keçiriləcəyi qlobal şərait kontekstində sizin düşünməyiniz üçün bir neçə şərh verməyi lazım hesab edirik.
Yetmiş ildən də çox bundan əvvəl Şövqi Əfəndi özünün “Həzrət Bəhaullahın Dünya Nizamı” məktublarını yazdı və bu məktublarda o, dünyada işləyən qüvvələrin dərin analizini verdi. Yalnız ona məxsus bir bəlağətlə o, Həzrət Bəhaullahın Vəhyi ilə hərəkətə gətirilmiş biri dağıdıcı, digəri isə birləşdirici olan və hər ikisinin bəşəriyyyəti Onun düşündüyü Dünya Nizamına doğru aparan iki böyük prosesi təsvir etdi. Mühafiz bizi xəbərdar edirdi ki, qurulmaqda olan “sivilizasiyanın açılmasını xarakterizə edən ağrılı zəif sürət bizi aldatmasın,” və ya tənəzzül edən zəmanənin təsisatlarının düçar olduğu xroniki xəstəliklərin dağıdıcı təsirini saxlamağa qabil olan zaman-zaman qayıdan çiçəklənmənin müvəqqəti olaraq üzə çıxması bizi çaşdırmasın.” Son onilliklər ərzində baş verən hadisələrin istiqamətinə nəzər saldıqda, o zaman onun belə dəqiqliklə analiz etdiyi proseslərin sürət aldığını görməyə bilmərik.
Yalnız bəşəriyyəti udan mənəvi böhranın dərinləşməsinə baxmaq, dağıdıcı qüvvələrin cəmiyyətin əsaslarını parçalamasının müqyasını qiymətləndirməkdə kifayət edər. Mühafizin belə aydınlıqla ayırd etdiyi eqoizmin, şübhənin, qorxunun və yalanın əlamətləri müşahidəçinin sadəcə səthi bir baxışla asanlıqla müşahidə edə biləcəyi dərəcədə geniş yayılmamışdırmı? Haqqında onun danışdığı terrorizm təhlükəsi planetin hər bir guşəsində istər gənclərin, istərsə də yaşlıların fikrini məşğul edərək beynəlxalq səhnədə təhdidedici miqyas almaqla bütün ciddiyyəti ilə görünmürmü? Şöhrətpərəstlik, maddi sərvət və ləzzət üçün sönməz tamah və onların arxasınca təlaşla qaçmaq elə güc və təsir əldə etməyibmi ki, onlar xoşbəxtlik, sədaqətlilik və məhəbbət kimi insani dəyərlər üzərində dominant olsunlar? Ailə möhkəmliyinin zəifləməsi və nigaha məsuliyyətsiz münasibət elə səviyyəyə çatmayıbmı ki, cəmiyyətin bu təməl vahidinin özünün mövcudluğunu təhlükə altına alsın? Şövqi Əfəndinin öncədən xəbərdarlıq etdiyi “insanın təbiətinin təhrif olunması, insan davranışının deqradasiyası, ictimai təsisatların korrupsiyası və çürüklüyü,” “ən pis və ən iyrənc formada” acınacaqlı şəkildə özünü göstərir.
Mühafiz bəşəriyyətin mənəvi tənəzzülü üçün ən böyük məsuliyyəti əsas etibarilə bir sosial güc kimi dinin tənəzzülünün üzərinə qoyur. “Dinin çırağının işığı tutulsa,” o bizim diqqətimizi Həzrət Bəhaullahın sözlərinə çəkir, “bunun nəticəsi qarışıqlıq və çaşqınlıq olacaq və insaf, ədalət, sakitlik və əmin-amanlığın işığı daha parlamayacaq.” Onun məktublarının yazılmasından sonrakı onilliklər dinin mənəvi təsir göstərməkdə qabiliyyətinin davamlı zəifləməsinin, həm də dini təsisatların özlərinin nalayiq davranışı üzündən kütlələrin xəyanətinin şahidi oldu. Onu yenidən canlandırmaq cəhdləri ancaq fanatizmin yüksəlməsinə səbəb olub ki, o da nəzarətdən çıxsa, insanlar arasındakı sivilizasiyalı münasibətlərin təməlini sökə bilər. Son vaxtlarda Bəhailərin İranda təqibinin güclənməsi, parlaq yandığı yerlərdə imanın alovunu söndürmək istəyən qaranlıq qüvvələrinin qətiyyətliliyinin kifayətedici bir sübutudur. Əmrin son qələbəsinə əmin olduğumuz halda, biz Əmrin keçmişdə olan düşmənnlərindən daha güclü və məkrli düşmənlərlə mübarizə aparmalı olacağı barədə Mühafizin xəbərdarlığını unutmağa cürət edə bilmərik.
Mühafizin Dünya Nizamı məktublarında belə ustalıqla yanaşdığı digər bir mövzu, dövlət idarəçiliyinin qabiliyyətsizliyi mövzusunu geniş şərh etməyə ehtiyac yoxdur. Varlı və yoxsullar arasındakı uçurumun genişlənməsi, millətlər arasındakı əsrlərlə davam edən düşmənliklərin davamlılığı, köçkünlərin artan sayı, mütəşəkkil cinayətkarlıq və zorakılığın qeyri-adi yüksəlişi, hər yerə nüfuz edən təhlükəsizlik hissi, bir sıra regionlarda adi sosial xidmətlərin yetərsizliyi, təbii sərvətlərin fikirləşmədn istismar edilməsi – bütün bunlar bəşəriyyətin xəstəliklərini yüngülləşdirmək üçün davamlı mexanizmlər yaratmaqda dünya liderlərinin qabiliyyətsizliklərinin ancaq bir neçə əlamətidir. Demək olmaz ki, səmimi səylər qoyulmamışdır, əslində isə, onilliklər keçdikcə bu səylər çoxalmışdır. Amma bu səylər, onlar nə qədər məharətli olsa da, “bu günkü cəmiyyətin tarazlığını belə kobudluqla pozmuş şərin kökünü” kəsməyə müvəffəq ola bilmir. “Hətta dünyanın iqtisadi və siyasi cəhətdən birləşməsi üçün,” Mühafiz təsdiq edirdi, “tələb olunan mexanizmin tərtib olunması aktının özü belə özlüyündə mütəşəkkil xalqların və millətlərin həyat gücünü davamlı olaraq yeyən zəhərə qarşı antidot verə bilməz.” “Bu əsrdə bəşərin birləşməsi üçün öz mahiyyətində Allahın müəyyən etdiyi mexanizmi əks etdirən və bütün şərtləri ilə onun qüsursuz effektivliyində sarsılmaz inamla birləşən, Həzrət Bəhaullahın elan etdiyi İlahi Proqramın tam qəbul edilməsindən başqa nə,” o inamla təsdiq edirdi, “əgər qarşısı alınmasa, ümidsizliyə düşən bir cəmiyyətin həyat gücünü yeyəcək daxili parçalanma güclərinin qarşısında son nəticədə dura bilər.”
Dünyada baş verən dezinteqrasiya prosesinin Şövqi Əfəndi tərəfindən verilən təsviri, doğrudan da, nüfuzedicidir. İnteqrasiya prosesi ilə bağlı olan gücləri onun hansı dəqiqiliklə analiz etməsi də eyni dərəcədə heyrətləndiricidir. O, mütəşəkkilliyi pozulmuş cəmiyyətin qarışıqlıqlarından sövq-təbiiliyi ilə baş qaldıran dünya həmrəyliyi ruhunun tədricən yayılmasından bəşərin birliyi prinsipi barədə Həzrət Bəhaullahın verdiyi konsepsiyanın dolayısı təzahürü kimi danışırdı. Onilliklər ərzində bu həmrəylik ruhu yayılmaqda davam etmişdir və bu gün də bunun təsiri bir sıra inkişaf göstəricilərində, dərin kök salmış irqi təəssübkeşlikdən imtinadan tutmuş dünya vətəndaşlığı şüurunun doğmasına, ətraf mühit barədə yüksəlmiş məsuliyyətdən başlayaraq ictimai sağlamlığı irəlilətmək səylərinə qədər, insan haqları barədə narahatlıqdan başlayaraq universal təhsilin sistematik izlənməsinə qədər, dinlərarası fəaliyyətlərin qurulmasından başlayaraq hər hansı bir sosial fəaliyyət formasına cəlb olunmuş yüz minlərlə yerli, milli və beynəlxalq təşkilatların çiçəklənməsinə qədər olan təkamül dəyişiklikliklərində aşkar görünür.
Bununla belə, Həzrət Bəhaullahın ardıcılları üçün inteqrasiya prosesinin inkişafında ən əhəmiyyətli olanları birbaşa Əmrlə əlaqəli olanlardır ki, bunların da çoxunu Mühafizin özü yetişdirmiş və onlar o sadə başlanğıcdan indi xeyli irəli getmişdir. Özünün ilk təbliğ planlarını təqdim etdiyi o kiçik möminlər nüvəciyindən bu icma, Əmrin prinsip və çağırışlarını təcəssüm etdirən yaxşı qurulmuş fəaliyyət modelləri izləyən, minlərlə yerlərdə təmsil olunan dünya miqyaslı bir icmaya çevrilmişdir. Özünün xidmət dövrünün ilk illərində onun belə ciddi-cəhdlə əsasını qoyduğu İnzibati Nəzmin təməli üzərində geniş, bir-birilə sıx əlaqəli Milli və Yerli Ruhani Məhfillər şəbəkəsi yüksəlmişdir ki, bunlar da yüz səksəndən çox ölkədə Əmrin işlərini səylə idarə edirlər. Onun, Əmrin Mühafizəsi və Təbliği üçün yaratdığı Köməkçi Heyət üzvlərinin ilk kontingentindən sahədə xidmət edən təxminən min nəfər rəşadətli xidmətçilər legionu meydana çıxmışdır ki, onlar da Beynəlxalq Təbliğ Mərkəzi tərəfindən məharətlə yönəldilən səksən bir nəfər Müşafirin rəhbərliyi altında xidmət edirlər. Dünya Ruhani Mərkəzi hüdudlarında Əmrin Dünya İnzibati Mərkəzinin inkişafı prosesi - hansı ki, bu prosesə Mühafiz bu qədər enerji sərf etmişdi - Ümumdünya Ədalət Evinin Karmel dağındakı Rezidensiyasına köçməsi və bunun ardınca Beynəlxalq Təbliş Mərkəzinin Binasının və Müqəddəs Mətnlərin Öyrənilməsi Mərkəzinin tikilib başa çatması ilə mühüm bir mərhələdən keçmiş oldu. Şövqi Əfəndi tərəfindən əlli il bundan öncə təyin olunmuş Əmin, Əmrin Əli Dr. Əli Məhəmməd Vərqanın rəhbərliyi altında Hüququllah İnstitutu davamlı inkişaf etmiş və bu tərəqqi Hüququllah üzrə beynəlxalq Heyətin, bütün bəşərə qiymətsiz xeyir-duanın mənbəyi olan bu qüdrətli Qanunun getdikcə daha geniş şəkildə tətbiq edilməsi məqsədi ilə 2005-ci ildə təyin olunması ilə nəticələnmişdir. Beynəlxalq dairələrdə Əmrin nüfuzunu yüksəltmək üçün Mühafizin səyləri, həm Əmrin maraqlarını müdafiə etmək, həm də onun universal ideyalarını bəyan etməyə qabil olan geniş xarici əlaqələr sisteminə çevrilmişdir. Nümayəndələri danışan zamanlar Beynəlxalq forumda Əmrə göstərilən ehtiram ən diqqətəlayiq nailiyyətdir. Bütün insan nəslinin müxtəlifliyini əks etdirən icmanın üzvlərinin Həzrət Bəhaullahın Əhdinə göstərdikləri sədaqət və vəfa elə bir güc xəzinəsidir ki, bənzərinə heç bir mütəşəkkil qrup iddia edə bilməz.
Mühafiz öncədən görürdü ki, Quruculuq Əsrinin sonrakı ardıcıl dövrlərində Ümumdünya Ədalət Evi Milli Ruhani Məhfillərin “birliyinin rəmzi olan, fəaliyyətləri birləşdirən və əlaqələndirən” dünya miqyaslı silsilə təşəbbüslər başladacaqdır. İndi üç ardıcıl epoxa ərzində, Bəhai icması, Ədalət Evinin başlatdığı qlobal Planların çərçivəsində səylə çalışmış və fərdin ruhani inkişafını irəlilədən və üzvlərinin kollektiv enerjisini cəmiyyətin ruhani cəhətdən canlanmasına yönəldən bir Bəhai həyat tərzinin yaradılmasına müvəffəq olmuşlar. O indi müraciəti geniş sayda həssas ruhlara çatdırmaq, onları dərinləşdirmək və qəbul etdikləri İnamın əsas prinsipləri barədə anlayışlarını dərinləşdirmək bacarığı əldə etmişlər. Bəhai İcması Bu Əmrin Banisinin elan etdiyi məşvərət prinsipinin kollektiv qərarçıxarmanın təsirli vasitəsinə çevirməyi və öz üzvlərini onun faydası barədə maarifləndirməyi öyrənmişdir. O, özünün gənc üzvlərinin ruhani və mənəvi tərbiyəsi üçün proqramlar tərtib etmiş və bunları nəinki ancaq öz uşaq və yeniyetmələrinə, habelə bu nəslin daha geniş icmasına təqdim etmişdir. Ixtiyarında olan çoxlu istedad toplusu ilə o iyirmiyə yaxın dildə olmaqla həm öz ehtiyaclarını, həm də ümumi ictimaiyyətin maraqlarını qarşılayan zəngin ədəbiyyat fondu yaratmışdır. Bu icma xeyli sosial-iqtisadi layihələri öz üzərinə götürərək cəmiyyətin işlərinə getdikcə daha çox cəlb olunmuşdur. Xüsusilə 2001-ci ildə beşinci epoxanın başlamasından bəri, icmanın sıravi sıralarını əhatə edən təlim proqramları vasitəsilə öz insan resurslarının çoxaldılmasında əhəmiyyətli addımlar atmışdır və dayanıqlı böyümə modeli qurulması üçün metod və vasitələr tapmışdır.
Məhz burada təsvir olunan qüvvələrin qarşılıqlı təsiri kontekstində dəstələrlə daxilolma prosesinin imperativ irəlilədilməsinə baxılmalıdır. İndi başlayan Beşillik Plan tələb edir ki, siz öz enerjinizi bu proses üzərində toplayasınız və onun mərkəzində duran qarşılıqlı tamamlayıcı hərəkatların sürətlənməsini təmin edəsiniz. Bu, sizin ən əsas vəzifəniz olmalıdır. Sizin səyləriniz bəhrə verdikcə və böyümənin dinamikası yeni mürəkkəblik səviyyəsinə çatdıqca, gələcək illərdə xarici əlaqələr, sosial-iqtisadi inkişaf, inzibatçılıq və Bəha qanunlarının tətbiq edilməsi kimi sahələrdə Bəhai Dünya Mərkəzinin özünün qarşılamalı olacağı çağırışlar və eyni zamanda yeni imkanlar meydana çıxacaqdır. İcmanın böyüməsi artıq zəruri etmişdir ki, 2007-ci ilin oktyabrından etibarən hər qrupda olan ziyarətçilərin sayını dörd yüzə çatdırmaq üçün tədbirlər görülsün. Daha bir sıra layihələr də vardır ki, başa çatdırılmalıdır. Bunların arasında Həzrət Bəhaullahın Məqamının ətrafındakı, həmçinin Rizvan Bağı və Məzrədəki bağların daha da genişləndirilməsi və abadlaşdırılması vardır; Beynəlxalq Arxiv Binasının bərpası; Həzrət Babın Məqamının struktur təmiri, hansı ki, işin tam ölçüsü hələ məlum deyil; Mühafizin müəyyən etdiyi kimi, son qitə Məbədi olan Çili Məbədinin tikintisi. Bu səylər irəlilədikcə, biz vaxtaşırı həm maliyyə dəstəyi, həm də xüsusi qabiliyyətlər nöqteyi-nəzərindən kömək üçün müraciət edəcəyik və diqqətdə məhz bu olacaq ki, Əmrin resursları, daha çox dərəcədə Planın tələblərinin yerinə yetirilməsinə yönəldilməlidir.
Əziz dostlar! Dezinteqrasiya qüvvələrinin miqyas və güc baxımından artması danıla bilməz. Bu da eyni dərəcədə aydındır ki, İlahi İnayətin Əi İsmi-Əzəmin icmasını qələbədən qələbəyə aparır və bu, indi say baxımından böyüməli və resurslarını artırmalıdır. Beşilik Planın kursu dəqiq müəyyən olunmuşdur. Bəşərin taleyindən xəbəri olan və tarixin hadisələrin hansı istiqamətdə getdiyini başa düşən bizlər bütün gücümüzlə necə ayağa qalxmaya bilərik və özümüzü planın məqsədinə həsr etmərik? Mühafizin “meydan hazırdır” sözləri, oların birinci Yeddiİllik Plan zamanı yazıldığı vaxtda olduğu kimi, bu gün də aktuallığını saxlamırmı? Qoy onun bu sözləri sizin qulaqlarınızda əks-səda versin: “İtirməyə vaxt yoxdur.” “Tərəddüdə yer yoxdur.” “Belə fürsət bir də ələ düşməz.” “Cəhd etmək, inadla davam etmək son və qəti qələbəni təmin etmək deməkdir.” Sizin düzgün istiqamətidə getməniz və hifziniz üçün Müqəddəs Astanada davamlı dualarımza əmin olun.
Beşillik Planın birinci ili bizim 27 dekabr 2005-ci il Müraciətimizdə təqdim olunmuş fəaliyyət sistemini (çərçivəsini)Həzrət Bəhaullahın ardıcıllarının qəbul etdiyi həsretmə ruhuna və onların dəstələrlə daxilolma prosesini irəlilətlmə vədinə parlaq sübut daşıyır. Bu sistem özünün bütün cəhətləri ilə klasterdə tətbiq oluananda, həm inananların və onların dostlarının icma həyatında iştirakları baxımından, həm də say artımı baxımından davamlı tərəqqiyə nail olunur - bu klasterlərdə hər iki-üç aydan bir yüzlərlə, digərlərində isə onlarla qəbuletmələrdən xəbər verilir. Bu inkişaf üçün ən vacib olan amil bu işin ruhani təbiəti barədə yüksəlmiş agahlıqla bərabər, Planın əsas elementlərində müəyyən olunan qərarçıxarma vasitələri barədə artmış anlayış olmuşdur.
Dəstələrlə daxilolma kimi yeganə məqsəd üzərində fokuslanan qlobal Planlar silsiləsini işə salmazdan əvvəl Bəhai İcması dünyanın çox yerlərində sürətli, iri miqyaslı genişlənmə mərhələsindən keçmişdir. Bu zaman əsas məsələ ən azı həssaslıq nümayiş etdirmiş əhali arasından Əmrin sıralarının genişlənməsi deyil, onları icma həyatına qoşmaq və onların arasından sonrakı genişlənməyə özlərini həsr edəcək kifayət qədər insanların yetişdirilməsi olmuşdur. Bəhai dünyası üçün bu məsələni həll etmək o qədər əhəmiyyətli idi ki, biz bunu Dördillik Planın əsas xüsusiyyəti etdik və Milli Ruhani Məhfilləri çağırdıq ki, öz güclərinin böyük hissəsini insan resursları hazırlamaq üçün təlim institutu formasında təsisat bacarığı yaratmağa həsr etsinlər. Biz göstərdik ki, davamlı artan inananlar kontingenti onlara iri miqyaslı genişlənmə və konsolodasiyanı saxlayacaq xidmət aktlarını həyata keçirmək üçün lazım olan bilik və ruhani anlayış, qabiliyyət və bacarıq vermək üçün tərtib olunmuş rəsmi təlim proqramından faydalanmalı olacaqdır.
Bu gün biz möhkəm böyümə mərhələsində olan klasterlərin işlərini müşahidə etdkcə, görürük ki, onların hər birində dostlar, Əmri fəal surətdə dəstəkləyənlərin böyüməkdə olan nüvəsini səfərbər etməyi öyrənərək səylərini koordinasiya etmək üçün səmərəli sxem yaratmaq, fərdi təşəbbüslərini və kollektiv səylərini bir məcraya yönəlik effektiv modelə uyğunlaşdırmaq və fəaliyyət tsikllərini planlaşdırmaqda müvafiq məlumatın analizini istifadə etmək üçün institut prosesini gücləndirməkdə davam etmişlər. Onların genişlənmə və möhkəmlənmə işini əl-ələ(paralel) olaraq - dayanıqlı böyümənin açarı - irəli aparmaq üçün vasitə tapmaları göz qabağındadır. Belə bir əyani fakt, əlbəttə, hər bir həsretmə ruhu olan inananı qoyulmuş sistematik öyrənmə yolunda qətiyyətini saxlamağa ruhlandıracaqdır.
Bu nəhəng səylər illərinin nailiyyətləri yalnız iri miqyaslı genişlənmə və möhkəmlənmə işinin canlandığı klasterlərlə məhdudlaşmamışdır. On İki Aylıq və daha sonra bundan öncəki Beşillik Plandan əvvəl olan Dördillik Plan zamanı götürülmüş yanaşma, səylərini daha geniş dairədə olan insanları əhatə etməyə və onları icma həyatının müxtəlif cəhətlərinə cəlb etməyə imkan verən şəraitin yaradılmasında inananlara vasitə verdi. Qlobal Planların üç iştirakçısında on il ərzində davam edən bacarıq yetişdirmə prosesinin faydaları hər yerdə üzə çıxır. Hər yerdə insan resursları yetişdirməyin dinamikası barədə anlayış əldə etmək ehtiyacı vardı. Dostlar hər yerdə dayanıqlı böyümənin tələblərini – sistematik fəaliyyəti dəstəkləmək və fokus yayqınlığından qaçmaq, kollektiv qərarçıxarmanın müəyyən elementlərini sıravi cərgələrə yaxınlaşdırmaq və missiya hissi olan icmalar yaratmaq, hamılıqla iştirakı təşviq etmək və cəmiyyətin müxtəlif seqmentlərini , xüsusəilə də Allahın Əmrinin gələcək müdafiəşiləri və Onun sivilizasiyasının qurucuları olan uşqalrı vı yeniyetmələri öz fəaliyyətlərinə daxil etməyi öyrənməli oldular.
Belə bir möhkəm fundament artıq yaradılarkən, hər bir inananın ən öndə gələn düşüncəsi təbliğ olmalıdır. İstər onların öz dostlarını ocaqbaşılarında təbliğ etmələrində və sonra onları əsas fəaliyyət növlərinə cəlb etmələrində və ya bu fəaliyyətləri təbliğin əsas vasitələri kimi istifadə etmələrində olsun, istər icma kimi klasterdə ilkin təkan olaraq uşaq və yeniyetmələrlə iş və ya yaşlı nəsildə fokuslanmaları, istər intensv kampaniyanın bir hissəsi kimi komanda şəklində ailələri ziyarət kimi kollektiv səyləri və ya vaxtaşırı axtaranlara öz evlərində baş çəkmələri olsun – bunlar o qərarlardır ki, dostların şəraitinə və imkanlarına və onların ünsiyətdə olduqları əhalinin xüsusiyyətlərinə uyğun edilə bilər.
Hamının başa düşməli və etiraf etməli olfuğu şey, vəziyyətdən asılı olmayaraq, ruhani qidadan məhrum olmuş və ümidsizliyə batmaqda olan bəşəriyyətin kəskin ehtiyacı və İsmi Əzəmin icmasının üzvü olaraq bizə əmanət edilmiş təbliğ etmə məsuliyyətinin təcililiyidir.
Həzrət Bəhaullah Öz ardıcıllarına təvliğ etməyi hökm etmişdir. Artıq minlərlə insan axtaranları Onun Vəhyinin Dəryasına yönəltməyə meydan açmaq üçün Planın şərtlərini fəal tətbiq edirlər. Biz təbliğin hər bir inananın həyatında hakim ehtiras olacağı və icmanın birliyinin gücünün bu cür ruhlanmanın özünü xidmət meydanında zəifləmək bilməyən fəaliyyətdə ifadə etməsinə imkan verəcək günə intizarlı bir gözlə baxırıq. Bu, bizim sizdən gözlədiyimiz ən atəşli ümid və bizim Müqəddəs Astanada hərarətli dualarımızın məqsədidir.
Bütün bəşər ailəsinin müxtəlifliyini əhatə edən minlərlə insan ciddi, eyni zamanda da ruhlandırıcı bir mühitdə Yaradıcı Sözü sistematik öyrənmə prosesinə cəlb olunmuşdur. Aldıqları anlayışları fəaliyyət, analiz və məşvərət prosesi vaistəsilə həyata keçirməyə çalışdıqca, onlar özlərinin Əmrə xidmət bacarıqlarının yeni səviyyəyə qalxdığının şahidi olurlar. Hər bir insan qəlbinin öz Yaradanı ilə ünsiyyət etmək kimi atəşli arzusuna cavab olaraq dua oxumaqla başqaları ilə birləşərək, ruhani həssaslığı oyandıraraq və özünün ruhani xüsusiyyəti ilə fərqlənən bir həyat modeli formalaşdırmaqla, müxtəlif şəraitlərdə kollektiv sitayiş fəaliyyətləri həyata keçirirlər. Onlar bir-birinin evinə baş çəkərkən və ailələri, dostları və tanışlari ziyarət edərkən, ruhani mahiyyətli mövzularda məqsədyönlü müzakirələr aparır, Əmr haqqında biliklərini dərinləşdirir, Həzrət Bəhaullahın Müjdəsini bölüşür, sayı getdikcə artan insanları əzəmətli bir ruhani təşəbbüsə qoşulmağa dəvət edirlər. Dünya uşaqlarının arzularından və ruhani tərbiyəyə ehtiyacından xəbərdar olmaqla, gənc insanların cəzb olunduqları və Əmrin cəmiyyətdə köklərini möhkəmlədən mərkəzə çevrilən məşğələlərdə daha çox sayda insanları cəlb etmək üçün geniş miqyasda cəhd göstərirlər. Onlar həyatlarının həlledici mərhələsində düzgün istiqamət tutmaqda və öz enerjilərini sivilizasiyanın irəlilədilməsinə yönəltmələrində yeniyetmələrə kömək edirlər. Və böyük sayda insan resurslarından faydalanmaqla, onların getdikcə artan əksəriyyəti bəşəriyyətin həm ruhani, həm də maddi cəhətdən ehtiyaclarını ödəyəcək hər zaman qalxmaqda olan səylər dalğası vasitəsilə öz imanlarını ifadə etməyə qadirdirlər. Bu Rizvanda dünya miqyaslı Bəhai icmasının tərəqqisini müşahidə etdikcə gözlərimiz qarşısında açılan mənzərə belədir.
Bir sıra əlamətdar hadisələr zamanı biz qeyd etmişdik ki, 2021-ci ildə Bəhai dünyasını Əmrin Quruculuq Dövrünün yüzilliyinin qeyd edilməsinə aparacaq ardıcıl qlobal Planların yerinə yetirilməsinə fərdi inananın, təsisatların və icmanın fəaliyyətlərində və inkişafında əhəmiyyətli tərəqqi ilə nail olunacaq. Davamlı və fokuslanmış səylər əsrinin dörddə biri olacaq bu yolun yarısında, inkişaf etmiş bacarıqların əlamətləri açıq-aşkar hər yerdə görünür. Burada xüsusi əhəmiyyət kəsb edən məsələ Planın üç iştirakçısı arasındakı qarşılıqlı fəaliyyətdən (əməkdaşlıqdan) doğan dinamizmin artan təsiridir. Milli səviyyədən tutmuş yerli səviyyəyə qədər təsisatlar hər zamankından daha aydın bir şəkildə görürlər ki, ümümi hədəfə çatmaqda sayı getdikcə artan inananların ruhani enerjilərinin öz ifadəsini tapmasına kömək edən şəraiti necə yaratmaq olar. İcma, tərəqqiyə nail olmaq üçün getdikcə daha da çox institut vasitəsilə əlaqələndirilən fərdi səylərin kollektiv fəaliyyəti tamamladığı bir mühit kimi xidmət edir. Onun yaratdığı rezonans və fəaliyyətlərini canlandıran məqsəd birliyi bütün sosial təbəqələrdən olan və öz vaxtlarını və enerjilərini bəşərin rifahina həsr etməyə can atan insanları getdikcə genişlənən sıralarına cəlb edir. İcmanın qapılaırının istənilən həssas ruha onun buraya daxil olması və Həzrət Bəhaullahın Vəhyindən qida alması üçün geniş şəkildə açıq olması aydındır. Bu keçən il ərzində Planın üç iştirakçısı arasındakı qarşılıqlı fəaliyyətin səmərəliliyi üçün təbliğin tempinin kəskin şəkildə artmasından daha böyük bir sübut yoxdur. Dəstələrlə daxil olma prosesində doğrudan da, əhəmiyytəli irəliləyiş baş vermişdir.
Yüksəlmiş bu qarşılıqlı fəaliyyət çərçivəsində fərdi təşəbbüs getdikcə daha çox səmərəli our. Əvvəlki müraciətlərimizdə biz institut prosesinin fərdi inananın təşəbbüsünün gerçəkləşməsinə göstərdiyi təsir barədə danışmışdıq. Dostlar hər bir qitədə təlimləri Əmrin böyüməsi üçün tətbiq etməyi öyrənmək kimi aydın bir məqsəd üçün Yazıları öyrənməyə cəlb olunmuşlar. Əhəmiyyətli sayda insanlar indi öz icmalarının ruhani canlanması məsuliyyətini çiyinlərinə götürməkdədirlər; böyümə üçün sağlam modelə yarayan xidmət aktlarını yerinə yetirirlər. Təvazökar öyrənmə mövqeyində duraraq, Əmrə xidmət meydanında səbat göstərdikcə, onlar cəsarət və hikmətliliyi, cəhd və fərasətliliyi, coşqu və ayıqlığı, qətiyyət və Allaha ümid etmək kimi keyfiyyətləri bir-birini gücləndirmək üçün birləşdirmişlər. Həzrət Bəhaullahın Müjdəsini təqdim edərkən, onun ehkamlarını açıqlayarkən Şövqi Əfəndinin bu sözlərini çox ciddi və səmimiyyətlə qəbul etmişlər ki, onlar nə “tərəddüd etməli”, nə də “qətiyyətsiz olmalıdırlar”, müdafiə etdikləri həqiqəti nə “ çox şişirtməli”, nə də “kiçiltməlidirlər”. Onlar nə “fanatikdirlər”, nə də “son dərəcəcə liberal.” Təbliğdə rəşadətlilikləri ilə onlar öz dinləyicilərinin həssaslılıqlarının “ehtiyatlı”lıq, yoxsa “cürət” tələb etməsini, istifadə etdikləri metodlarda “dərhal hərəkətə keçmək” lazım olduğunu, yoxsa “zamanı gözləmələrini”, “birbaşa”, yoxsa “dolayısı” yol seçmələrini müəyyən etmək qabiliyyətlərini inkişaf etdirmişlər.
Təşviqedici bir cəhət kimi gördüyümüz bir şey də budur ki, bu təşəbbüs necə də intizamlıdır. İcmalar hər yerdə sistematikləşdirmədən öyrəndikləri dərsləri tədricən mənimsəyərək tətbiq edir və hazırkı Planlar silsiləsinin müəyyən etdiyi çərçivə dostların səylərinə davamlılıq və çeviklik verir. Bu çərçivə, onları heç də məhdudlaşdırmayaraq, onları fürsətləri yaxalamğa, münasibətlər qurmağa və sistematik böyümə baxışını gerçəkləşdirməyə qabil edir. Bir sözlə, bu onların kollektiv gücünü müəyyən bir formaya salır.
Bütün dünya boyunca nələrə nail olunduğuna nəzər saldqıda, ən ağır şərtlər altında olan və cəsarətlə öz ölkələrinə xidmətə qalxmış və güclərini bu məqsədin gerçəkləşməsinə yönəldən İran bəhailərinə görə ürəyimiz heyranlıq hissi ilə dolur, baxmayaraq ki, onlara verilmiş meydan çox məhduddur. Və hətta Əmrin inzibati təsisatlarına məhdudiyyətlər qoyulsa da, onlar fərdi olaraq həmvətənlərini Həzrət Bəhaullahın təlimləri ilə tanış edir, onları birbaşa Onun xilasedici müjdəsi üzərində söhbətlərə cəlb edirlər. Bu cür fəaliyyətə başladıqdan sonra onlar nəinki ziyalı insanlar tərəfindən heç vaxt görülməmiş dəstək almışlar, həm də onların təsəvvürlərini belə aşan dərəcədə həssaslıqla qarşılaşmışlar.
Həzrət Bəhaullahın bu gün cəmiyyətdə işləyən inteqrasiya və dezinteqrasiya qüvvələrinin fərqində olan hər bir ardıcılı, planetin hər bir yerində Əmrə qarşı həssaslığın yüksəlişi ilə dünya sistemlərinin yıxılması arasındakı asılılığı görür. Bu yəqindir ki, bəşərin iztirabları dərinləşdikcə bu cür həssaslıq yüksələcəkdir. Burada heç bir anlaşılmazlıq olmamalıdır: qalxan həssaslığa cavab vermək üçün hərəkətə gətirilmiş qabiliyyət yaratma prosesi hələ özünün erkən mərhələsindədir. Hərc-mərclikdə olan dünyanın çoxsaylı tələbləri qarşıdakı illərdə bu qabiliyyəti onun ən son həddinə qədər sınağa çəkəcəkdir. Bəşəriyyət, istər dini təəssübkeşlik, istərsə də tüğyan edən materializmin son həddinin doğurduğu zülm qüvvələri tərəfindən əzilməkdədir. Bəhailər bu bəlanın səbəblərini gorə bilirlər. “Bundan da ağır zülm nə ola bilər ki”, deyə Həzrət Bəhaullah soruşur, “bir insan həqiqəti axtarsın və Allahı tanımaq istəsin, amma bilməsin ki, haraya üz tutsun və kimdən soruşsun.” Daha itirməyə vaxt yoxdur. Fəaliyyətdə və Planın üç iştirakçısının inkişafında davamlı tərəqqiyə nail olunmalıdır.
Həzrət Əbdül-Bəha “müvəffəqiyyət və rifah” üçün “bəşərin xoşbəxtlik zirvəsi”ndən eşidilən “iki çağırışı” tərif edirdi. Bunlardan biri “sivilizasiya”nın, “maddi dünyanın tərəqqisinin” çağırışıdır. Bu “qanunlardan”, “qaydalardan”, “sənət və elmlərdən” ibarətdir ki, bəşəriyyyət onun vasitəsilə inkişaf edir. Digər çağırış isə “Allahın qəlbləri titrədən” çağırışıdır ki, bəşərin əbədi səadəti ondan asılıdır. “Bu ikinci çağırış”, həzrət Əbdül-Bəha izah edirdi, “Rəbbin göstəriş və nəsihətlərinə, parlaq işıq kimi bəşəriyyətin həqiqətlər lampasını aydınladan və işıqlandıran əxlaq səmasına məxsus olan öyüdlərə və təmənnasızlıq hisslərinə söykənir. Onun nüfuzedici qüdrəti Allahın Sözüdür.” Klastrlarınızda çalışmaqda davam etdikcə, siz getdikcə ətrafınızda olan cəmiyyətin həyatına daxil olacaq, insan fəaliyyətinin böyüyən diapazonunu əhatə etmək üçün cəlb olunduğunuz sistematik öyrənmə prosesini genişləndirmək kimi çətin vəzifə ilə üzləşəcəksiniz. Qəbul etdiyiniz yanaşmalarda, tətbiq etdiyiniz metodlarda, istifadə etdiyiniz alətlərdə siz hazırda gedən böyümə modelini xarakterizə edən uzlaşma dərəcəsini əldə etməli olacaqsınız.
Hər bir sonrakı klasterdə dayanıqlı böyümə, dünyanın insanlarına sizin xidmətinizi fərqləndirən keyfiyyətlərdən asılı olacaqdır. Sizin fikir və əməlləriniz hər hansı təəssüb izindən - bu irqi, dini, iqtisadi, milli, nəsil(tayfa), sinif və ya mədəniyyət təəssübkeşliyi olsun - elə azad olmalıdır ki, hətta yad belə sizin simanızda mehriban dost görsün. Sizin kamillik meyarınız elə yüksək, həyatınız elə təmiz və ismətli olmalıdır ki, sizin götərdiyiniz mənəvi təsir geniş ictimayyətin şüuruna nüfuz etsin. Siz təkcə Əmrin yazılarının hər bir insanı çağırdığı davranış dürüstlüyü nümayiş etdirsəniz, cəmiyyətin əsaslarını yeyən pozğunluğun, bu istər açıq, istərsə də nəzərə çarpmayan şəkildə olsun, minlərlə formasına qarşı mübarizə aparmağa qabil olacaqsınız. Siz təkcə hər bir insan varlığında şərəf və nəciblik görə bilsəniz – və bu zəngin və kasıb olmaqdan asılı deyil – siz ədalət işini müdafiə etməyə qadir olacaqsınız. Və sizin təsisatlarınızın inzibati prosesləri Bəhai məşvərəti prinsipləri ilə idarə etmək dərəcəsinə uyğun olaraq bəşərin böyük kütlələri Bəhai icmasında pənah tapa biləcəklər.
Siz irəli getdikcə, əmin olun ki, Səma Qoşunları öz qüvvələrini yürüşə yönəldir və sizin köməyinizə gəlməyə hazırdır. Bizim davamlı dualarımız sizləri saracaqdır.
Cəmisi üç il əvvəl biz bəhai dünyasına son global Planın axırlarında belə aydınlıqla meydana çıxan fəaliyyət çərçivəsindən istifadə etmək kimi çətin bir vəzifə qoymuşduq. Cavab, bizim ümid etdiyimiz kimi, dərhal oldu. Dostlar hər yerdə böyük səylə, dünya miqyasında 1500-dən az olmayan intensiv böyümə proqramı başlamaq hədəfini yerinə yetirməyə başladılar və bu proqramların sayı tezliklə artmağa başladı. Lakin onda heç kəs təsəvvür edə bilməzdi ki, Səma Qoşunlrının Rəbbi Özünün dərkedlməz hikməti ilə, belə qısa bir zamanda Öz icmasını nə dərəcədə köklü dəyişdirmək istəyir. Bu necə bir məqsədyönlü və inamlı bir icmadır ki, Yer kürəsi boyunca qırx bir regional konfransla cari Planın tən ortasında öz nailiyyətlərini qeyd etdi! Bu icmanın uzlaşdırılmış cəyləri və enerjisi böhran burulğanına düşmüş dünyanın qarışıqlığı və çaşqınlığı ilə necə bir qeyri-adi təzad təşkil etdi! Bu, doğrudan da, Sevgili Mühafizin istinad etdiyi bəxtiyar möminlərin icması idi. Bu, ona əta edimiş geniş potensialların fərqində olan və sarsılmış dünyanı yenidən qurmaqda oynayacağı rolu dərk edən bir icma idi. Bu, müvəffəq bir icma olmaqla, yer kürəsinin bir tərəfində amansız repressiyaya məruz qalan, lakin bir bütöv kimi çəkinmədən və qorxmadan Həzrət Bəhaullahın bəşəriyyəti ən ağır zülmün boyunduruğundan azad etmək məqsədini yerinə yetirmək bacarıqlarını möhkəmlədərək qalxmaqda olan bir icma idi. Bu konfranslarda iştirak edən təxminən səksən min iştirakçınını simasında biz, Planın metodlarının və vasitələrinin səmərəliliyinə son dərəcə inanan və onlardan qeyri-adi dərəcədə məharətlə istifadə edən fərdi inananın tarix səhnəsinə gəldiyini gördük. Bu əzəmətli ümmandakı ruhların hər biri və hamısı Əmrin dəyişdirici gücünə bir şahid kimi durdular. Onların hər biri və hamısı Ona inqita etməklə və səmimiyyyətlə xidmətə qalxanların hamısına Həzrət Bəhaullahın kömək etmək vədinin bir sübutu idilər. Onların hər biri və hamısı Həzrət Bəhaullahın Vəhyinin bilavasitə təsiri altında yetişəcək o arınmış və cəsarətli, pak və müqəddəs yeni insan irqinin işartılarını zahir etdirdilər. Məhz onlarda Planın lap əvvəlində bizim ifadə olunan ümidimizin həyata keçməsinin ilk əlamətlərini gördük ki, Əmrin nəcibləşdirici təsiri institut prosesi vasitəsilə yüz minlərlə insanı əhatə edəcəkdir. Belə düşünmək üçün hər cür əsas var ki, Rizvan bayramının sonuna kimi, dünyadakı intensiv böyümə proqramlarının sayı 1000-i keçəcəkdir. Bu ən sevincli Bayramın ərəfəsində başımızı Allahın qaşısında mütiliklə əyməkdən və İsmi Əzəmin icmasına sonsuz səxavəti üçün minnətdarlıq və şükr etməkdən başqa biz nə edə bilərik!?
Həzrət Bəhaullahın ardıcıllarına heyranlıq dolu bir ürəklə, məmnuniyyət hissi ilə elan edirik ki, bu ən sevincli Rizvan Bayramının açılışı ərəfəsində, yer kürəsinin hər bir qitəsində intensiv böyümə proqramlarına yeniləri əlavə olunmaqdadır ki, onların sayını bütün dünya üzrə 1500-dən yuxarı qaldırsın və Beşillik Planı hədəfinə planın sonuna bir il qalmış nail olunmasını təmin etsin. Bu heyrətamiz nailiyyət, bu parlaq bir qələbə üçün Allahın qarşısında minətdarlıqla baş əyirik. Meydanda praktiki işləmiş insanların hamısı növbəti qlobal təşəbbüsdə – müddəti beş il, silsilədə beşinci və məqsədi aydın şəkildə dəstələrlə daxilolma prosesinin irəlilədilməsi olan bir planda, üzərlərinə götürməyə dəvət olunduqları vəzifələrə hazırlaşmaları məqsədilə indi hər yerdə qurulmuş olan genişlənmə və möhkəmlənmə modelinin gücləndirilməsi üçün Onun Öz icmasına tam bir il verməklə əta etdiyi neməti dəyərləndirəcəklər.
Bu bayram zamanı dayanıb bizim ürəklərimizdə belə bir qürur və minnətdarlıq hissini doğuran şeyin nə olduğunu aydınlaşdırmaq üçün düşünərkən bizi təsirləndirən amil, onlar nə qədər əlamətdar olsa da, sizin nail olduğunuz rəqəmlərdən daha çox, bu naliyyətin şəhadət verdiyi və mədəniyyətin ən dərin səviyyəsində baş vermiş inkişaf elementlərinin kombinasiyasıdır. Bunların arasında başlıca şey dostların başqa insanlarla ruhani məsələlər barəsində söhbət etmək, Həzrət Bəhaullahın Şəxsiyyəti və Onun Vəhyi barədə rahatlıqla danışmaq qabiliyyətlərində bizim müşahidə etdiyimiz inkişafdır. Onlar yaxşı başa düşmüşlər ki, təbliğ səxavətli paylaşma həyatının əsas tələbidir.
Son müraciətlərimizdə biz yer kürəsi boyunca təbliğin tempindəki davamlı yüksəlişi müşahidə edərkən sevincimizi ifadə etmişdik. Fərdi inanan tərəfindən by təməl öhdəliyin yerinə yetirilməsi həmişə bəhai həyatının əvəzedilməz xüsusiyyəti olmuşdur və olmaqdadır. 1500 intensiv böyümə proqramının buraxılmasının aşkara çıxardığı şey inananların əsas kütləsinin hansı məhəllədə sakin olmasından asılı olmayaraq Mərhəmət Sahibinin onları həssas ruhlara yönəltməsinə hazır olmaqla öz yaxın ailə və dost çevrələrindən kənara çıxmalarında necə cəsarətli olmaları və düşünülmüş addımlar atmaladrıdır. Hətta ən təvazökar qiymətləndirmələr deyir ki, əvvəllər yad kimi baxılan insanlarla eyni anlayışa malik olmaq əsasında dostluq bağları qurmaq üçün dövri təbliğ kampaniyalarında iştirak edən on minlərlə dost vardır.
Əmrin əsas prinsiplərini aydın və birmənalı şəkildə təqdim etmək səylərində inananlar Ruhi İnstitutunun 6-cı kitabının əyani misalından xeyli dərəcədə faydalanmışlar. Harada ki, o təqdimatın əsasında duran məntiq başa düşülür və bunu formulaya çevirmək meylləri aşılır, bu, iki qəlb arasında söhbətə gətirib çıxarır – elə bir söhbət ki, əldə olunan anlayışın dərinliyi və qurulan münasibətlərin təbiəti ilə fərqlənir. Söhbətin ilkin tanışlığın çərçivəsindən çıxaraq davam etməsi və etibarlı dostluğa çevrilməsi dərəcindən asılı olaraq, bu cür birbaşa təbliğ cəhdi davamlı ruhani tranformasiya prosesi üçün katalizator ola bilər. Nə bu cür yeni tapılmış dostlarla birinci əlaqənin Bəhai icmasına daxil olmaq üçün onların dəvət olunmalarına imkan yaratması, nə də onun əsas fəaliyyətlərindən birində iştirak etmələri başlıca qayğı deyildir. Daha mühüm olanı budur ki, hər bir qəlb, lap əvvəldən və ya ondan sonra, rəsmi deklarasiyanın baş verdiyi bəşəriyyətə xidmət yoluna başlayaraq cəmiyyətin yaxşılaşdırılmasına töhfə verməkdə icmaya qoşulduqda xoş qarşılanma hiss etsin.
Bu nailiyyətin əhəmiyyəti heç də az dəyərləndirilməməlidir. Hər bir klasterdə. o zaman ki, ardıcıl faəliyyət modeli işləyir, diqqət buna verilməlidir ki, bu, iş yoldaşları və tanışlar şəbəkəsi vasitəsilə daha da genişləndirilsin və eyni zamanda, enerjinin əhalinin kiçik qruplarında toplanması da öz yerində olmaqla, bunların hər biri intensiv fəaliyyət mərkəzinə çevrilsin. Şəhər klasterində belə bir faəliyyət mərkəzi qonşuluq ola bilər; əsasən kənd xarakterinə malik olan klasterdə kiçik bir kənd bu məqsəd üçün belə bir sosial məkan ola bilər. Bu cür fəaliyyət məkanında xidmət edənlər, həm yerli adamlar, həm də ziyarətə gələnlər, öz işlərinə haqlı olaraq icma quruculuğu kimi baxa bilərlər. Onların təbliğ səylərinə “qapı-qapı” yarlığı asmaq, hətta bu praktikada ilk kontakt üçün öncədən bildiriş olmadan hansısa bir evə getmək məsələsi olsa da, bu, özünün ruhsal, sosial və intellektual inkişafı məqsədilə məsuliyyət qəbul etməsi üçün əhali arasında qabiliyyətlərin artmasına yönələn prosesə qarşı layiqli bir yanaşma olmazdı. Bu prosesi irəli aparan və yeni inananların qoşulmağa dəvət edildikləri fəaliyyətlər – icmanın ruhani xarakterini gücləndirən görüşlər; uşaqların zərif ürəklərini və ağıllarını bəsləyən dərslər; yeniyetmələrin çağlayan enerjisini yönəldən qruplar; ¬hamıya açıq, müxtəlif köklərdən olan insanların bərabər addımlarla irəliləmələrinə və təlimlərin həm fərdi, həm dəə kollektiv həyatlarında tətbiqini araşdırmağa imkan verən dərnəklər – bir müddət üçün yerli əhalidən kənar kömək vasitəsilə saxlanıla bilər. Amma gözlənilən budur ki, bu özək fəaliyyətlərin çoxaldılması tezliklə qonşuluğun və ya kəndin öz sakini tərəfindən saxlanılsın – o kişilər və qadınlar ki, öz ətraflarının maddi və ruhani cəhətdən yaxşılaşmasına can atırlar. Beləliklə, bu şəraitdə tədricən Həzrət Bəhaullahın yeni Dünya Nizamı barədə baxışı həyata keçirmək öhdəliyi götürmüş fərdlərin genişlənən nüvəsinin (çəyirdəyinin) qabiliyyətinə uyğun icma həyatı ritmi yaranmalıdır.
Bu kontekstdə həssaslıq özək fəaliyyətlərin hərəkətə gətirdiyi icma quruculuğu prosesində iştirak etməyə istəkdə özünü göstərir. İntensiv böyümə prosesinin işlədiyi klaster ardınca klasterdə qarşıdan gələn ildə dostların qarşısında duran vəzifə öz dinlərinin təməl prinsiplərini izah edərkən birbaşa metoddan istifadə edərək bir və ya çox həssas sakinlər qrupu (əhali) çərçivəsində təbliğ etmək, cəmiyyətin onların üzərinə qoyduğu (sırıdığı) apatiyanı (ruh düşkünlüyünü) atmaq istəyən insanları tapmaq və kollektiv transformasiya prosesini başlamaq üçün öz qonşuluqlarında və kəndlərində bir-birilə çiyin-çiyinə işləməkdir. Əgər bu yolla dostlar kiçik populyasiya məkanlarında icma quruculuğunun yollarını və metodlarını öyrənmək səylərində inad göstərsələr, Əmrin işlərində uzun zamanların arzusu olan universal(hamılıqla) iştirak hədəfi, biz əminik ki, dəfələrlə sürətlə irəli getməklə əldə olunan bir hədəfdir.
Bu çağırışı qarşılamaq üçün inananlar və onlara xidmət edən təsisatlar dərnəklərin aparıcıları kimi fəaliyyət göstərəcək qabiliyyətli insanların klasterdə sayını artımaqla orada institut prosesini gücləndirməli olacaqlar; çünki bu etiraf olunmalıdır ki, qonşuluqlarda və kəndlərdə canlı icma həyatı bəsləmək üçün indi açılmış və belə bir iti məqsədyönlülüklə xarakterizə olunan fürsət ancaq Bəhai mədəniyyətinin dərinləşməyə məxsus olan cəhətində son ildə baş verən mühüm inkişaf nəticəsində meydana çıxmışdır.
1995-ci ilin dekabrında bütün dünyada təlim institutları yaratmaq üçün çağırış edəndə, Əmr haqqında biliklərini dərinləşdirməkdə inananlara kömək etmək üçün Bəhai icmasında üstünlük təşkil edən model əsas etibarilə arabir keçirilən, müxtəlif müddətli və müxtəlif mövzuları işıqlandıran kurslardan və dərslərdən ibarət idi. O model qalxınmaqda olan, hələ ki, nisbətən sayca az və başlıca olaraq yer kürəsi üzrə cografi yayılmağın qayğısına qalan dünya Bəhai İcmasının ehtiyaclarını yaxşı təmin edirdi. Amma biz o zaman bunu aydın etdik ki, Yazıların öyrənilməsinə başqa bir yanaşma formalaşmalıdır, elə bir forma ki, əgər dəstələrlə daxilolma prosesi əhəmiyyətli dərəcədə irəliləməlidirsə, böyük sayda insanları fəaliyyət meydanına atılmağa sövq etsin. Bununla bağlı biz xahiş etdik ki, sürətli genişlənmə və möhkəmlənmə ilə bağlı olan çoxlu vəzifələri yerinə yetirmək üçün lazım olan bilik, baxış(anlayış) və bacarıqları verən kurslar vasitəsilə davamlı artan sayda inananlar kontingentinə Əmrə xidmətdə kömək etmək üçün təlim institutları kömək etsinlər.
Əmrin yazılarını oxumaq və Həzrət Bəhaullahın heyrətamiz Vəhyinin mənası barədə adekvat anlayış əldə etməyə çalışmaq Onun ardıcıllarının hər birinin üzərinə qoyulmuş vəzifədir. Hamıya hökm olunmuşdur ki, Onun Vəhy dəryasına dalsın və orada gizlənmiş hikmət gövhərlərindən öz qabiliyyətləri və meyllərinə müvafiq olaraq pay alsın. Bu mənada, yerli dərinləşmə dərsləri, qış və yay məktəbləri, yazılara yaxşı bələd olan fərdi inananların xüsusi mövzularda anlayışları digərləri ilə bölüşdükləri xüsusi yığıncaqlar bəhai həyatının diqqqətəlayiq xüsusiyyətləri kimi meydana çıxmışdır. Bəhai kimliyinin tərkib hissəsi kimi gündəlik oxumaq vərdişi kimi, bu forma öyrənmələr də icmanın kollektiv həyatında yer almaqda davam edəcəkdir. Lakin Vəhyin mənalarını həm fərdi inkişaf, həm də sosial tərəqqi nöqteyi-nəzərindən başa düşmək, öyrənmə və xidmət birləşəndə və eyni zamanda həyata keçiriləndə dəfələrlə artır. Burada, xidmət meydanında bilik tətbiq olunur(sınaqdan keçirilir), təcrübədən suallar meydana çıxır və anlayışın yeni səviyyəsi əldə edilir. İndi ölkələrdə bir-birinin ardınca qurulan və əsas elementləri dərnək, aparıcı və Ruhi İnstitutunun tədris proqramı olan məsafədən təlim sistemində dünya bəhai icması minlərlə, xeyr, milyonlarla insanı yazıları kiçik qruplarda, Bəhai təlimlərini gerçək həyata tətbiq etmək, Əmrin işini yeni mərhələyə: dayanıqlı geniş miqyaslı genişlənmə və möhkəmlənmə mərhələsinə aparmaq kimi aydın bir məqsədlə öyrənməyə qabil etmək gücü əldə etmişdir.
Qoy heç kəs beləliklə yaradılmış imkanları dəyərindən az qiymətləndirməsin. Passivliyi bu günkü cəmiyyətdəki qüvvələr doğurur. Əyləndirilmək arzusu getidkcə artan təsirlə və səthi emosiyalar oyatmaqda məharətli olanlar tərəfindən idarə olunmaq istəyən nəsillərin yetişdirilməsi ilə uşaqlıqdan bəslənilir. Hətta bir çox təlim-tərbiyə sistemlərində tələbələrlə elə davranılır ki, sanki onlar informasiya alıb doldurmaq üçün düzəldilmiş qabdırlar. Bəhai dünyasının düşünməyin, öyrənməyin və hərəkət etməyin bir yolunu inkişaf etdirməkdə bir-birini dəstəkləyərək və birlikdə irəliləyərək, istənilən məqamda kiminsə malik olduğu biliyə hörmətlə yanaşaraq və inananları dərinləşmiş və məlumatsız deyə kateqoriyalara bölmək meyylərindən qaçaraq bir mədəniyyət - o mədəniyyət ki, hamı özünü ümumi xidmət yolunda addımlayan görür - yetişdirməkdə müvəffəq olması qeyri-adi ölçüdə bir nailiyyətdir. Və qarşısıalınmaz hərəkatın dinamikası buradadır.
İmperativ(olduqca zəruri) olan şey budur ki, dərnək səviyyəsində bəslənən təlim-tərbiyə prosesinin keyfiyyəti növbəti ildə əhəmiyyətli dərəcədə artsın ki, yerli əhalinin(sakinlərin) belə bir dinamika yaratma potensialı reallaşsın. Bu mənada aparıcı kimi xidmət edənlərin üzərinə böyük iş düşür. İnstitut kurslarında nəzərdə tutulan mühitin yaradıllması vəzifəsi onların çiynində olacaq, elə bir mühit ki, özlərinin öyrənməsində aktiv vasitə, fərdi və kollektiv transformasiyaya təsir göstərmək məqsədilə biliyin tətbiq olunması üçün davamlı səylərin əsas icraçıları olacaqlarını üzə çıxaracaq fərdlərin ruhani güclənməsinə kömək etmiş olsun. Buna nail olunmasa, klasterdə nə qədər dərnək yaradılmasından asılı olmayaraq, dəyişikliyi irəlilədəcək qüvvə yaranmayacaq.
Əgər aparıcının işi mükəmməlliyin daha və daha da yüksək dərəcələrinə çatmalıdırsa, bunu yadda saxlamaq lazımdır ki, regionda və ya ölkədə insan resurslarının inkişafının məsuliyyəti ilk növbədə təlim institutunundur. İştirakçılarının sayını artırmağa çalışaraq, institut bir struktur olaraq – institut heyətindən müxtəlif səviyyələrdəki koordinatorlara və təməl səviyyədə aparıcılara qədər, - sistemə bütövlükdə fikir verməlidir, çünki son nəticədə, dayanıqlı kəmiyyət uğurları keyfiyyətin tərəqqisindən asılı olacaq. Klaster səviyyəsində koordinator özünün aparıcı kimi xidmət edənləri müşayiət etmək səylərinə həm praktiki təcrübə, həm də dinamizm gətirməlidir. O aparıcılar üçün dövri olaraq cəhdlərinin üzərində düşünmək üçün toplantılar təşkil etməlidir. İnstitut materiallarından seçilmiş hissələrin təkrarı üçün təşkil olunmuş tədbirlər arada bir yardımçı ola bilər, o şərtlə ki, onlar davamlı təlim ehtiyacı aşılamasın. Aparıcının qabiliyyətləri, fərd hərəkət meydanına daxil olanda və kurslar ardıcıllığını keçmək və onların praktiki komponentlərinin icra edilməsi vasitəsilə cari silsilə qlobal Planların məqsədinə töhfə vermək üçün kömək edəndə tədricən inkişaf edir. Müxtəlif yaşlardan olan kişi və qadınlar aparıcıların köməyilə silsilə təlimdən keçdikcə və hər bir kursu tamamladıqca, digərləri onların gücünə və maraqlarına uyğun olaraq üzərlərinə götürdükləri xidmət fəaliyyətlərində, o xidmət fəaliyyətləri ki, sistemin özünün daimliyini saxlamaq üçün son dərəcə vacibdir- onları müşayiət etmək üçün hazır olmalıdırlar – xüsusilə də uşaq dərsləri, YQ-ları və dərnəklər üçün məsul olan koordinatorlar. Bu sistemdə həyatiliyin (həyat qabiliyyətinin) lazımi dərəcədə pulsasiya etməsini təmin etmək üçün o sonrakı on iki ay rəzində hər bir ölkədə intensiv öyrənmə obyekti olmalıdır.
Uşaqların ruhani təlim-tərbiyəsi qayğısı uzun zamanlar Bəhai icmasının mədəniyyətinin bir elementi olmuşdur, o qayğı ki, yanaşı mövcud olan iki yanaşma vermişdir. İran bəhailərinin nailiyyətlərinə əsaslanan bir yanaşma, sinifdən sinfə keçdikcə Bəhai ailələrinin uşaqlarına, böyüməkdə olan nəsillərə Əmrin tarixi bə təlimləri barədə təməl bilik vermək məqsədilə sisematik dərslər təklif etmək qabiliyyəti ilə xarakterizə olunur. Dünyanın çox yerində bu dərslərdən faydalananların sayı nisbətən az olmuşdur. Digər bir yanaşma isə geniş miqyaslı genişlənmənin baş verdiyi həm kənd, həm də şəhər tipli yerlərdə baş qaldırmışdır. Bu təcrübədə hökm sürən münasibət daha geniş idi. Hərçənd hər cür ailədən olan uşaqlar bəhai uşaq dərslərinə can atırdılar və onlar xoşluqla qarşılanırdılar, amma müxtəlif amillər ilbəil lazımi müntəzəmlik dərəcəsi ilə uşaq dərslərini keçməyə mane olurdu. İnstitut tərəfindən təlim verilmiş dostlar, hamıya açıq olan və sistematik bir əsasda uşaq dərsləri təklif etdikcə tarixi şəraitin nəticəsi olan bu ikili reallığın aradan qalxmasını görməkdən biz necə də məmnunuq.
Bu cür vədverici başlanğıc indi ciddi-cəhdlə izlənməlidir. Artıq İBP işlədiyi hər bir klasterdə hər cür kökdən olan çox ailələrdən sayı getdikcə artan uşaqların ruhani təlim-tərbiyəsini təmin edilməsini - qonşuluqlarda və kəndlərdə güc yığan icma quruculuğunun əsas şərti kimi- sistematikləşdirmək üçün səylər qoyulmalıdır. Bu tələbkar bir vəzifə olaraq, istər valideynlərin və istərsə də təsisatların tərəfindən səbr və əməkdaşlığa çağırır. Ruhi İnstitutundan artıq xahiş edilmişdir ki, 5 və ya 6 yaşından başlayaraq və 10-11 yaşınadək olan uşaqlar üçün, hazırda mövcud olan dərslərlə, həmin yaş qrupu üçün proqrama aydın şəkildə Bəhai komponenti daxil edən “İman Ruhu” və sonrakı “Müqəddəs Ruhun Gücü” kimi dərsliklər arasındakı boşluğu doldurmaq üçün müvafiq dərslər daxil olmaqla, müxtəlif səviyyələrdə uşaq dərsləri müəllimlərini hazırlanması kurslarını tamamlama planlarını sürətləndirsinlər. Bu əlavə kurslar və dərslər əldə hazır olduqca, hər bir ölkədəki təlim institutları uşaqların ruhani təlim-tərbiyəsi üçün ətrafında ikincili elementlərin təşkil oluna biləcəyi proqramın əsasını sinifbəsinif tətbiq etməli olan müəllimlər və koordinatorlar hazırlamağa qabil olacaq. Bununla bərabər, institutlar əllərindən gələni etməlidirlər ki, aparıcıları, zəruri olarsa, müxtlif yaşlardan olan uşaq dərslərində istifadə edilmək üçün hazırda mövcud olan digər müvafiq materiallarla təchiz etsinlər.
Beynəlxalq Təbliğ Mərkəzi Beşillik Planın hədəfinə vaxtından əvvəl nail olunmasını təmin etmək üçün qoyduğu səylərə verdiyi həyati vacib impulsa görə bizim daimi minnətdarlığımızı qazanmışdır. Hər bir qitədə baş verən tərəqqini belə inadla izləyərək və Qitə Mqşavirləri ilə belə yaxından əməkdaşlıq edərək bu ümumdünya təşəbbüsünə onun gətirdiyi enerjnin dərəcəsini görmək İnzibati Nəzmə xas olan nəhəng gücün bir işartısını bizə nümayiş etdirir. Təbliğ Mərkəzi diqqətini indi eyni dərəcədə klaster səviyyəsindəki fəaliyyətlərin səmərəliliyinə aid olan suallara yönəldərkən, Bəhai uşaq dərslərinin tətbiqinə, heç şübhəsiz, xüsusi qayğı ilə yanaşacaq. Biz əminik ki, onun qarşdan gələn il müxtəlif sosial gerçəkliklərə(şəraitə) malik bir neçə klasterdə əldə edilmiş təcrübələri analiz etməsi qonşuluq və kəndlərdə bütün yaş qrupları üçün müntəzəm uşaq dərslərinin qurulmasını mümkün edən paktiki məsələlərə işıq salacaqdır.
Yeniyetmələrin ruhani güclənməsi üçün proqramın sürətlə yayılması Bəhai icmasında mədəniyyət dəyişikliyinini daha bir ifadəsidir. Qlobal meyllər bu yaş qrupunun coşqun fiziki və emosional dəyişikliklərin burulğanında batan, laqeyd (qeyri-həssas) və “özünəqapalı” bir problematik obrazını təbliğ edərəkən, Bəhai İcması – onlara münasibətdə özünün istifadə etdiyi dil və qəbul etdiyi yanaşma ilə - yeniyetmələrdə altruzm, iti ədalətlilik hissi, kainat haqqında biliklər öyrənməyə can atma və daha yaxşı bir dünya qurulmasına töhfə vermək arzusu görməklə qətiyyətlə əks tərəfə irəliləyir. Bütün dünya böyunca ölkələrdə proqramın iştirakçısı kimi yeniyetmələrin öz fikirlərini ifadə etdikləri hər bir hekayə bu baxışşın doğruluğunu təsdiq edir. Hər bir əlamət ondan xəbər verir ki, onların özünüifadə qabiliyyətlərini yüksəldərək və bütün həyatları boyu onlara xidmət edəcək mənəvi strukturları möhkəmləndirərək proqram, cəmiyyətdə işləyən konstruktiv və destructiv qüvvələri analiz etmək, bu qüvvələrin onların fikir və hərəkətlərinə göstərdiyi təsiri başa düşmək, onların ruhani qavrayışını itiləməkdə onlara kömək edən gerçəkliyi araşdırmaqda onların genişlənən şüurunu istiqamətləndirir. Onlara intellektual, ruhani və psixoloji güclərə malik olduqları bir yaşda onların nəcib bir varlıq kimi həqiqi kimliklərini onlardan çalan qüvvələrlə mübarizə aparmaq və ümumun rifahı üçün işləmək üçün lazım olan alətlər verilir.
Proqramın əsas komponentinin, mövzuları Bəhai nöqteyi-nəzərindən, lakin dini göstəriş tərzində olmadan araşdırması, bu prqoramın müxtəlif məkan və şəraitlərə daxil olub genişlənməsinə yol açmışdır. Bir çox bu cür misallarda, bu proqramı tətbiq edənlər bir sıra sual və imkanlarlra qarşılaşaraq inamla qlobal öyrənmə prosesində Müqəddəs Torpaqda Sosial və İqtisadi İnkişaf Ofisi tərəfindən izlənən və təşkil olunan sosial fəaliyyət sahəsinə daxil olurlar. İnidiyə kimi toplanmış olan bilik və təcrübə bazası artıq yer kürəsində bir neçə kasteri proqramda mindən çox yeniyetməni saxlamaq qabiliyyətinə malik olmağa yüksəltmişdir. Bu istiqamətdə irəliləməkdə başqalarına da kömək etmək üçün bu Ofis inananların müəyyən komandası ilə bütün qitələrdə sahə şəbəkələri yaradır ki, bunlar onlarla klasterlərdən olan koordinatorlara təlim verilməsi məqsədilə istifadə oluna bilər. Öz müvafiq klasterlərinə qayıtdıqda bu resurs şəxslər yenyetmə proqramının başlaya biləcəyi ruhani abı-havalı mühit yaratmağa kömək etməklə koordnatorları dəstəkləyirlər.
Bu fəaliyyət sahəsində bundan sonra da bilik toplanması, fəaliyyət modeli artıq aydın olsa da, şübhəsizdir. Məktəblərin və sivil qrupların bu proqrama olan ehtiyacını qarşılamaq üçün Bəhai icmasının bu tələbə cavab vermə dərəcəsini məhdudlaşdıran yalnız onun özünün imkanlarıdır. İntensiv Böyümə prqramlarının fokusunda olan klasterlər arasında cəmi bir neçə təsadüfi qruplardan tutmuş öyrənməni yaymaq üçün sahədən (learning site) dəstək alan və özünü bu fəaliyyətə həsr edən koordinatorun xidmətini tələb edən kifayət sayda yeniyetmələri olan klasterlərə qədər geniş diapazonda variasiya edən şəraitlər vardır. Bu qabiliyyətin bu klasterlərin bütün spektrləri üzrə artımını təmin etmək üçün biz hər biri tam vaxtlı koordinatoru olan iyirmi klasterə xidmət edəcək və cari Planın sonuna qədər işə düşəcək 32 öyrənmə sahəsinin zəruriliyini bildiririk. Bu tipli bütün başqa klasterlərdə birinci dərəcəli diqqət gələn il ərzində qrupların sayını sistematik olaraq artırmaqla bu proqramları tətbiq etmək üçün qabiliyyət yaradılmasına verilməlidir.
Bizim indiyə kimi qeyd etdiyimiz inkişaf – Əmri birbaşa təbliğ etmək və həyatın hər bir təbəqəsindən olan insanlarla ruhani əhəmiyyətli məsələlər üzrə məqsədyönlü müzakirələrə girişmək qabiliyyətindəki irəliləyiş, yazıları öyrənmək üçün əmələ bağlı yanaşmanın çiçəklənməsi, müntəzəm əsasda qonşulquılarda və kəndlərdə gənclərin ruhani təlim-tərbiyəsini təmin etməkdə öhdəliyin canlanması, yeniyetmələrə onların daxili potensialının inkişaf etdirmək və cəmyyətin transformasiyasına töhfə vermək kimi ikili mənəvi məqsəd aşılayan proqramın təsir dairəsinin genişlənməsi – bütün bunlar heç də kiçik olmayan ölçüdə nəticələri həqiqətən çox vədverici olan mədəniyyətin başqa bir səviyyəsində olan irəliləyişlə güclənmişdir. Kollektiv şüurda baş verən bu təkamül dostlar arasındakı söhbətlərdə rast gəlinən “müşayiət” sözünün işlədilməsinin tezliyində də görünür, o söz ki, ümumi Bəhai sözlüyünə daxil olduqca yeni bir məna kəsb edir. Bu, öyrənmənin bir iş tərzi olduğu mədəniyyətin möhkəmlənməsindən xəbər verir, o iş tərzi ki, Mühafizin Əmrin ilkin missiyası kimi bəyan etdiyi ilahi sivilizasiyanın qurulmasında məlumatlı bir iştirakı yetişdirir. Belə bir yanaşma çox vaxt insan enerjisini hökmranlıq, tamahkarlıq, günahkarlıq hissi və manipulyasiya vasitəsilə istifadə edən köhnə sosial nəzmin ruhani cəhətdən iflas etmiş və ölməkdə olan yoları ilə kəskin təzad təşkil edir.
Odur ki, dostlar arasındakı münasibətlərdəki bu inkişaf mədəniyyətdə onların qarşılıqlı fəaliyyətlərinin keyfiyyətində öz ifadəsini tapır. Öyrənmə, bir iş tərzi kimi tələb edir ki, hamı itaətkarlıq mövqeyində dursun, elə bir halət ki, insan özünü unudur, tam olaraq Allaha təvəkkül edir, Onun saxlayıcı qüdrətinə arxayın olur, dəyişməz yardımına inanır, bilir ki, yalnız O cücünü qartala, damlanı sahilsiz ümmana çevirər. Və belə bir halətdə olduqda qəlblər dayanmadan bir yerdə işləyir, öz nailiyyətlərindən daha çox başqalarının inkişafından və onlara xidmətdən sevinirlər. Buna görə də onların fikirləri həmişə bir-birinə kömək etməkdə toplanaraq Onun Əmrinə xidmətin yüksəkliklərini müəyyən edir və Onun biliyinin səmasında uçur. Çiyin-çiyinə işləyərək gənc və qoca, veteran və yeni inananlar tərəfindən genişlənən və bütün yer kürəsi boyunca açılan hazırkı fəaliyyət modelində bizim gördüyümüz mənzərə belədir.
Mədəniyyətdəki bu irəliləyiş yalnız fərdlər arasındakı münasibəytlərə təsir etmir, bunun təsiri həm də Əmrin inzibati işlərinin aparılmasında da hss olunur. Öyrənmə İcmanın iş(həyat) tərzini fərqləndirən bir xüsusiyyətə çevrildikdə, genişlənmə və möhkəmlənməyə aid qərar çıxarmanın müəyyən cəhətləri, planlaşdırma və tətbiqin yerlərdəki şəraitə uyğun olmasına qabil etməklə inananların özünə buraxılmışdır. Xüsusən də, klaster məşvərət görüşündə klaster səviyyəsində fəaliyyətə cəlb olunanlara aradabir öz cari vəziyyətləri barədə təcrübələrin və təsisatların rəhbərliyi işığında razılığa gələ bilmək və dərhal sonrakı addımları müəyyən etmək üçün toplanmalarına yer (imkan) yaradılmışdır. Klaster səviyyəsində aparıcı, uşaq dərsi müəllimi və yeniyemə qruplarının animatorlarını təchiz edən institut tərəfindən də eyni bir imkan yaradılmışdır ki, onlar da ayrı-ayrılıqda görüşsünlər və öz təcrübələri üzərində məşvərət etsinlər. KHÜ ilə birlikdə Təlim institutunun agentlikləri və ƏBK, bunların birgə qarşılıqlı fəaliyyətləri böyüməyə aid qərarların alındığı, lakin bu zaman bir qədər yüksək formallığa malik başqa bir imkan(yer) verir. Asılılıqlardan doğan bu klaster səviyyəli sistemin işi Bəhai inzibatçılığınını vacib bir cəhətini göstərir: canlı bir orqanizm kimi, Ümumdünya Ədalət Evinin rəhbərliyi altında təkamül etdikcə bunda, strukturlar və proseslər, münasibətlər və fəaliyyətlər baxımından getdikcə açılan yüksək mürəkkəblik dərəcələrini ehtiva etmə qabiliyyəti kodlaşdırılmışdır.
Əmrin təsisatlarının, yerlidən tutmuş regional, milllidən tutmuş qitə miqyasına qədər - bütün səviyyələrdə belə bir böyüyən mürəkkəbliyi getdikcə daha böyük məharətlə idarə edə bilmələri onların davamlı yetkinləşməsinin həm əlaməti, həm də zərurətidir. İnzibati strukturlar arasında təkaüml edən münasibətlər Yerli Ruhani Məhfilləri Allahın Sözünü yaymaq, inananlaın energisini səfərbər etmək, ruhsal yöndən tərbiyəedici bir mühitin yaradılması kimi məsuliyyətlərini təcrübə etməyin yeni bir mərhələsinin astanasına gətirmişdir. Öncəki müraciətlərimizdə biz izah etmişdik ki, Yerli Məhfilin yetkinliyi onun iclaslarının müntəzəmliyi və onun təkbaşına funksiyasının səmərəliliyi (operatvliyi)ilə ölçülə bilməz. Əslində onun gücü daha çox, xidmət etdiyi icmanın - həm rəsmi olaraq deklarasiya edənlərin, həm də etməyənlərin konstruktiv töhfələrini alqışlayan icmanın ruhani və sosial həyatının canlılığı ilə ölçülməlidir. Bunu görmək məmnunedicidir ki, hazırkı yanaşmalar, metodlar və alətlər (vasitələr) Yerli Ruhani Məhfillərə, hətta yeni formalaşanlara belə, vasitələr verir ki, Beşillik Planın tələblərinin yerlərdə qarşılanmasını təmin etmək üçün məsuliyyətlərini yerinə yetirsinlər. Doğrudan da, Məhfilin Planda lazımi iştirakı geniş sayda insanları əhatə etmək üçün edilən hər cəhddə mühümdür və bu da öz növbəsində onun güc və qabiliyyətinin bütün diapazonu ilə üzə çıxmasının şərtidir.
Bizim Yerli Ruhani Məhfillərdə sonrakı bir neçə il ərzində də, şahidi olacağımıza inandığımız inkişaf strategik düşünmək və hərəkət etmək qabiliyyəti nəzərəcarpacaq dərəcədə artmış, xüsusilə də, getdikcə daha da dərindən təməldə icma quruculuğu prosesini artan dəqiqlik və effektivliklə analiz etməyi və lazım olduqca, ona yardım, resurs, təşviq və mehriban rəhbərlik verməyi öyrəndikcə Milli Ruhani Məhfillərin artan gücü ilə mümkün olacaqdır. Şəraitin tələb etdiyi ölkələrdə, onlar bir sıra inzibati funksiyalarını desentralizə edərək, yurisdiksiyaları altında olan ərazilərdə institutonal qabiliyyətlərini yüksəldərək və daha incə qarşılıqlı fəaliyyət formaları yaradaraq bir sıra məsuliyyətlərini Regional Şuralara vermişlər. Bunu demək heç də mübaliğə olmazdı ki, Milli Məhfillərin tammiqyaslı iştirakı cari Planın hədəfinə çatmaq üçün zəruri olan məhz həmin o son təkanın verilməsini təmin etmişdir və biz bu istiqamətdə, Müşavirlərlə qarşılıqlı əlaqədə onlar qarşıdan gələn mühüm və tez ötüb keçəcək aylarda növbəti beş illik plana başlamağa öz icmalarını hazırlamaq üçün qeyri-adi səylər qoyduqca, bundan sonrakı inkişafı gözləyirik.
Heç şübhəsiz, Müşavirlər təsisatının təkamülü son onillikdə Bəhai İnzibati Nəzmində baş verən ən əhəmiyyətli irəliləyişlərdən birini təşkil edir. Bu təsisat artıq, 2001-ci ilin yanvarında Beynəlxalq Təbliğ Mərkəzinin Karmel Dağında öz daimi mənzilinə yerləşməsi münasibətilə Müşavirlər və Köməkçi Heyət Üzvləri Müəqəddəs Torpada təşkil olunmuş komfransa toplaşanda öz inkişafında qeyri-adi sıçrayış etmişdi. Şübhə yoxdur ki, o hadisənin azadetdiyi enerji bu təsisatı sürətlə irəli apardı. Müşavirlərin və onların köməkçilərinin Planın irəli getməsinə göstərdikləri təsirin dərəcəsi onu göstərir ki, onlar təbliğ meydanında təbii olaraq ön yerlərini tutmuşlar. Biz əminik ki, qarşıdan gələn il İnzibati Nəzmin təsisatlarını, hər biri özünün təkamül edən funksiyaları və məsuliyyətlərinə uyğun olaraq icmanın fəaliyyət göstərməsinin səciyyəvi cəhəti olan öyrənmə halətini gücləndirməyə çalışdıqca əməkdaşlıqda bir-birinə daha da möhkəm bağlayacaq – və bu, intensiv böyümə proqramları başlatmış klasterlərdə fövqəladə zəruridir.
Həzrət Bəhaullahın Vəhyi genişdir. Bu yalnız fərd səviyyəsində deyil, həm də cəmiyyətin strukturunda dərin dəyişikliyi nəzərdə tutur. “Hər bir Vəhyin məqsədi,” Onun Özü bəyan edir, “bütün bəşərin xasiyyətində çevriliş yaratmaq deyilmi, özünü həm daxilən, həm də zahirən göstərən elə bir çevriliş ki, həm onun daxili həyatına, həm də xarici şəraitinə təsir etmiş olsun?” Bu gün yer kürəsinin hər bir guşəsində irəliləyən iş Təlimlərdə nəzərdə tutulan o şərəfli sivilizasiyanın - o sivlizasiya ki, onun qurulması sonsuz dərəcədə mürəkkəb və geniş bir təşəbbüsdür və onun nəticə verməsi üçün bəşərin əsrlərlə səy qoymasını tələb edir - nüvəsini yaratmaq üçün Bəhailərin davamlı qoyulan səylərinin ən son mərhələsinin ifadəsidir. Burada heç bir qısa yol və ya hazır düstur yoxdur. Yalnız Onun Vəhyindən qaynaqlanan anlayışları istifadə etmək üçün səy qoyulduqda, insan nəslinin toplanan biliyini istifadə etməklə, Onun Təlimlərini bəşərin həyatına ağılla tətbiq etməklə və baş qaldıran suallar üzərində məşvərət etməklə, zəruri öyrənmə baş verəcək və qabiliyyət inkişaf edəcək.
Bu uzun vədəli qabiliyyət yaratmaq prosesində Bəhai icması müəyyən fəaliyyətləri getdikcə daha çox insanlara açmaqla və bunların genişlənmə və möhkəmlənməsini dayanıqlı etməklə təbliğ sahəsindəki təcrübəsini sistematikləşdirməyə təxminən bir dekada yarım vaxt sərf etmişdir. Hər bir kəs icmanın nəvazişli qucağına qəbul edilir və Həzrət Bəhaullahın həyatverici mesajından qidalanır. Həqiqətə can atan hər bir qəlb üçün Əmrin qalasında sığınacaq tapmaqdan və Əhdin birləşdirici gücündən istifadə etməkdən daha böyük bir sevinc yoxdur. Bununla belə, hər bir insan və hər bir qrup, onların Onun ardıcılları sırasında olub-olmamasından asılı olmayaraq, qarşılarına çıxan çətinlikləri həlletməkdə onlara kömək edəcək hikmət və bilik gövhərlərindən faydalanmaqla Onun təlimlərindən ilham ala bilər. Doğrudan da, insanlığın istədiyi(insanlığı çağıran) sivilizasiya ancaq Bəhailərin səyləri ilə qurulmayacaq. Bəşərin birliyi haqqında Həzrət Bəhaullahın prinsipinin dolayı təzahürü olan dünya həmrəyliyi ruhu ilə hərəkətə gələn bir sıra qruplar və təşkilatlar bu günkü cəmiyyətin qarışıqlığı və hərcmərcliyindən baş qaldıracaq sivilizasiyaya öz töhfələrini verəcəklər. Bu hər kəsə aydın olmalıdır ki, ardıcıl qlobal planlar vasitəsilə Bəhai icmasında yaranmış güc, onun qarşısında yeni öyrənmə qapıları açmaqla sivilizsiya quruculuğunun çoxüzlü və müxtəlif cəhətlərində kömək etmək üçün onu getidkcə daha çox qadir edir.
Rizvan 2008-ci il Müraciətimizdə biz göstərmişdik ki, dostlar klaster səviyyəsində çalışdıqca, onlar getdikcə daha çox cəmiyyətin həyatına daxil olacaq və iştirak etdikləri sistematik öyrənmə prosesini insan fəaliyyətlərinin daha çox cəhətlərini əhatə etmək üçün daha da genişləndirmək çağırışı qarşısında qalacaqlar. Hər bir klasterdə, etibar (məhrəmlik) aşılayan ev şəraitində aparılan müzakirələrlə rəngarəng olan ümumi ibadət fəaliyyəti əhalinin bütün təbəqələrinə - yaşlılara, gənclərə və uşaqlara - ruhani təlim-tərbiyəverən fəaliyyətlərlə toxunduqca icma həyatının zəngin bir mənzərəsi meydana çıxır. Sosial şüur, məsələn, valideynlər arasında onların uşaqlarının arzuları və yeniyetmə qruplarının təşəbbüsü ilə yaranan xidmət layihələri barədə söhbətlər geniş yer aldıqca, təbii olaraq yüksəlir. Elə ki klasterdə insan resursları kifayət qədər çoxaldı və böyümə modeli möhkəm bərqərar oldu, onda icmanın cəmiyyətlə əlaqəsi artır və doqurdan da, artmalıdır. Planın açılmasında indiki mühüm məqamda, o zaman ki, bir çox klasterlər bu mərhələyə yaxınlaşır, bu məqsədəuyğun olardı ki, dostlar hər yerdə onların böyüyən və canlanan icmalarının cəmiyyətin maddi və ruhani tərəqqisinə verə biləcəkləri töhfələrin təbiəti üzərində düşünsünlər. Bu mənada, bir-birilə bağlı, bir-brini qarşııqlı gücləndirən fəaliyyət sahələri kontekstində düşünmək daha da səmərəli olardı: ictimai-sosial fəaliyyətə cəlb olunmaq və cəmiyyətdə ən çox gedən müzakirələrdə iştirak etmək.
Onillər ərzində Bəhai icması bu iki fəaliyyət sahəsində xeyli təcrübə qazanmışdır. Əlbəttə, çox sayda bəhailər vardır ki, öz işləri vasitəsilə bir fərd olaraq sosial fəaliyyətlərə və ictimai-sosial diskussiyalara(söhbətlərə) cəlb olunmuşlar. Əmrin təlimərindən ilhamlanan və regional və milli səviyyələrdə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları vardır ki, öz xalqlarının rifahı üçün sosial və iqtisadi inkişaf sahəsində işləyirlər. Milli Ruhani Məhfillərin qurumları ictimai rifaha kömək edən ideyaların irəliləməsinə müxtəlif yollarla töhfələr verirlər. Beynəlxalq səviyyədə, Beynəlxalq Bəhai İcmasının BMT ofisi kimi qurumlar eyni funksiyaları icra edirlər. Zəruri və arzu olunan dərəcədə, icmanın təməl səviyyəsində işləyən dostlar ətraflarında olan cəmiyyətin qayğılarını həll etməyə çalışdıqca bu təcrübədən və qabiliyyətdən istifadə edəcəklər.
Spektr kimi baxıldıqda daha düzgün təsəvvür olunan sosial fəaliyyət, fərdlər və ya dostların kiçik qrupları tərəfindən həyata keçirilməklə qısa müddətli qeyri-formal səylərdən tutmuş Bəhai ruhlu təşkilatlar tərəfindən tətbiq olunan yüksək dərəcədə mürəkkəblik və dəqiqiliklə aparılan sosial-iqtisadi inkişaf proqramlarına qədər variasiya edə bilər. Miqyas və genişliyindən asılı olmayaraq, bütün sosial fəaliyyətlər Əmrin təlimlərini və prinsiplərini əhalinin sosial və iqtisadi həyatının müəyyən aspektlərini, nə qədər kiçik olsa da, yaxşılaşdırmaq üçün tətbiq etməyə çalışır. Bu cür səylər əhalinin maddi firavanlığını, onların ruhani rifahına əlavə olaraq irəlilətmək kimi konkret müəyyən olunmuş məqsədlə fərqlənir. İndi bəşərin həyatının üfüqündə görünməkdə olan dünya sivilizasiyasının həyatın maddi və ruhani tələbatlarının dinamik uzlaşmasına mütləq nail olması Bəhai təlimlərinin mərkəzində durur. Aydındır ki, bu ideal, miqyas və təsir dairəsindən asılı olmayaraq, bəhailərin apardıqları istənilən sosial fəaliyyətin təbiətinə əsaslı təsir göstərir. Ölkələr üzrə, ola bilər, hətta klasterlər üzrə şərait dostarı çox müxtəlif yanaşmalar qəbul etməyə məcbur edərək fərqlənsə də, müəyyən təməl konsepsiyalar vardır ki, hamı diqqətdə saxlamalıdır. Bunlardan biri sosial mövcudluq üçün biliyin mərkəzi yer tutmasıdır. Cəhalət vəziyyətinin davamlı saxlanması zülmün ən ağır formasıdır; bu, bəşərin birliyi, əslində həzrət BəhaillahınVəhyinin məqsədi və aparıcı prinsipi qarşısında maneə kimi duran təəssübkeşliyin (önyarğının) çoxsaylı divarlarını möhkəmlədir. Biliklərə yiyələnmə imkanı olmaq hər bir insan varlığının haqqıdır, onun yaradılmasında, tətbiqi və yayılmasında iştirak isə çiçəklənən dünya sivilizasiyasının qurulmasında hər bir kəsin öz istedadı və qabiliyyəti müqabilində üzərinə götürməli olduğu məsuliyyətdir. Ədalət hamının iştirakını tələb edir. Beləliklə, sosial fəaliyyət hansısa bir formada mal və ya xidmət təqdim edə bilər, amma onun əsas vəzifəsi daha yaxşı dünya qurmaqda iştirak etmək üçün həmin əhalidə qabiliyyət yetişdirmək olmalıdır. Sosial dəyişiklik elə bir layihə deyil ki, onu bir qrup o biri qrupun mənafeyi üçün həyata keçirsin. Sosial fəaliyyətin mürəkkəbliyi və miqyası onu həyata keçirmək üçün o kəndin və ya qonşuluğun malik olduğu insan resurslarına müqabil olmalıdır. Ona görə də yaxşı olardı ki, kiçik miqyaslı fəaliyyətdən başlanılsın və əhalinin qabiliyyəti artıqca o da orqanik olaraq böyüsün. Əlbəttə, qabiliyyət o zaman yeni bir səviyyəyə qalxır ki, onda sosial dəyişikliyin fəal tərəfdarları (qəhrəmanları) Həzrət Bəhaullahın Vəhyinin elementlərini, elmi məlumat və metodlarla birlikdə öz sosial gerçəkliklərinə getdikcə daha yüksək səmərəliliklə tətbiq edirlər. Onlar bu gerçəkliyi - insanlara qiymətsiz dəyərə malik cəvahirat kimi baxmaq və inteqrasiya və dezintegrasiya proseslərinin ürəklərə və beyinlərə, həmçinin, sosial strukturlara göstərdiyi təsirləri nəzərə almalqa - Həzrət Bəhaullahın təliməri ilə uyğunluq əsasında oxumalıdırlar (başa düşməlidirlər).
Səmərəli sosial faəliyyət cəmiyyətin diskussiyalarında iştirakı zənginləşdirməyə xidmət edir, necə ki, müəyyən diskussiyalara cəlb olunmaqla əldə edilən anlayış və baxışlar sosial fəaliyyəti formalaşdıran konsepsiyaları aydınlaşdırmağa kömək edir. Klaster səviyyəsində, ictimai (sosial) diskussiyaya cəlb olunmaq gündəlik söhbətlərə bəhai ideyalarını daxil etmək kimi sadə bir hərəkətdən tutmuş sosial - əgər bir neçəsini sadalasaq, məsələn, iqlim dəyişikliyi və ətraf mühit, idarəçilik və insan hüquqları - qayğılar barədə mövzulara həsr olunmuş məqalələr yazılmasına və yığıncaqlara qatılmağa qədər variasiya edə bilər. Bu həmçinin, kəndlərdə və qonşuluqlarda sivil qruplar və yerli təşkilatlarla konstruktiv qarşlıqlı fəaliyyətə gətirib çıxarır.
Bununla əlaqədar, biz bir xəbərdarlıq etməyə məcburiyyət hiss edirik: Hər kəsin başa düşməsi vacidbir ki, sosial fəaliyyətdə və ictimai diskurslarda iştirak etməyin dəyəri yeni inananlar gətirmək qabiliyyəti ilə qiymətləndirilməməlidir. Bu iki fəaliyyət sahəsində qoyulan səylərin Bəhai icmasının böyüməsinə əhəmiyyətli təsir göstərə bilmə imkanı olsa da, onlar bu məqsədlərlə edilmir. Bu mənada səmimiyyət ən əsas tələbdir. (son dərəcə zəruridir, imperatvdir). Bundan başqa, Bəhai təcrübəsini həddən atıq vurğulamaqdan və ya yeniyetmələrin ruhani gücləndirilməsi proqramları kimi kövrək addımlara lazımsız diqqəti çəkməkdən qaçmaq lazımdır; ən yaxşısı onların öz tempi ilə yetkinləşməsinə buraxmaq lazımdır. Bütün hallarda şüar- təvazökarlıqdır. Öz inancları barədə şövq göstərərkən, dostlar ehtiyatlı olmaldırlar ki, öz aralarında yeri olmayan lovğalıq(qürur, triumfalizm) abı-havası yaratmasınlar, o ki qaldı başqa hallarda.
Klaster səviyyəsində indi açılmaqda olan bu yeni imkanları sizin üçün təsvir edərkən, biz heç cür xahiş etmirik ki, siz hazırkı kursunuzu dəyişəsiniz. Nə də düşünmək lazımdır ki, bu cür imkanlar, xidmətin icmanın məhdud resursları və enerjisi uğrunda genişlənmə və möhkəmlənmə ilə rəqabət aparan yeni alternativ meydanlarını təqdim edir. Növbəti il ərzində institut prosesi və oun yaratdığı fəaliyyət modeli möhkəmləndirlməkdə davam etməlidir, təbliğ isə hər bir inananın fikrində (ən) brinci yerdə durmalıdır. Cəmiyyətin həyatına vaxtı yetməmiş bundan daha artıq daxil olmaq cəhdləri edilməməlidir. Dostlar hər bir klasterdə, Planın tələblərini fəaliyyət, düşünmə, məşvrət və araşdırma və bunun nəticəsində öyrənərək yerinə yetirməkdə inadkarlıq göstərdikcə, bu təbii olaraq baş verəcəkdir. Cəmiyyətin həyatında iştirak, icmanın öz böyüməsini davam etdirməsi və həyat qabiliyyətini saxlaması gücləndikcə, genişlənəcəkdir. Bu, hazırkı ardıcıl qlobal Planları idarə edən konseptual çərçivənin elementlərindən nə dərəcədə istifadə edirsə, icmanı genişləndirmək və möhkəmlətmək səyləri ilə də o qədər uzlaşacaqdır. Və bu, insan kütlələrinin Həzrət Bəhaullahın öngördüyü çiçəklənən və əmin-amanlığın hökm sürdüyü sivilizasiyaya doğru hərəkətinə o dərəcədə kömək edəcəkdir ki, nə dərəcədə o, bu elementləri yeni öyrənmə sahələrində yaradıcılıqla istifadə edir.
Əziz Dostlar: Sevgili Ağamız bu ümidlərini necə də tez-tez ifadə edərdi ki, inananların ürəkləri bir-birinə məhəbbətlə dolub-daşsın, onlar heç bir ayrılıq səddi saxlamasılar, əksinə, bütün insanlığa bir ailə kimi baxsınlar. “Heç kəsi yad hesab etməyin,”- budur Onun nəsihəti; əksinə, bütün insanları dost bilin, zira siz nəzərlərinizi yadlığa dikəndə məhəbbət və birlik çətin əldə olunur.” Əvvəlki səhifələrdə nəzərdən keçirilən bütün nailiyyətlər, kökündə, Müqəddəs Ruhun gücü ilə əldə olunan universal məhəbbətin təzahüründən başqa bir şey deyil. Zira məgər bu Allaha məhəbbət deyilmi ki, bütün yadlıq və ayrılıq pərdələrini yandırır və ürəkləri kamil bir birlikdə birləşdirir? Bu Onun məhəbbəti deyilmi ki, sizi xidmət meydanına sövq edir və sizi hər bir kəsdə Onu tanımaq və Ona ibadət etmək potensialı görməyə qabil edir? Məgər sizi bu bilgi ruhlandırmır ki, Onun Məzhəri əzab-əziyyət həyatına bəşərə məhəbbətindən şadlıqla dözdü? Öz məqamınız çərçivəsində, İrandakı əziz bəhai qardaş və bacılarınıza baxın. Məgər onlar Allaha məhəbbətdən və Ona xidmət arzusundan doğan mətinlik nümunəsi deyillərmi? Məgər onların ən qəddar və ən acı təqibləri aşmaq qabiliyyəti dünyanın milyonlarla zülm altında olan insanlarının qalxıb, Allahın yer üzündə Mələkutunun qurulmasında qətiyyətlə içtirak etmək qabiliyyətlərindən xəbər vermirmi? Ixtilaf törədən sosial strukturların qarşısında dayanmayaraq, Həzrət Bəhaullahın müjdəsini hər bir şəhər qonşuluğunda, hər bir kənddə, yer kürəsinin hər bir guşəsində gözləyən ruhlara çatdırmaq üçün tələsin və onları Onun icmasına, İsmi-Əzəmin icmasına gətirin. Hə zaman fikrimizdə və dualarımızdasınız və biz Qüdrət Sahibinə yalvarmaqda davam edəcəyik ki, O sizi ecazkar fəzli ilə möhkəmləndirsin.
Bu cəlallı bayram ərəfəsində bizim gözlərimiz Həzrət Babın Uca Məqamının üzərindəki örtüyü götürülmüş qızılı günbəzinin parıltısından işıqlanır. Şövqi Əfəndinin bu Məqam üçün nəzərdə tutduğu ilahi parlaqlığa qədər bərpa olunmuş bu uca bina torpağa, dənizə və səmaya işıq saçır, gecə və gündüz köksündə mübarək cənazəsi qorunan Kəsin əzəmət və müqəddəsliyinə şəhadət verir.
Bu sevinc anları İlahi Planın açılışındakı uğurlu bir səhifənin bağlanması ilə üst-üstə düşür. Həzrət Əbdül-Bəhanın Əhd və Vəsiyyətininin qoruyucu kölgəsi altında keçən Quruculuq Əsrinin - birinci yüz ilin ancaq on ili qalır. Hazırda sona yetməkdə olan Beşillik Plandan sonra daha bir Beşillik Plan gəlir ki, onun da xüsusiyyətləri artıq bütün Bəhai düyasında intensiv öyrənmə obyekti olmuşdur. Doğrudan da, Qitə Müşavirləri Heyətlərinin Konfansına və on iki ay öncəki Rizvan Müraciətinə cavab bizi bundan da çox məmnun edə bilməzdi. Bu müraciətlərin məzmunu ilə fraqmentar tanış olmaqla kifayətlənməyərək, dostlar təkbaşına və ya qrup şəklində formal görüşlərdə və spontan keçirilən toplantılarda bu müraciətlərə dönə-dönə qayıdırlar. Onların anlayışları klasterlərində yetişdirilməkdə olan böyümə proqramlarında fəal və anlayışlı iştirakı ilə zənginləşir. Beləliklə, bütün dünya üzrə Bəhai İcması bir neçə ay ərzində onun irəli getməsinə təkan verməklə qarşıdan gələn onilliyə inamla başlaması üçün ona lazım olan çeyləri şüurlu bir şəkildə mənimsəmişdir.
Eyni vaxt ərzində, müxtəlif qitələrdə siyasi qarışıqlılıqlar və iqtisadi sarsıntıların üst-üstə gələn halları hökumətləri və xalqları silkələmişdir. Bu ölkələrdə cəmiyyətlər inqilab hüdudlarına, bir çox hallarda isə bu sərhədi aşma həddinə gətirilmişlər. Liderlər başa düşürlər ki, nə ordu, nə də var-dövlət təhlükəsizliyə təminat vermir. Harada ki, insanların arzuları yerinə yetirilməmiş qalır, orada hiddət dalğaları daha da qalxır. Həzrət Bəhaullahın Yer üzü hakimlərinə necə çoxmənalı bir nəsihət verməsini xatırlayırıq: “Sizin insanlarınız sizin sərvətinizdir. Məbada idarəçiliyinizdə Allahın hökmlərini pozasınız və himayəçilik vəzifənizi quldurlara həvalə edəsiniz.” Belə bir xəbərdarlıq lazım gəlir: insanların dəyişiklik üçün can atma səhnələri nə qədər cəlbedici olsa da, yadda saxlamaq lazmdır ki, hadisələrin gedişini manipulyasia edən maraqlar vardır. Və nə qədər ki, İlahi Təbibin yazdığı dərman qəbul edilməyib, bu əsrin bəlaları davam edəcək və getdikcə dərinləşəcək. Bu zamanın diqqətli müşahidəçisi, tutmalarla olsa da, lakin dəfedilməz bir şəkildə acınacaqlı dərəcədə qüsurlu olan dünya nizamının sürətlənmiş parçalanmasını asanlıqla görə bilər.
Bununla belə, bunun əksi olan, Mühafizin “Həzrət Bəhaullahın doğulmaqda olan Dini” ilə bağladığı və “Əmrin çox çəkmədən quracağı Yeni Dünya Nizamının müjdəçisi” kimi təsvir etdiyi konstruktiv proses də nəzərə çarpmaqdadır. Bunun dolayı təsiri cəmiyyətin yaxşılaşmasına töhfə vermək üçün can atma istəyindən qaynaqlanan, xüsusən də, gənclərdə görünən hisslərin coşub-daşmasında görünə bilər. Bu, Camal`i-Mübarəkin ardıcıllarına lütf edilmiş bir nemətdir ki, hər bir ölkədə insan ruhundan ramedilməz bir şəkildə çağlayan bu şiddətli istək, planetin müxtəlif xalqları arasında səmərəli hərəkət üçün qabiliyyət yaratmaq məqsədilə Bəhai icmasının yerinə yetirdiyi işdə özünün parlaq ifadəsini tapır. Məgər başqa bir şey bu imtiyazla müqayisə oluna bilərmi?
Bu iş barədə daha dərin anlayış əldə etmək üçün qoy hər bir inanan, Misir və Qərbə “epoxayaradıcı səfəri”nin yüzilliyi indiki zamanda qeyd olunmaqda olan həzrət Əbdül-Bəhaya baxsın. Təlimləri O hər bir sosial məkanda: evlərdə və qəbul salonlarında, kilsələrdə və sinaqoqlarda, parklarda və ictimai meydanlarda, sərnişin vaqonlarında və okean gəmilərində, klub və cəmiyyətlərdə, məktəb və universitetlərdə yorulmadan izah edirdi. Həqiqətin müdafiəsində güzəştsiz, bununla yanaşı davranışında son dərəcə incə olmaqla O, universal ilahi prinsipləri əsrin ehtiyacları ilə əlqələndirərək onların təsirini gerçəkləşdirdi. İstisna olmadan hər kəsə - rəsmilərə, alimlərə, fəhlələrə, uşaqlara, valideynlərə, sürgün olunmuşlara, fəallara, din xadimlərinə, skeptiklərə O, məhəbbət, hikmət, rahatlıq, o anda kimn nəyə ehtiyacı vardısa, onu veriridi. Onların ruhlarını yüksəlltməklə yanaşı, O onların fərziyyələrinə meydan oxuyur, baxışlarını dəyişir, anlayışlarını genişləndirir və enerjilərini bir məcraya istiqamətləndirirdi. Sözləri və əməlləri ilə O elə bir şəfqət və səxavət nümayiş etdirirdi ki, qəlblər tamamilə dəyişirdilər. Heç kəs geri qaytarılmırdı. Bizim böyük ümidimiz budur ki, bu yüzillik yubiley dönəmində Ağanın misilsiz nailiyyətlərini tez-tez xatırlamaq Onun səmimi pərəstişkarlarını ilhamlandıracaq və onlara ruh gücü verəcəkdir. Onun nümunəsini gözünüz önünə gətirin və nəzərlərinizi ona dikin; qoy Planın məqsədlərini yerinə yetirməkdə bu sizin sövq-təbii rəhbərliyiniz olsun.
Bəhai İcmasının birinci qlobal Planının başlanğıcında Şövqi Əfəndi ardıcıl mərhələləri valehedici bir dillə təsvir edirdi ki, bu mərhələlərlə ilahi nur Siyah-çalda yandırılmış, Bağdadda vəhy çırağı ilə əhatə edilmiş, Asiya və Afrika ölkələrində yayılmış və elə bu zaman Ədirnədə və daha sonra Əkkada daha parlaq bir güclə parlamaqla dənizlərin üzərindən keçərək qalan qitələrə yönəlmiş və bununla dünyanın dövlətlərinə və asılı ərazilərinə artan şəkildə nüfuz etmişdir. Bu prosesin son hissəsini o “o işığın .... yer kürəsinin qalan ərazilərinə nüfuz etməsi” kimi təsvir edir və buna “Allahın bütün qüdrəti və cəlalı ilə parlayan müzəffər Dininin işığının bütün planeti dolduracağı və əhatə edəcəyi bir mərhələ” kimi istinad edirdi. Belə bir hədəf hələ uzaq olsa da, bu işıq artıq bir çox regionlarda güclü şəkildə yanmaqdadır. Bəzi ölkələrdə bu işıq hər bir klasterdə parlayır. O sonməz işığın ilk dəfə yandırıldığı ölkədə isə onu söndürmək istəyənlərə rəğmən, o parlaq işıq saçır. Müxtəlif ölkələrdə bu, İlahi İnayətin əli ilə bir-birinin ardınca qəlblərdə şam kimi yandrıldıqca, bütöv qonşuluqlarda və kəndlərdə alovlanır; bu, insanlar arasında bütün səviyyədə münasibət və fəaliyyətlərdə mənalı söhbətlərə işıq salır; insanların rifahını irəlilətmək üçün saysız-hesabsız təşəbbüslərə öz şüalarını saçır. Və hər bir halda bu işıq, hər biri qaranlığa qarşı bir məşəl olan sədaqətli inanandan, canlı icmadan və qayğıkeş Ruhani Məhfildən şüalanır.
Müqəddəs Astanada biz coşqunluqla dua edirik ki, sizləırin hər biriniz, sönməz od daşıyıcıları iman qığılcımını başqalarına ötürdükcə Həzrət Bəhaullahın qüdrətli təyidləri ilə əhatə olunasınız.
Yüz il bundan əvvəl, Rizvan Bayramının on birinci günü günorta vaxtı həzrət Əbdül-Bəha, bir yerə toplanmış bir neçə yüz insan qarşısında fəhlə külüngünü qaldırdı və Çikaqonun şimalında, Qross Point ərazisində Məbədin tikiləcəyi torpağı qazdı. Təməlqoyma mərasimində iştirak edənlər müxtəlif köklərdən - əgər bir neçəsini sadalasaq, norveçli, hindli, fransız, yapon, iranlı, yerli amerikalı –idilər. Sanki hələ tikilməmiş Məbəd, mərasimin axşamı, hər bir bu cür bina barədə Ağanın ifadə etdiyi arzuların həyata keçməsi idi: “ki, insanlıq görüş üçün yer tapsın” və “onun açıq müqəddəslik mehrablarından bəşəriyyətin birliyinin elanı yayılsın”.
O mərasimdə Onu dinləyənlər və Onun Misirə və qərbə səyahəti zamanı Onu eşidənlər cəmiyyət, onun dəyərləri və əsas qayğıları haqqında Onun sözlərinin dərin mənaları barədə ancaq tutqun bir anlayışa malik olmalı idilər. Hətta bu gün, kimsə iddia edə bilərmi ki, Həzrət Bəhaullahın Vəhyinin meydana çıxarmalı olduğu gələcək cəmiyyət haqqında o, nə qədər uzaq və dumanlı olsa da, ancaq bir işartıdan başqa bir şey anlamışdır? Ooy heç kəs güman etməsin ki, istiqamətində ilahi təlimlərin bəşəriyyəti hərəkətə gətirdiyi sivilizasiya, hazırkı nəzmin sadəcə uyğunlaşdırılması ilə meydana çıxacaq. Qətiyyən. Qərbin Ana Məbədinin təməl daşını qoyduqdan bir neçə gün sonra həzrət Əbdül-Bəha bəyan etdi ki, “ruhani qüvvələrin üzə çıxmasının nəticələrindən biri bu olacaq ki, insan aləmi özünü yeni bir sosial formaya uyğunlaşdrıacaq, “Allahın ədaləti insanın bütün işlərində təzahür edəcək.” Həzrət Əbdül-Bəhanın, bu yüzillik bir dövrdə Bəhai icmasının təkrar-təkrar müraciət etdiyi bu sözləri və saysız-hesabsız digər bəyanları, bu günkü təşkilata malik cəmiyyətlə Onun Atasının dünyaya bəxş etdiyi heyrətamiz baxış arasında nə qədər məsafə olması barədə təsəvvürləri dərinləşdirir.
Hər bir ölkədə yaxşı niyyətli, cəmiyyətin şəraitinin yaxşılaşması üçün çalışan fərdlərin tərifəlayiq səylərinə baxmayaraq, əfsuslar, çoxlarına belə görünür ki, belə bir baxışın gerçəkləşməsinə mane olan əngəllər dəfedilməzdir. Onların ümidləri insanın təbiəti haqqında yanlış fərziyyələrə dəyib puça çıxır, o fərziyyələr ki, bu günkü yaşayışın struktur və ənənələrinə o qədər nüfuz etmişdir ki, artıq bərqərar olmuş fakt statusu əldə etmişdir. Belə görünür ki, bu fərziyyələr hər bir nurlanmış ruhun malik olduğu qeyri-adi ruhani potensial xəzinəsini nəzərə almır; bunun yerinə, onlar bəraət üçün insanlığın uğursuzluqlarına istinad edirlər və bunun nümunələri geniş yayılmış məyusluğu hər gün daha da dərinləşdirir. Beləliklə, saxta fərziyyələrin çoxqatlı pərdələri fundamental bir həqiqətin - dünyanın vəziyyəti insan ruhunun əsl təbiətini deyil, onun pozulmasını əks etdirir, - qarşısını belə tutur. Allahın hər bir Məzhərinin məqsədi bəşəriyyətin həm daxili həyatında, həm də xarici şəraitində transformasiya yaratmaqdır. Bu transformasiya isə, ilahi hökmlərlə birləşmiş, sayı getdikcə artan insanlar, kollektiv şəkildə sosial dəyişiklik prosesinə töhfə vermək üçün ruhani qabiliyyətlərini inkişaf etdirmək istədikcə, təbii olaraq baş verir. Bir əsr bundan əvvəl Ağanın qazdığı bərk torpağın sərtliyi kimi, bu zamanın üstünlük təşkil edən nəzəriyyələrinin ilk baxışda dəyişmək üçün çox sərt olması görünə bilər, lakin onlar heç şübhəsiz yox olub gedəcək, və “Allahın nemətlərinin bahar yağmuru” ilə “həqiqi anlayış çiçəkləri” təravət və gözəlliklə meydana çıxacaq.
Biz Allaha şükürlər edirik ki, Sözünün gücü ilə siz – Onun Ən Böyük Adının icması – həqiqi anlayışın çiçəklənə biləcəyi şəraitləri yaradırsınız. Hətta Əmr naminə həbsə məruz qalanlar təsvirəgəlməz fədakarlıq və dəyanətləri ilə, bilik və hikmət sünbülçiçəklərinin xeyirxah(şəfqətli) ürəklərdə çiçəklənməsinə səbəb olurlar. Planet üzrə şövqlü insanlar Beşillik Planın şərtlərinin sistemaitk tətbiqi ilə yeni dünya qurmaq işinə cəlb olunmaqdadırlar. Planın elementləri elə yaxşı mənimsənilmişdir ki, onlara burada şərh verməyə ehtiyac duymuruq. Kərəm Sahibi Pərvərdigarın Astanasında bizim etdiyimiz dualar ona yönəlib ki, Planın irəli getməsinə töhfə verməkdə sizin hər birinizə Mələy`i-Əlanın köməyi əta edilsin. Keçən ilə ərzində sizin fədakar səylərinizə şahid olmaqla möhkəmlənən atəşli arzumuz budur ki, siz təcrübə ilə əldə etdiyiniz bilikləri qətiyyətlə tətbiq etməyinizi intensivləşdirəsiniz. İndi geri çəkilmək vaxtı deyildir; yeni günün doğuşundan çoxlarının xəbəri yoxdur. İlahi müjdəni sizdən başqa kim çatdıra bilər? Həzrət Bəhaullah Əmrə işarə edərək təsdiq edir: Allaha and olsun, bu bəsirət və inqita, baxış və coşqunluq meydanıdır, o meydan ki, Mərhəmətlinin varlıq dünyasından bütün bağlılılqarı kəsmiş rəşadətli süvarisindən başqa heç kəs orada döyüş atını çapmaz.”
Fəaliyyətdə olan Bəhai dünyasını müşahidə etdikdə perspektiv, doğrudan, çox parlaq görünür. Hər şeydən əvvəl, başqalarını Yaradanla ünsiyyətə və bəşəriyyətə xidmət etməyə dəvət etmək istəyən fərdi inananların həyatında, Zamanın Ağasının hər bir insan üçün nəzərdə tutduğu ruhani transformasiyanın əlamətlərini tapmaq olar. İstənilən bəhai icmasının, onun istər gənc, istərsə də yaşlı üzvlərinin, həmçinin, dostlarının və əməkdaşlarının ümumi rifaha xidmət etmək qabiliyyətlərini yüksəltməyə həsr olunmuş fəaliyyətlərini canlandıran ruhda ilahi təlimlər üzərində qurulan bir cəmiyyətin necə inkişaf edəcəyinin əlamətlərini görmək olar. Və irəli getmiş klasterlərdə, harada ki, Planın çərçivəsində idarə olunan fəaliyyətlər çoxdur və fəaliyyət xətləri arasında uzlaşmanın təmin olunması təxirəsalınmazdır, inkişafda olan inzibati strukturlar, Əmrin institutlarının, insanın rifahı və tərəqqisini irəlilətmək üçün bütöv bir diapazonda məsuliyyətləri addımbaaddım necə üzərinə götürəcəyi barədə, nə qədər cüzi də olsa, işartılar verir. Ona görə də, aydınlıqla görünür ki, fərdin, icmanın və təsisatların inkişafı böyük vədlər verir. Lakin bundan da əlavə, biz xüsusi bir sevinclə müşahidə edirik ki, bu agentləri bir-birinə bağlayan münasibətlər belə zərif məhəbbət və qarşılıqlı dəstəklə xarakterizə olunur.
Bunun əksi olaraq, bütövlükdə dünyada isə müvafiq agentlərin - vətəndaş, ictimai institutlar və cəmiyyətin təsisatları - arasındakı münasibət bəşəriyyətin təbəddülatlı keçid dövrünü xarakterizə edən ixtilafı əks etdirir. Orqanik bir sistemin qarşılıqlı asılı hissələri kimi hərəkət etməkdən imtina edərək onlar hakimiyyət üstündə savaşa “qatılmışlar” ki, bunun da son nəticədə mənasızlığı üzə çıxır. Həzrət Əbdül-Bəhanın saysız Lövhlərində və söhbətlərində təsvir etdiyi cəmiyyət - harada ki, gündəlik qarşılıqlı fəaliyyətlər, çox dərəcədə isə dövlətlərin münasibətləri, bəşəriyyətin birliyi anlayışı ilə forma alır. Bu cür anlayışla dolmuş münaisbətlər bəhailər və onların dostları tərəfindən bütün dünyada kəndlərdə və qonşuluqlarda bəslənməkdədir; onlardan qarşılıqlılığın və əməkdaşlığın, razılıq və məhəbbətin gözəl rayihələri duyula bilər. Bu cür sadə şəraitlərdə cəmiyyətin məlum mübarizəsinə nəzərə çarpan alternativ meydana çıxmaqdadır. Beləliklə aydın olur ki, məsuliyyətli bir şəkildə özünüifadə axtaran fərd ümumi rifaha həsr olunmuş məşvərətlərdə düşüncəli formada iştirak edir və şəxsi fikrində inadkarlıq həvəsinə imkan vermir; səmərəli nəticəyə yönləndirilmiş koordinasiyalı hərəkət zəruriyyətini dərk edərək bəhai təsisatı, nəzarət etmək deyil, bəsləmək və təşviq etmək məqsədi güdür; öz inkişafının məsulyyətini öz üzərinə götürməli olan icma, təsisatların tərtib etdikləri planlarda bütün ürəyi ilə cəlb olunması ilə əldə olunan birlikdə, qiymətsiz bir dəyəri başa düşür. Həzrət Bəhaullahın Vəhyinin təsiri altında bu üç iştirakçı arasındakı münasibətlər yeni bir hərarət, yeni bir həyatla dolmaqdadır; birlikdə onlar bir matrisa təşkil edirlər ki, onun daxilində ilahi ilhamın möhürünü daşıyan ruhani dünya sivilizasiyası tədricən yetişir.
Vəhyin işığı insan səylərinin hər bir sferasını işıqlandırmaq təyinatına malikdir; hər bir sferada cəmiyyəti saxlayan münasibətlər yenidən qurulmalıdır; hər bir sferada dünya, insan varlıqlarının bir-birinə necə münasibət bəsələməsinin nümunəsini axtarır. Biz sizə, son vaxtlar o qədər insanın qarışdığı çaxnaşmanı yaratmaqdakı rolunu nəzərə almaqla, bəşəriyyətin iqtisadi həyatını nəzərdən keçirməyi təklif edirik, harada ki, ədalətsizliyə laqyedliklə dözümlülük göstərilir, əndazəsiz mənfəət müvəffəqiyyətin rəmzi kimi qəbul edilir. Bu cür ikrahdoğurucu münasibətlər elə dərin kök salıb ki, bu sahədə münaisbətləri idarə edən üstün standartları hər hansı bir fərdin təkbaşına dəyişə bilməsini təsəvvür etmək çətindir. Bununla belə, işlərində əyrilik və ya başqalarını iqtisadi cəhətdən istismar etmək kimi müəyyən hərəkətlər vardır ki, bəhai onlardan qaçmalıdır. İlahi nəsihətlərə sədaqətlə riayət etmək, insanın öz iqtisadi davranışı ilə bir bəhai kimi onun inancı arasında heç bir ziddiyyət olmamasını tələb edir. Əmrin insaf və ədalətliliyə aid olan prinsiplərini həyatına tətbiq etməklə tək bir fərd, dünyanın özünə meyar götürdüyü aşağı həddən çox-çox yüksək olan bir meyar tuta bilər. İnsanlıq can atmaq üçün bir həyat tərzi modeli ehtiyacından üzgündür; biz sizdən elə icmaların yetişdiirlməsini gözləyirik ki, onların fəaliyyət tərzi dünyaya ümid verəcək.
Biz Rizvan 2001-ci il Müraciətimizdə göstərmişdik ki, dəstələrlə daxilolma prosesinin kifayət qədər irəlilədiyi və milli icmaların vəziyətinin əlverişli olduğu ölkələrdə milli səviyyədə İbadət Evlərinin qurulmasını təsdiq edəcəyik və bunların yaradılması isə Əmrin Quruculuq Əsrinin Beşinci epoxasının xüsusiyyətlərindən biri olmalı idi. Son dərəcə sevinclə biz indi elan edirik ki, milli Məşrik`ul-Əzkarlar iki ölkədə tikiləcəkdir: Konqo Demokratik Respublikasında və Papua Yeni Qvineyada. Bu iki ölkədə bizim qoyduğumuz kriteriyalar tam ödənilir və onların xalqlarının cari Planlar silsiləsinin yaratdığı imkanlara cavabları çox əlamətdar olmuşdur. Hazırda Santyaqoda tikilməkdə olan son qitə Məşrik`ul-Əskarı ilə bərabər, milli İbadət Evlərinin tikintisinə başlanması Allahın Dininin cəmiyyətin `torpağına işləməsinin` daha bir məmnunedici sübutudur.
Daha bir addım da mümkündür. Həzrət Əbdül-Bəhanın “dünyanın ən vacib təsistlarından biri” kimi təsvir etdiyi Məşrik`ul-Əzkar bəhai həyatının iki mühüm, ayrılmaz cəhətlərini birləşdirir: ibadət və xidmət. Bu iki cəhətin vəhdəti Planın icma quruculuğu elementləri, xüsusilə də, dua görüşlərində öz ifadəsini tapan sitayiş ruhunun böyüməsi ilə insanlığa xidmət üçün qabiliyyət yaradan təlim-tərbiyə prosesi arasında olan uzlaşmada da əks olunur. Dünya üzrə, böyüklük və həyat gücü baxımından əhəmiyyətli dərəcədə irəli getmiş, sosial hərəkətdə (fəaliyyətdə) fəallığın nəzərə çarpdığı klasterlərdə sitayiş və xidmətin qarşılıqlı bağlılığı xüsusilə vurğulanır. Bu klasterlərdən bəziləri onlara bağlanmış regionlarda dostların yeniyetmə proqramlarını inkişaf etdirmək qabiliyyətlərini bəsləmək üçün öyrənmələrin yayılması saytı kimi seçilmişdir. Bu proqramı saxlamaq(irəli aparmaq) qabiliyyəti, bu yaxınlarda qeyd etdiyimiz kimi, həmçinin, dərnəklərin və uşaq dərslərinin də inkişafına təkan verir. Beləliklə, özünün ilkin məqsədindən əlavə olaraq öyrənmə saytı bütöv genişlənmə və möhkəmlənmə sxemini gücləndirir. Məhz bu cür klasterlərdə qarşıdan gələn illərdə, yerli Məşrik`ul-Əzkarların tikilməsini düşünmək olar. Bizim ürəklərimiz Camal`i-Qədimə minnətdarlıqla dolub-daşır və biz sevinclə sizə bildirik ki, aşağıdakı klasterlərin hər birində ilk yerli Məşrik`ul-Əzkarların ucaldılması ilə bağlı müvafiq Milli Ruhani Məhfillərlə məşvərətlərə başlayırıq: Batambanq, Kampuçiya; Bihari Şərif, Hindistan; Matunda Soy, Kenya; Norte del Kauka, Kolumbiya; Tanna, Vanuatu.
İki milli və beş yerli Məşrik`ul-Əzkarın tikintisini dəstəkləmək məqsədilə bütün bu cür layihələr üçün biz Bəhai Dünya Mərkəzində Məbədlər Fondu yaratmaq qərarına gəlmişik. Dostlar hər yerdə dəvət olunurlar ki, vəsaitlərinin imkan verdiyi qədərincə, bu fonda töhfələr versinlər.
Sevgili əməkdaşlar: Yüz il bundan əvvəl həzrət Əbdül-Bəha tərəfindən açılmış bünövrə yeri, daha yeddi ölkədə açılmalıdır və bu, o günün başlanğıcıdır ki, onda hər bir şəhərdə və kənddə, Həzrət Bəhaullahın əmrinə itaət etməklə, Rəbbə sitayiş üçün bir bina ucaldılacaqdır. Allahın Zikrinin bu Dan Yeri Nöqtələri Onun işığının şüaları ilə parlayacaq və Onun tərifinin himnlərini səsləndirəcəkdir.
“Allahın Kitabı geniş açılmışdır və Onun Sözü bəşəriyyəti Ona tərəf çağırır.” Uca Qələm ittifaq və toplanma gününün gəlişini bu cür şadlandırıcı sözlərlə təsvir edir. Həzrət Bəhaullah davam edir: “Dünyanın zülm etdiyi Kəsin səsinə qulaq verin, ey Allahın dostları və Onun Əmrini ucaldan şeylərdən yapışın.” Daha sonra O Öz ardıcıllarına nəsihət edir: “Ən yüksək dostluq və mükəmməl ülfət ruhu ilə birlikdə məşvərət edin, həyatınızın qiymətli günlərini dünyanın yaxşılaşmasına və hamının Qədim və Hökmran Rəbbi olan Kəsin Əmrinin irəlilədilməsinə həsr edin.”
2. Sevgili həmkarlar: Həzrət Bəhaullahın çağırışına səs vermək üçün sizin dünya üzrə qoyduğunuz səyləri görəndə istər-istəməz ağla bu həyəcanlandırıcı kəlmələr gəlir. Onun çağırışlarına bu parlaq cavabı hər tərəfdə müşahidə etmək olur. İlahi Planın açılması üzərində bir anlığa dayanıb düşünənlərin Allahın Sözünün malik olduğu gücün, ölkə ardınca ölkədə, klaster ardınca klasterdə qadın və kişilərin, uşaq və gənclərin ürəklərində necə hakim kəsildiyini danmaları mümkün deyil.
3. Ümumdünya icması özünün bilavasitə ətrafının gerçəkliyini oxumaq, öz imkanlarını təhlil etmək, və Beşillik Planın metod və alətlərini ağılla tətbiq etmək qabiliyyətini cilalayır. Necə ki gözlənilirdi, öyrənmə hüdudlarının şüurlu şəkildə irəlilədilməkdə olduğu klasterlərdə çox sürətlə təcrübə toplanmaqdadır. Bu cür yerlərdə sayı daim artmaqda olan fərdlərin xidmət üçün qabiliyyətlərini gücləndirməyə qabil edən vasitələr yaxşı dərk edilir. Hərəkətli bir təlim institutu Planı irəli aparmaq üçün icmanın səylərinin əsas dayağı kimi xidmət göstərir və mümkün olan qədər, institut kurslarında iştirak etməklə inkişaf etdirilən bacarıq və qabiliyyətlər sahədə tətbiq edilir. Bəziləri gündəlik ictimai qarşılıqlı fəaliyyətlərində, ruhani məsələlərin müxtəlif şəraitlərdə aparılan araşdırılmasına açıq olan ruhlarla qarşılaşırlar; bəziləri bir kəndin və ya qonşuluğun, yəqin ki, həmin yerə köçməklə, həssaslığına cavab vermək mövqeyindədirlər. Artan sayda (iştirakçılar) aparıcı, animator, uşaq dərsi müəllimləri kimi xidmət edənlərin; inzibatçılıqla və koordinasiya ilə məşğul olanların; yaxud başqa cür çalışaraq işi dəstəkləyənlərin sıralarını genişləndirməklə məsuliyyət götürmək üçün ayağa qalxırlar. Dostların öyrənməyə olan öhdəlikləri onların öz səylərinin sabitliyi və başqalarının səylərində onları müşayiət etməyə hazır olmaları ilə öz ifadəsini tapır. Bundan əlavə, onlar klasterdə inkişaf etməkdə olan hərəkət modelinin bir-birini tamamlayan iki rakursunu göz önündə saxlaya bilirlər: birincisi – fəaliyyətin üçaylıq tsiklləri, böyümə proqramının ritmik pulsu; ikincisi – uşaqlar, yeniyetmələr, gənclər və böyüklər üçün təlim-tərbiyə prosesinin dəqiq ayırd edilmiş mərhələləri. Bu üç mərhələ arasındakı qarşılıqlı əlaqəni aydın başa düşməklə yanaşı, dostlar yaxşı bilirlər ki, bunların hər birinin öz dinamikası, öz tələbatı və özünəməxsus dəyəri var. Hər şeydən əvvəl, onlar güclü ruhani qüvvələrin işləməsindən agahdırlar ki, bunların da işləməsi icmanın tərəqqisini əks etdirən kəmiyyət göstəricilərində olduğu kimi, onun nailiyyətlərindən bəhs edən hekayələrin müxtəlifliyində də özünü göstərir. Xüsusilə ümidverici odur ki, daha çox irəli getmiş klasterlərə xas olan bu səciyyəvi və parlaq əlamətlər öz inkişafının daha erkən mərhələlərində olan icmalarda da görünür.
4. Dostların təcrübələri dərinləşdikcə, onların yüzlərlə, hətta minlərlə insanı əhatə edən zəngin və kompleks (mürəkkəb) həyat modelini klasterdə bəsləmək qabiliyyəti artmışdır. Dostların öz səylərindən əldə etdikləri çoxsaylı anlayışları (insights) görməkdən biz necə də məmnunuq. Məsələn, onlar başa düşürlər ki, Planın tədricən klaster səviyyəsində açılması dinamik, zərurətən mürəkkəb və asanlıqla sadələşdirilməyə təslim olmayan bir prosesdir. Onlar həm insan resurslarını artırmaq, həm də xidmətə qalxanların hərəkətlərini koordinasiya və təşkil etmək qabiliyyətlərini yüksəltdikcə onun necə irəli getməsini görürlər. Dostlar başa düşürlər ki, bu qabiliyyətlər yüksəldikcə, daha geniş diapazonda təşəbbüsləri əhatə etmək mümkün olur. Eyni dərəcədə də, onlar bunu da etiraf edirlər ki, yeni bir element daxil edildikdə, o bir müddət xüsusi bir diqqət tələb edir, lakin bu, onların icma quruculuğu səylərinin digər cəhətlərinin əhəmiyyətini heç vəchlə azaltmır. Çünki onlar yaxşı başa düşürlər ki, əgər öyrənmə onların iş tərzi olmalıdırsa, Planın, konkret bir mərhələdə (anda) xüsusilə uyğun olan istənilən bir alətinin təklif etdiyi potensial üçün ayıq olmalı və tələb olunan yerdə, onun inkişafına böyük enerji sərf etməlidirlər; lakin bu o demək deyildir ki, hər bir kəs Planın eyni bir cəhəti ilə məşğul olmalıdır. Dostlar, həmçinin, öyrənmişlər ki, böyümə proqramının hər bir tsiklinin genişlənmə fazasının əsas fokusunun eyni bir məqsədə yönəlməsi zəruri deyil. Şərait tələb edə bilər ki, məsələn, hər hansı bir tsikldə, diqqət əsas etibarilə, fərdi və ya kollektiv olmaqla, intensiv təbliğ səyləri vasitəsilə, insanların Əmri qəbul etməyə dəvət etməyə yönəslin; Başqa bir tsikldə isə, diqqəti əsas fəaliyyətlərdən spesifik birinin dəfələrlə çoxaldılması üzərində cəmləşdirilə bilər.
5. Bundan əlavə, dostlar bunun da fərqindədirlər ki, Əmrin işi müxtəlif yerlərdə müxtəlif sürətlə irəli gedir və bunun da əsaslı bir səbəbi var - axı bu, hər şeydən əvvəl, orqanik bir fenomendir (təzahürdür) və onlar şahid olduqları hər bir tərəqqi misalından sevinc və təşviq alırlar. Doğrudan da, onlar etiraf edirlər ki, ümumi fayda hər bir fərdin bütövün tərəqqisinə verdiyi töhfənin toplanmasından əmələ gəlir və beləliklə, şəxsin şəraitinin yaratdığı imkanlara uyğun olaraq hər kəsin etdiyi xidmət hamı tərəfindən alqışlanır. Analiz-məşvərət görüşləri getdikcə daha çox, icmanın səylərinin, bütövlükdə, ciddi və ruhlandırıcı müzakirələr mövzusu olduğu hadisələr kimi qavranılır. İştirakçılar ümumçilikdə nələrə naıl olunduğunu öyrənir, gördükləri işi də bu işıqda başa düşür, böyümə prosesi haqqında biliklərini təsisatların məsləhətlərini almaqla və yoldaşlarının təcrübələrindən istifadə etməklə artırırlar. Bu təcrübə konkret fəaliyyətlərlə intensiv surətdə məşğul olan dostlar – onlar istər ümumi fəaliyyət xəttində məşğul olsunlar, istərsə də klasterin müəyyən bir hissəsində xidmət etmiş olsunlar - arasında məşvərət üçün meydana çıxan bir sıra məkanlarda da paylaşılır. Bütün bu anlayışlar belə geniş bir düşüncədən irəli gəlir ki, tərəqqi məhəbbətlə dolu olan bir mühitdə daha asanlıqla əldə edilir – elə bir mühit ki, orada çatışmazlıqlara iltifatla göz yumulur, maneələr səbrlə aşılır, sınaqdan çıxmış yanaşmalar şövqlə qəbul edilir.Və Əmrin hər bir səviyyədə fəaliyyət göstərən təsisatlarının və agentliklərinin hikmətli yönəldiciliyi ilə, dostların səyləri, fərdi səviyyədə nə qədər mütəvaze olsa da, Camal`i-Mübarəkin çağırışına həssaslığın dərhal müəyyən olunması və səmərəli şəkildə bəslənməsinin təmin olunması üçün kollektiv səyə qovuşur. Belə bir vəziyyətə çatmış klasterdə, şübhəsiz, Planın üç iştirakçısı- inananlar, Əmrin təsisatları və icma - arasında əlaqə sağlam şəkildə inkişaf edir.
6. Belə bir coşğun fəaliyyət mənzərəsində bir cəhət xüsusilə qeyd olunmağa layiqdir. Üç il əvvəl sizə ünvanlanmış müraciətdə, biz ümidimizi ifadə etmişdik ki, intensiv böyümə proqramının işlədiyi klasterlərdə dostlar qonşuluq və kəndlərdə qaynar fəaliyyət mərkəzlərinin yaradılması ilə icma quruculuğu yolları barədə öyrənmək üçün səylər qoyarlar. Nəticələr bizim gözləntilərimizi aşdı, çünki hətta böyümə proqramının hələ intensivlik həddinə çatmadığı klasterlərdə belə, kiçik ərazilərdə sakinlər arasında əsas fəaliyyətləri başlamaq üçün bir neçə nəfərin səyləri onların səmərəliliyini bir daha nümayiş etdirmişdir. Mahiyyətcə, bu yanaşma Həzrət Bəhaullahın Vəhyinin oyandırdığı ruhani transformasiya üçün hazır olan əhali qruplarının Onun Təlimlərinə cavabları üzərində qurulur. Təlim institutunun irəlilətdiyi təlim-tərbiyə prosesində iştirak etməklə, onlar, cəmiyyətin aşıladığı apatiya və laqeydliyi rədd etmək və bunun yerinə, həyatı dəyişdirən hərəkət modellərini həyata keçirmək üçün motivasiya olunurlar. Hansısa bir qonşuluqda və ya kənddə, o yerlərdə ki, bir neçə il ərzində bu yanaşma irəliləmişdir və dostlar da öz fokuslarını saxlamışlar, diqqətəlayiq nəticələr tədricən, lakin danılmaz (dəqiq) olaraq, meydana çıxır. Gənclər, onların ətrafında onlardan yaşca balaca olanların inkişafı üçün məsuliyyəti götürmək məqsədilə gücləndirilirlər. Yaşlı nəsillər bütün icmanın işləri barədə məzmunlu müzakirələrə gənclərin töhfələrini alqışlayırlar. Çünki həm gənclər, həm də yaşlılar üçün icmanın təlim və tərbiyəsi prosesi vasitəsilə bəslənən intizam məşvərət üçün qabiliyyət yaradır və məqsədyönlü söhbətlər üçün yeni məkanlar açır. Özü də, dəyişiklik yalnız bəhailərə və Planın tələb etdiyi əsas fəaliyyətlərlə məşğul olanlarla, o kəslər ki, zaman keçdikcə yeni düşüncə tərzlərini onların qəbul etmələri haqlı olaraq gözlənilir, məhdudlaşmır. Yerin özünün ruhu təsirə məruz qalır. Əhalinin geniş bir diapazonunda ruhani bir münasibət formalaşır. Kişi və qadınların bərabərliyi ifadələri daha ucadan səslənir. Uşaqların, həm oğlanların, həm də qızların təlim-tərbiyəsi daha böyük diqqət ayırmağı tələb edir. Ailələrin daxilində əsrlərlə yaşı olan fərziyyələrin formalaşdırdığı münasibətlərin xarakteri hiss olunacaq dərəcədə dəyişir. Hətta hər bir cəmiyyətin üzərinə məşum kölgə salan təəssübkeşlik bəlası birliyin dəfedilməz gücü qarşısında təslim olmağa başlayır. Qısası, dostların məşğul olduqları icma quruculuğu işi mədəniyyətin cəhətlərinə təsir göstərir.
7. Son il ərzində genişlənmə və möhkəmlənmənin stabil olaraq inkişaf etməsi ilə yanaşı, digər mühüm fəaliyyət sahələri də, çox vaxt paralel olaraq, irəli getmişdir. Buna əsas bir misal – bəzi kəndlərdə və qonşuluqlarda mədəniyyət səviyyəsində müşahidə olunan irəliləyişlərin, heç də az dərəcədə olmamaqla, Bəhailərin ictimai-sosial fəaliyyətlərə cəlb olunmalarında öyrənilənlərə görə olmasıdır. Bizim Sosial və İqtisadi İnkişaf Ofisi bu yaxınlarda o Ofisin Bəhai Dünya Mərkəzində qurulmasından bəri bu sahədə toplanmış otuzillik təcrübənin mahiyyətini əks etdirən bir sənəd hazırlamışdır. Onun etdiyi müşahidələrdən biri budur ki, ictimai-sosial fəaliyyətlə məşğul olmaq səyləri təlim institutlarından vacib impulslar alır. Bu sadəcə onun yetişdirdiyi insan resurslarının artırılması vasitəsilə deyil. İnstitut prosesinin yetişdirdiyi ruhani anlayışlar, keyfiyyətlər, və qabiliyyətlər böyümə prosesi üçün olduğu kimi, ictimai-sosial fəaliyyətlə məşğul olmaq üçün də son dərəcə mühümdür. Bundan əlavə, Bəhai icmasının fərqli fəaliyyət sferalarının bir-birini qarşılıqlı gücləndirən elementlərdən təşkil olunmuş ümumi, daim təkmilləşən konseptual çərçivə ilə necə idarə olunduğunu izah edir, hərçənd bunlar, müxtəlif hərəkət sahələrində çeşidli şəkildə təzahür edə bilərlər. Bizim təsvir etdiyimiz sənəd bu yaxınlarda Milli Məhfillərlə bölüşülmüşdür və biz onları dəvət edirik ki, Müşavirlərlə məşvərət edərək, sənədin araşdırdığı konsepsiyaların, onların eqidası altında həyata keçirilən mövcud ictimai-sosial fəaliyyət səylərini yüksəldə biləcəyinə necə kömək etdiyinə və Bəhai fəaliyyətinin bu əhəmiyyətli cəhəti barədə anlayışı necə yüksəltməsinə baxsınlar. Bunu, bu sahədə geniş fəaliyyətə ümumi çağırış kimi şərh etmək lazım deyil – ictimai-sosial fəaliyyətin meydana çıxması, böyüyən icma güc topladıqca, təbii olaraq baş verir – lakin indi vaxtıdır ki, dostlar, onların səylərinin cəmiyyətin transformasiyası üçün nəticələri üzərində düşünsünlər. Bu sahədə baş verən öyrənmələrin dalğası (artımı) Sosial-İqtisadi İnkişaf Ofisinin üzərinə qoyulmuş tələbləri artırır və onun fəaliyyətinin də inkişafının buna müvafiq n bir şəkildə təmin olunması üçün addımlar atılmaqdadır.
8. Son on iki ayın xüsusilə diqqətəlayiq xüsusiyətlərindən(cəhətlərindən) biri Bəhai icmasının, geniş bir diapazon kontekstində, eyni (bənzər) düşüncəli insanlarla əməkdaşlıqda cəmiyyəti yaxşılaşdırmaq üçün qoyduqları səylərlə vaxtaşırı eyniləşdirilmə tezliyi olmuşdur. Beynəlxalq səhnədən tutmuş kənd həyatının təməl səviyyəsinə qədər, hər cür şəraitdə qabaqcıl fikir adamları öz agahlıqlarını ifadə etmişlər ki, bəhailər bəşəriyyətin firavanlığı arzusunu yalnız ürəklərində bəsləmirlər, onların həm də nə etmək lazım olduğu barədə əsaslı (inandırıcı) konsepsiyaları (təsəvvürləri) və öz istəklərini (can atdıqları şeyləri) həyata keçirmələri üçün səmərəli vasitələri vardır. Bu məmnunluq ifadələri və dəstək bəzi əvvəllər gözlənilməyən yerlərdən də gəlmişdir. Məsələn, Hətta Əmrin Beşiyində belə, zülmkar(lar)ın onların yollarında qoyduqları çox böyük əngəllərə baxmayaraq, bəhailəri, onların ölkəsinin vəziyyətinə onların mesajının necə dərindən təsir edə biləcəyini anladıqları üçün getdikcə daha çox tanıyır və öz vətənlərinin tərəqqisinə töhfə verməkdə onların sarsılmaz qətiyyətlərinə görə hörmət edirlər.
9. İrandakı vəfadar inananların çəkdikləri əzab-əziyyətlər, xüsusilə də ən son təqib dalğasının başlanmasından bəri onilliklərdə, onların başqa ölkələrdəki qardaş və bacılarını onların köməyinə qalxmağa sövq etmişdir. O dözümlülüyün nəticəsi olaraq dünya Bəhai icmasının əldə etdiyi qiymətsiz bəxşişlərdən birini bununla əlaqədar biz qeyd edirik: milli səviyyədə hökumətlər və vətəndaş cəmiyyəti təşkilatları ilə münasibətləri sistematik inkişaf etdirməyə qabil olan və dərin təsir bağışlayan ixtisaslaşmış xidmətlər (agentliklər) şəbəkəsi. Buna paralel olaraq, ardıcıl Planların prosesləri icmanın hər bir məkanda – şəxsi söhbətlərdən tutmuş beynəlxalq forumlara qədər - geniş yayılmış diskurslarda iştirak etmək qabiliyyətini cilalamışdır. Təməl səviyyədə, bu tip səylərlə məşğul olmaq dostların ictimai-sosial fəaliyyətə dayanıqlı olaraq cəlb olunmalarının artmasını xarakterizə edən eyni üzvi yanaşma ilə təbii olaraq formalaşır və bunu stimullaşdırmaq üçün heç bir xüsusi cəhdə ehtiyac yoxdur. Lakin milli səviyyədə, bu, artıq onlarla milli icmalarda işləyən elə həmin xüsusi xidmətlərin (agentliklərin) getdikcə daha çox diqqət mərkəzinə keçir və bu, tanış və səmərəli hərəkət, təhlil, məşvərət və araşdırma modelinə uyğun bir surətdə baş verir. Bu səyləri gücləndirmək, bu sahədə öyrənməni asanlaşdırmaq və atılan addımların Bəhai icmasının digər səyləri ilə uzlaşmasını təmin etmək üçün biz bu yaxınlarda Bəhai Dünya Mərkəzində İctimai Diskurs Ofisi yaratmışıq. Biz onu çağıracağıq ki, fəaliyətləri tədricən irəlilədərək və koordinasiya edərək, və təcrübəni sistem(atik)ləşdirirək bu sahədə Milli Ruhani Məhfillərə yardım etsin.
10. Başqa sahələrdə də ruhlandırıcı uğurlar baş verməkdədir. Cənubi Amerikanın Ana Məbədinin ucaldılmaqda olduğu Santyaqoda, Çilidə, tikinti işi sürətlə davam edir. Bünövrənin beton təməli, zirzəmi, kommunikasiya və müxtəlif xidmətlər tunelinin, habelə, binanın üst hissəsini saxlayacaq sütunların tikintisi başa çatmışdır. Bu layihə ilə bağlı gözləntilər artır, eyni intizar həyəcanı milli və ya yerli Məşrik`ul-Əzkarların tikiləcəyi yeddi ölkədə də yaşanmaqdadır. Onların hər birində hazırlıqlar başlanmışdır, Məbəd Fonduna inananların ianələri istifadə olunmağa başlamışdır; lakin yer, dizayn, resurslar kimi praktiki məsələlər dostların üzərlərinə götürdükləri işin ancaq bir cəhətidir. Əslində isə, onların səyləri bir ruhani işdir ki, bütöv icma onda iştirak edir. Həzrət Əbdül-Bəha Məşrik`ül-Əzkara “ilahi təyidləri cəzb edən maqnit,” Rəbbin qüdrətli təməli”, “Allahın Dininin möhkəm sütunu” deyə istinad edir. Harada qurulmasından asılı olmayaraq, bu, təbii olaraq, onu əhatə edən icmanın qurulması prosesinin ayrılmaz hissəsi olacaq. İbadət Evlərinin tikiləcəyi yerlərdə, onların kollektiv həyatlarının Məşrik1ül-Əzkarın təcəssüm etdirdiyi ibadət və xidmətin birliyini getdikcə daha və daha çox əks etdirməli olduğunu etiraf edən inananların sıravi cərgələrində bu gerçəklik barədə anlayış dərinləşir.
11. Beləliklə, hər bir ön sırada (cəbhədə) biz bəhai icmasının öz anlayışını genişləndirərək, təcrübədən anlayışlar əldə etməyə can ataraq, resursların imkan verdiyi vaxt yeni vəzifələri götürməyə hazır olaraq, yeni imperativ (təkidli) tələblərə çevikliklə cavab verərək, məşğul olduğu müxtəlif fəaliyyət sahələri arasında uzlaşmanın təmin edilməsinnin zəruriliyini anlayaraq və özünü tamlıqla missiyasınının yerinə yetirilməsinə həsr edərək dönmədən irəli getdiyini görürük. Onun şövqü və sədaqəti təxminən iki ay öncə bütün dünya üzrə 95 gənclər konfransının çağırılması ilə bağlı elana cavab olaraq yaranmış nəhəng coşğu (və canatmada) özünü göstərir. Bizi məmnun edən yalnız gənclərin özlərinin reaksiyası deyil, həm də Həzrət Bəhaullahın gənc ardıcıllarının Əmrə bütövlükdə necə həyati bir stimul kimi xidmət etdiyini anlayan bütün inananların onları dəstəkləmələrini ifadə edən səsləridir.
12. Həzrət Bəhaullahın mesajının yayılmasının, çoxsaylı sübutları, onun təsir miqyasının, onun idealları barədə artan agahlığın əlamətləri bizim ürəyimizi ümidlə doldurur. Bu yubileylər ərəfəsində, biz bu Rizvandan əsr yarım uzaqlıqda olan o “ən yüksək səadət Günü”nü xatırlayırıq, o zaman ki, Camal`i-Əbha Nəcibiyyə Bağında Öz missiyasını Öz məiyyətinə elan etdi. O müqəddəs Yerdən, Allahın Sözü, bəşəriyyəti öz Rəbbi ilə görüşə çağıraraq hər bir şəhərə və diyara yayıldı. Allahla ovsunlanmış o ilk aşiqlər məiyyətindən vahid məqsədli rəngarəng bir icma, Onun becərdiyi bağda əlvan çiçəklər yarandı. Keçən hər günlə sayı getdikcə artan yenicə oyanmış ruhlar yalvarışla Onun Məqamına üz tuturlar, o yer ki, biz orada, Müqəddəs Astanada o mübarək Günün şərəfinə və İsmi Əzəmin icmasına lütf edilmiş hər bir bəxşişə görə minnətdarlıqla təzim edirik.
İlahi Planın açılışının cari mərhələsinin başlamasından tam üç il ötmüşdür, bir öhdəlik ki, Həzrət Bəhaullahın ardıcıllarını vahid ruhani səydə birləşdirir. Allahın dostlarını onun (Planın) müəyyən olunmuş sonundan cəmisi iki il ayırır. İki əsas (mühüm) hərəkat böyümə posesini irəli aparmaqda davam edir – iştirakçıların təlim institutu kursları ardıcıllığından sabit axını və klasterlərin inkişaf kontiniiumu ilə hərəkəti – hər ikisi keçən il keçirilmiş gənclər konfanslarının doğurduğu enerji çağlaması ilə son dərəcə güclənmişdir. Böyük sayda gənc insanları xidmət meydanında səfərbər etmək üçün bəhai dünyasının genişlənmiş qabiliyyəti indi növbəti bəhrəsini verə bilər. Çünki qalan vaxt ərzində, mövcud böyümə proqramlarının möhkəmləndirilməsi və yenilərinin başladılması kimi son dərəcə mühüm vəzifə təxirəsalınmadan yerinə yetirilməsinə çağırır. İsmi-Əzəmin icmasının bu dövrün sona yetməsindən əvvəl, bu cür proqramların artıq meydana çıxdığı klasterlərə hədəfə çatmaq üçün qalan iki min klaster əlavə etmək üçün əlverişli bir mövqedədir (hər bir imkanı vardır).
Biz planetin hər tərəfindəki regionlar boyunca və müxtəlif şərait və ortamlarda (formatlarda), sayı artıq üç minə çatan klasterlərdə bu səyin ciddi-cəhdlə irəlilədilməkdə olduğunu görməkdən necə də şadıq. Çoxlu klasterlər bir mərhələdədirlər ki, o səviyyədə bir neçə sadə hərəkət xətlərinin tətbiqi ilə hərəkət qüvvəsi (sürəti, momentum) yaradılmaqdadır. Digərlərində isə, ardıcıl fəaliyyət tsikllərindən sonra Planın çərçivəsi daxilində təşəbbüs götürən fərdlərin sayı artmış və fəaliyyətin gedişi (özlülüyü) intensivləşmişdir; təcrübə vasitəsilə ruhani təlim-tərbiyə prosesinin keyfiyyəti yüksəldikcə, insanlar daha həvəslə onda iştirak etmək istəyirlər. Zaman-zaman fəaliyyətdə sakitlik (durğunluq) və yaxud qarşıda maneə ola bilər; durğunluğun səbəbləri üzərində səbr, cəsarət və mətinliklə birləşmiş araşdırıcı məşvərət qüvvə toplamağa qabil edir. Getdikcə daha çox klasterlərdə böyümə proqramı miqyas və mürəkkəblik (çoxşaxəli, kompleks olmaq) baxımından, Planın üç iştirakçısınını – fərdin, icmanın və Əmrin təsisatlarının - inkişafına uyğun olaraq artır ki, qarşılıqlı dəstəkləyici mühit yaratsın. Biz isə şadıq ki, gözlənildiyi kimi, yüzlərlə, yaxud daha çox fərdlərin min və ya daha çox insanın ruhani, dinamik və transformativ bir həyat modelinə daxil olmasına kömək etdiyi (facilitate) klasterlərin sayı artmaqdadır. Artıq lap əvvəldən bu prosesin kökündə, əlbəttə, Dünyaya Həyat Verən Kəsin irəli sürdüyü maddi və ruhani firavanlıq baxışına doğru kollektiv bir hərəkat dayanır. Ancaq bu cür böyük saylar cəlb olunanda, bütün əhalinin hərəkətı nəzərə çarpan olur (görünən olur).
Bu hərəkat, xüsusilə, yerli Məşrik-ül-Əzkarların tikilməkdə olduğu klasterlərdə aşkar görünür. Misal üçün, belə klasterlərdən biri Vanuatudadır. Tanna adasında yaşayan dostlar tikintisi planlaşdırılmış İbadət Evi barədə anlayışı yüksəltmək üçün fövqəladə səy qoymuşlar və adanın 30 000-lik əhalisnin üçdə birindən az olmayan hissəsini müxtəlif yollarla onun əhəmiyyəti barədə genişlənən söhbətə cəlb etmişlər. Bu qədər insan arasında yüksək söhbətləri saxlayıb davam etdirmək qabiliyyəti Həzrət Bəhaullahın təlimlərini illərlə paylaşmağın təcrübəsi və canlı (dinamik) təlim institutunun əhatə dairəsini genişləndirməklə cilalanmışdır. Adada iştirakçıların ruhani cəhətdən necə gücləndiklərini görən kənd başçıları tərəfindən dəstəklənərək təşviq edilən yeniyetmə qrupları xüsusilə çiçəkləyir. Onların arasında olan birlik və özünühəsr etmədən həvəslənərək bu gənc insanlar yalnız özlərindəki passivlik ətalətini (süstlüyünü) qovmamışlar, həm də, müxtəlif prakitki layihələrlə, öz icmalarının yaxşılaşdırılması naminə işləmək üçün vasitələr tapmışlar və bunun da nəticəsində, bütün yaşlardan olan insanlar, onların öz valideynləri də daxil olmaqla, konstruktiv hərəkətə sövq edilmişlər. Rəhbərlik və çətin vəziyyətlərin həll olunması üçün inananlar və geniş cəmiyyət arasında Yerli Ruhani Məhfilə müracilət etməyə qabil olma neməti etriaf edilməkdədir və öz növbəsində, Ruhani Məhfillərin qərarları da getdikcə daha da çox hikmət və həssasiyyətlə səciyyələnməkdədir. Planın hərəkət çərçivəsinin elementlərini uzlaşmış bir bütöv şəklində birləşdikdə əhaliyə təsirinin daha dərin olmasını göstərən çox şeylər vardır. Və bu davamlı genişlənmə və möhkəmlənmənin fonundadır ki, - intensiv böyümə proqramının otuzuncu tsikli yenicə yekunlaşmışdır – dostlar, adanın qalan sakinləri ilə birlikdə onların öz aralarında bir Məşrik`ül-Əzkarın , “insan ruhlarının kollektiv mərkəzi”nin ucaldılmasının nə demək olduğunu fəal bir surətdə araşdırırlar. Ənənəvi liderlərinin (rəhbərlərinin) fəal dəstəyi ilə, Tanna adasının sakinləri Məbəd üçün yüzdən çox dizayn ideyaları vermişlər ki, bu, İbadət Evinin təsəvvürləri nə dərəcədə heyran etməsini nümayiş etdirir və onun kölgəsi altında yaşayan insanların həuyatına onun göstərməli olduğu təsir barədə məftunedici perspektiv açır.
Bu ruhlandırıcı məlumatın Həzrət Bəhaullahın təlimlərinin tətbiqinin qonşuluqlarda və kəndlərdə həyat şəraitinə təsir etməkdə olduğu bir sıra qabaqcıl kalsterlərdə də analoqu vardır. Hər birində insanlar Həzrət Bəhaullahın Şəxsiyyətindən daha çox agah olmaqla, təhlil (düşünmə) və təcrübə, məşvərət və araşdırma ilə Onun Vəhyində həkk olunmuş həqiqətlər əsasında necə hərəkət etməyi elə öyrənirlər ki, ruhani yaxınlığın genişlənən dairəsi kollektiv ibadət və xidmət bağları ilə bir-birlərində daha da sıx bağlansınlar.
Daha çox irəli getmiş icmalar başqalarını da iştiraka dəvət edən yolu bir çox formalarda gedirlər. Lakin klasterdə fəaliyyət səviyyəsindən asılı olmayaraq, məhz yerli dostlar arasında, ümumi çərçivə daxilində, öyrənmə qabiliyyətidir ki, inkişaf yolu üzrə tərəqqini bəsləyir. Bu təşəbbüsdə hər kəsin payı vardır; hər bir kəsin töhfəsi bütövün zənginləşməsinə xidmət edir. Ən dinamik klasterlər o klasterlərdir ki, icmanın malik olduğu resurslardan yaxud yerinə yetirilən fəaliyyətlərin sayindan asılı olmayaraq, orada dostlar başa düşürlər ki, onların vəzifəsi tərəqqinin baş verməsi üçün nəyin tələb olunduğunu müəyyən etməkdir – bəslənilib yetişdirilməli olan körpə qabiliyyət, əldə edilməli olan yeni bacarıq, müşayit edilməli olan kövrək səylərin təşəbbüskarları, becərilməli olan təhlil-məşvərət məkanı, koordinasiya olunmalı olan kollektiv əmək (səy) – sonra isə buna nail olmaq üçün zəruri vaxt və resursların hazırlana biləcəyi (ortaya çıxarılacağı) yaradıcı yolları tapmaq. Hər bir şəraitin özünün meydanoxuyucu suallarını ortaya qoyması faktının özü hər bir icmanı qabil edir ki, Bəhai dünyasının qalan hissəsində nə öyrənildiyindən sadəcə faydalanmasın, həm də o bilik toplusuna öz əlavəsini etsin. Bu gerçəkliyin fəqrində olmaq (onu anlamaq) mənasız (faydasız) sərt (qeyri-çevik) hərəkət formulu araşdırmasından azad edir və bu zaman müxtəlif şəraitlər altında üzə çıxan anlayışların böyümə prosesinin insanın öz ətrafında konkret bir forma almasına imkan verməklə onu canlandırır. Bu bütöv yanaşma frenetisimə və ya iradənin iflic olmasına gətirən “uğur” və “uğursuzluq” kimi dar konsepsiyalarla tamamilə təzad təşkil edir. İnqita gərəkdir. Səy tamamilə Allah xatirinə qoyulanda baş verən hər şey Ona məxsus olur və Onun adı ilə qazanılan hər bir qələbə Onu tərif etmək üçün bir fürsətə səbəb olur.
Qoyulan səylərlə ona cavab olaraq yağan yardım arasındakı münasibəti Bizim Dinimizin Yazılarında təsvir edən nə qədər məqamlar vardır: “Siz sadəcə səy etsəniz,” Lövhlərinin birində Ağa belə təminat verir, “bu yəqindir ki, bu şəfəqlər parlayacaq, bu mərhəmət buludları öz yağmurlarını yağdıracaq, bu həyatverici nəsimlər qalxacaq və əsəcək, bu şirin rayihəli müşk hər yana yayılacaq.” Müqəddəs Məqamlara tez-tez etdiyimiz ziyarətlərimizdə biz ciddi-cəhdlə sizin adınızdan Qüdrətliyə yalvarırıq ki, O sizi saxlasın və möhkəmləndirsin, ilahi təlimlərlə hələ tanış olmayanlara yetişmək və onların Əmrdə möhkəmlənmələri üçün sizin səyləriniz bolluqla xeyir-bərəkət alsın, Onun sonsuz lütflərinə sizin inamınız sarsılmaz olsun. Siz heç vaxt bizim dualarımzdan çıxmırsınız və biz daim sizin uzlaşmış vəfadarlıq hərəkətlərinizi yalvarışlarımızda xatırlayacağıq. Növbəti iki il ərzində Camal`i-Mübarəkin ardıcıllarının qarşısındakı son dərəcə vacib vəzifələr üzərində düşündükcə, Ağanın hərəkətə təsirli çağırışı ruha bir təkan kimi səslənir: “Pərdələri cırın, maneələri aradan qaldırın, həyatverici sular verin və nicat yollarını göstərin.”
Möhtəşəm Rizvan bayramı yaxınlaşmaqdadır, üfüqdə İsmi-Əzəmin icmasının yetişdiyi yüksəkliklərdən isə üfüqdə parlaq perspektivlər görünməkdədir. Böyük bir məsafə qət edilmişdir: yeni böyümə proqramları meydana çıxmışdır, daha yüzlərcəsi növbəti on iki ayda yaranacaqdır, zəruri fəaliyyət modelinin hərəkətə gətirilməsi məqsədilə Beşillik Planda hədəf qoyulan 5000 klasterə çatmaq üçün müəyyən edilmiş, demək olar, hər bir klasterdə səylər artıq başladılmışdır. Mövcud proqramlar möhkəmlənməkdədir, çoxlu proqramlar isə, Allahın Sözünün klasterdə bütün sosial mənzərə boyunca, qonşuluqda və ya kənddə yayıılmasının nə demək olduğunu daha aydın göstərir. Dayanıqlı geniş miqyaslı genişlənmə və möhkəmlənməyə aparan yol daha möhkəm addımlarla gedilməkdədir ki, bu yolda rəşadətli gənclik tempi müəyyən edir. Əmrin cəmiyyətqurucu gücünün üzə çıxması yolları müxtəlif şəraitlərdə daha da aydın görünməkdədir, klasterdə böyümə prosesinin növbəti açılışını göstərən o müəyyənedici əlamətlər tədricən nəzərə çarpmaqdadır.
Bu işi yerinə yetirmək və dəstəkləmək üçün edilən çağırış Həzrət Bəhaullahın hər bir ardıcılına ünvanlanır, bu şağırış isə dünyanın bədbəxt vəziyyətinə, nə qədər insanın qurtula bilmədiyi acınacaqlı şəraitə ağrıyan hər bir ürəkdə cavab oyadacaq. Çünki, son nəticədə, məhz Planın çərçivəsində geniş bir əhatədə görülən hər bir sistematik, qətiyyətli və fədakar fəaliyyət narahat olan (laqeyd qalmayan) hər bir inananın nizamı pozulmuş cəmiyyətin sayı dəfələrlə artan xəstəliklərinə ən konstruktiv cavabıdır. Keçən il ərzində, bu daha da aydın oldu ki, müxtəlif ölkələrdə ənənəvi olaraq bir xalqı birləşdirən və bir yerdə tutan ideallar ətrafında ictimai-sosial konsensus (razılıq) müxtəlif yollarla getdikcə dağılır və tükənir. Bu daha, narazılıq və tüğyan edən hiddətdən qidalanaraq öz mənfəətini güdən, dözümsüz və zəhərli ideologiyaların müxtəlifliyinə qarşı etibarlı bir müdafiə təklif edə bilmir. Hər keçən günlə özünə inamını itirən münaqişəli bir dünya ortada ikən, bu destruktiv ehkamların tərəfdarları daha da cəsarətlənir və utanmaz olurlar. Biz Qələmi-Əlanın birmənalı mühakiməsini xatırlayırıq: “Onlar Cəhənnəm Atəşini işıq bilib ona tərəf tələsirlər” (onu işıqla səhv salırlar). Millətlərin pak niyyətli liderləri və xoşməramlı insanlar cəmiyyətdəki parçalanmaları bərpa etmək mübarizəsində tərk edilmişlər, onlar isə bu parçalanmaların yayılmasının qarşısını almaqda gücsüzdürlər. Bütün bunların təsirləri yalnız zahiri münaqişələrdə və ya nizamın çökməsində özünü göstərmir. Qonşunu qonşunün əleyhinə qaldıran və ailə bağlarını qıran etibarsızlıqda, özünü sosial diskurs kimi göstərən əksər şeylərdəki antaqonizmdə, hakimiyyət qazanmaq və sərvət toplamaq üçün insanın aşağı motivasiyalarını istifadə edən çağırışların adi hal almasında - bütün bunlarda cəmiyyəti saxlayan mənəvi qüvvənin ağır dərəcədə tükənməsinin aşkar əlamətləri vardır.
Lakin bunu bilmək bir təsəlli verir ki, bu dezinteqrasiyanın arasında insan varlıqlarında səmavi olan hər şeyin öz praktiki ifadəsini tapmasına imkan verən yeni növ kollektiv həyat formalaşmaqdadır. Biz müşahidə etmişik ki, xüsusilə intensiv təbliğin və icma quruculuğu fəaliyyətlərinin saxlanıldığı yerlərdə dostlar onların qiymətli energilərini yeyib tükətmək riski yaradan materialzm qüvvərlərindən özlərini qoruya bilmişlər. Təkcə bu deyil, onlar həm də onların vaxtlarını tələb edən çoxlu digər çağırışları da idarə etməkdə qarşılarında duran vəzifənin müqəddəsliyi və təxirəsalınmazlığı barədə baxışı itirmirlər. Əmrin ehtiyaclarına və insanlığın ümdə maraqlarına belə bir diqqət hər bir icmada tələb olunur. Böyümə proqramının qurulduğu, əvvəllər açılmamış olan klasterdə biz görürük ki, sədaqətli və öhdəliyinə sadiq bir inananın ürəyində Həzrət Bəhaullaha məhəbbətdən necə ilkin fəaliyyət canlanır. İcma sayca (ölçücə) böyüdükcə son nəticədə qurulacaq mürəkkəb bir sxemə baxmayaraq, bütün fəaliyyət bu sadə məhəbbət teli ilə başlayır. Bu həyati vacib bir sapdır ki, tsikldən tsiklə, ondan uşaqları, gəncləri və böyükləri ruhani ideyalarla tanış etmək; dua və ibadət toplantıları ilə sitayiş hisslərini bəsləmək; anlayışı aydınladan söhbətləri stimullaşdırmaq; daim artan sayda insanların həyat boyunca Yaradıcı Sözü öyrənmələrini və onu əməllərə çevirmələriin başlatmaq; başqaları ilə birlikdə xidmət qabiliyyətini inkişaf etdirmək; öyrənilənlərin tətbiqində bir-birlərini müşayiət etmək üçün səbrli və diqqətin cəmləşdiyi bir səy modeli toxunur. Sevgili dostlar, Camal`i-Əbhanın sevimliləri: Biz hər dəfə Müqəddəs Astanada hüzurda olanda sizin üçün atəşin dua edirik ki, sizin Ona olan məhəbbətiniz həyatınızı Onun Əmrinə həsr etməkdə sizə güc versin.
Klasterlərdən və onların hüdudlarında olan, icma həyatının dinamikasının böyük sayda insanları əhatə etdiyi intensiv öyrənmə mərkəzlərindən əldə edilən zəngin anlayışlar (bəsirət) xüsusi qeyd edilməyə layiqdir. Biz, yoldaşlıq və mütəvaze xidmətə əsaslanan qarşılıqlı dəstək mədəniyyətinin bu cür yerlərdə getdikcə daha çox insanları sistematik olaraq icma fəaliyyətlərinin çevrəsinə gətirilməsinə onları qabil edərək necə təbii olaraq bərqərar olmasını görməkdən məmnunuq. Doğrudan da, sayı artmaqda olan şəraitlərdə əhalinin yeni cəmiyyət barədə Həzrət Bəhaullahın baxışına doğru hərəkatı sadəcə bir heyranedici perspektiv kimi deyil, meydana çıxmaqda olan bir gerçəklik kimi görünür.
Biz sizlərdən, ətraflarında nəzərəçarpacaq tərəqqinin hələ baş verməli olacağı və dəyişiklik həsrətində olan kəslərə əlavə olaraq bir neçə söz demək istərdik. Ümidvar olun. Bu həmişə belə olmayacaq. Əmrin tarixi qeyri-əlverişli başlanğıclar, lakin məftunedici nəticələr barədə belə hekayələrlə dolu deyilmi? Nə qədər olub ki, cəmisi bir neçə inananın - gənc olsun, ya yaşlı – və ya tək bir ailənin ya da tənha bir şəxsin əməlləri, ilahi yardımla təyid alanda zahirən xoşgörülü (əlverişli) olmayan yerlərdə canlı icmaların bəslənməsində müvəffəq olmuşlar? Düşünməyin ki, sizin öz vəziyyətiniz (halınız) mahiyyətcə bundan fərqlidir. İstər tezliklə olsun, istərsə də çətinliklə qazanılmış, bir klasterdə dəyişiklik nə formula olan yanaşmadan, nə də aradabir olan fəaliyyətdən qaynaqlanır; o, hərəkət, düşünmə və məşvərət ritmində baş verir və təcrübənin meyvəsi olan planlarla irəli aparılır. Bundan başqa, Məhbuba xidmət özlüyündə, onun bilavasitə nəticələri nə olursa olsun, ruh üçün daimi olan bir sevinc mənbəyidir. Əmrin Beşiyindəki ruhani qardaş-bacılarınızın nümunəsindən də ilhamlanın, ürəklənin ki, onların konstruktiv baxışları, bir icma olaraq çeviklikləri (özlərini bərpa etmə qabiliyyəti), İlahi Sözü yaymaqda möhkəmlikləri cəmiyyətdə düşüncə və əməl səviyyəsində necə dəyişikliklər yaradır. Allah sizinlədir, sizin hər birinizlədir. Plandan qalan on iki ayda qoy hər bir icma indiki vəziyyətindən irəli gedib daha güclü bir vəziyyətə keçsin.
Hər şeydən daha vacib genişlənmə və möhkəmlənmə işi bir sıra digər sferalarda bəhai dünyasının öz üzərinə götürməyə çağrıldığı səyləri üçün möhkəm bünövrə qoyur. Bəhai Dünya Mərkəzində o son dərəcə qiymətli mirası - Əmrin bəşərin faydası üçün əmanət saxlanılan Müqəddəs Yazılarını - təşkil edən minlərlə Lövhlər metodik olaraq kataloqa salınır və indeksləşdirilir – bu, Yazıların həm orijinal, həm də İngilis dilində tərcümələrinin çapını sürətləndirmək üçün belə edilir. Səkkiz Məşriq `ül-Əzkarın, Allahın şanının vəsf edildiyi müqəddəs Məbədlərin tikintisi səyləri sürətlə davam edir. Milli səviyyədə İctimai Əlaqələr işi effektivliyinə görə əlamətdar irəliləyiş əldə etmiş və getdikcə sistematikləşərək, altı ay öncə Milli Ruhani Məhfillərə göndərilmiş sənədin çıxması ilə daha da təkan almışdır ki, bu sənəd son iyirmi ildə yaradılmış əhəmiyyətli təcrübədən istifadə edir və bu səylərin gələcəkdə inkişaf etdirilməsi üçün geniş əsas verir. Bu arada, Beynəlxalq Bəhai İcmasının Nyu York və Cenevrədə yerləşən Birləşmiş Millətlər ofisləri və onun Brüsseldəki ofisi kimi eynitipli iki yeni ofisi, beynəlxalq səviyyədə Afrika və Cənub-Şərqi Asiyada Əmrin baxışlarının təklif edilməsi üçün fürsətləri genişləndirərək Əddis Əbəbədə və Cakartada açılmışdır. Çox vaxt böyümənin tələblərindən hərəkətə gələrək, bir sıra Milli Məhfillər, onların ixtiyarında olan resursların düşüncəli istifadəsindəki rəhbərliklərində, öz icmalarının vəziyyəti ilə yaxından tanış olmalarında, və Milli Ofislərinin işlərinin daha da güclənməsinin təmin edilməsindəki ayıqlıqlarında görünən inzibati qabiliyyətlərini artırırlar; bu sahədə indi yığılmaqda olan dərin təsir bağışlayan biliyin sistemləşdirilməsinə olan ehtiyac, Bəhai Dünya Mərkəzində İnzibati Sistemlərin İnkişafı Ofisinin yaradılmasına gətirib çıxarmışdır. Müxtəlif cür ictimai-sosial fəaliyyətlər üzrə təşəbbüslər, Təlimlərdə həkk olunmuş hikmətin, sosial və iqtisadi vəziyyəti necə yaxşılaşdırmaqda tətbiq edilə biləcəyi barədə daha çox şeylər öyrənməyə qabil edərək, bir çox ölkələrdə dəfələrlə artmaqda davam edir; bu sahə o qədər vədvericidir ki, biz, Sosial-İqtisadi Ofisə bu Ofisin yeni inkişaf mərhələsinin başlandığını qeyd edərək yeddi üzvdən ibarət Beynəlxalq Məşvərət Şurası təsis etmişik. Bu Şuranın üç üzvü Ofisin koordinasiya komandası kimi xidmət edəcək və Müqəddəs Torpaqda sakin olacaqlar.
Beləliklə, bu Rizvanda, hələ çox işlərin görülməli olacağını görərək, çoxlarının da bunu etməyə hazır olduğunu görürük. Minlərlə klasterlərdə, qonşuluqlarda, kəndlərdə, iman və yəqinliyin, yeni həyat verici sularının toxunduğu kəslərin ruhlarını şadlandıran yeni bulaqları çağlayır. Bəzi yerlərdə bu rəvan axan bir arxdır, bəzilərində isə artıq çaydır. İndi hər hansı bir ruh üçün sahildə ləngimək vaxtı deyil – qoy hamı özünü qabaran dalğaya atsın (qovuşdursun).
Görün, İsmi-Əzəmin icması necə qalxır! Yeni Planın başlanğıcından cəmi bircə il keçmişdir, amma hesabatlar nələrə cəhd edilməsinin miqyasından və nələrə nail olunmasının başlanmasından xəbər verir. 5000 böyümə proqramına daha yüksək intensivlik gətirmək presedenti olmayan bir səy səviyyəsi tələb etməkdədir. Planın əsaslarınının dərindən anlaşılması ilə böyük sayda dostlar, cavablarının keyfiyyətində qətilik və fədakarlıq nümayiş etdirərək onun tələblərinə uyğun hərəkət edirlər. Gözlənildiyi kimi, uzun müddət ərzində saxlanılan bəzi intensv böyümə proqramları ətraf ərazilərə dəstək verərək, təcrübə və bəsirətlərin sürətli yayılmasını asanlaşdırıaraq bilik və resurs mənbəyinə çevrilirlər. İntensiv fəaliyyət mərkəzlərinin – icma quruculuğu işinin daha fokusda olduğu qonşuluqlar və kəndlərin- kollektiv transformasiya üçün münbit yer olduqları sübut olunur. Geniləndirilmiş və gücləndirilmiş Köməkçi Heyət üzvləri və onların assistentlərinin legionu böyümə prosesini müxtəlif şəraitlərdə necə irəlilətmək üçün baxış əldə etməkdə inananlara kömək edərək və hər bir klasterə uyğun yanaşmaları müəyyən edərək onların səylərini stimullaşdırırlar. Müvafiq Milli Ruhani Məhfillərindən dəstək alaraq, Regional Bəhai Şuraları eyni zamanda bir sıra klasterlər boyunca Planın necə sürət yığa biləcəyini öyrənərkən, Şuralar olmayan bəzi kiçik ölkələrdə milli səviyyədə yeni qurumlar eyni şeyi etməyə başlayırlar. Hərçənd, istənilən üzvi prosesdə gözlənilən olduğu kimi, bəzi yerlərdə sürətli inkişaf müşahidə olunarkən, başqalarında isə hələ bu yaranmalıdır, dünyada intensiv böyümə proqramlarının ümumi sayı artıq artmağa başlayır. Bundan əlavə, Planın birinci dörd tsiklində onun fəaliyyətlərində iştirakın nəzərəçarpacaq dərəcədə artmasını görməkdən sevinirik.
Odur ki, gələn ilin nələr gətirə biləcəyi barədə əlamətlər, çətin ki, bundan daha vədverici olardı. Əmrinin əhatəsini genişləndirmək üçün ciddi-cəhdli çalşmalardan başqa Camali-Mübarəkin Mövludunun iki yüz illlik Yubileyinə ərmağan etmək üçün Ona daha layiq olan nə ola bilərdi? Ona görə də Bəhai dünyasnının qeyd edəcəkləri iki yubileydən birincisi ən valehedici perspektivi olan bir hadisədir. Düzgün baxıldıqda, bu il, ürəkləri Həzrət Bəhaullaha bağlamaqda dünya üzrə heç vaxt olmamış yeganə bir fürsət təqdim edir. Qarşıdan gələn aylarda, qoy hamı bu qiymətli fürsətin fərqində olsun və başqalarını Onun həyatı və uca missiyası ilə tanış etmək üçün hər bir mühitdə mövcud olan imkanlara qarşı ayıq olsun. Hazırd a Bəhai dünyasının qarşısında olan təbliğ imkanının bütün miqyası ilə yaxalanması üçün, hər cür insanla başladıla biləcək söhbətə yaradıcı fikirlə yanaşmaq lazımdır. Belə bir mənalı söhbətin gedişində qavrayış yüksəlir və ürəklər açılır – bəzən isə bu dərhal baş verir. Bu dəyərli məşğuliyyətdə hamı bir iş tapır və bu işlə məşğul olmaqdan gələn nəşədən heç kəs özünü mərhum etməməlidir. Biz yeganə Məhbuba yalvarırıq ki, bü bütün yubiley ili ən pak və ən şirin olan bu sevinclə dolsun: Allahın Gününün doğması barədə başqa bir ruha danışmaq.
Vəfadarlar dəstəsinin yerinə yetirməli olduqları öhdəliklər dünyanın qarışıqlığı, etibarsızlığı və tutqunluğu ilə də təxirəsalınmaz olmuşdur. Doğrudan da, dostlar yolu işıqlandıra biləcək bir işıq yandıırmaq, iztirab çəkənə rahatlıq, ümidsizə ümid vermək üçün hər bir fürsətdən istifadə etməlidirlər. Biz Əmrin Vəlisinin bir Bəhai icmasına verdiyi nəsihəti yadımıza salırıq ki, onun sözləri sanki bizim indiki dövr üçün deyilmişdir: “Bu günkü cəmiyyətin strukturu məşum hadisələr və fəlaktlərin gərginliyi və təzyiqı altında qıvrılıb əzildikcə, milləti millətdən, sinfi sinifdən, irqi irqdən, dini dindən ayıran çatlar çoxaldıqca, Planın icraçıları öz ruhani həyatları və inzibati fəaliyyətlərində daha böyük uzlaşma göstərməli, daha yüksək meyara malik əlbir səy, qarşılıqlı yardım və kollektiv təşəbbüslərində ahəngdar inkişaf nümayiş etdirməlidirlər.” Əmrin işinin ruhani əhəmiyyətini və inananların müqəddəs vəzifələrini yerinə yetirməli olduqları yekdil qətiyyəti həmişə vurğulayaraq, Şövqi Əfəndi, həmçinin, hər hansı dərəcədə siyasi ziddiyyətlər, qarışıqlıqlar və mübahisələr barədə də xəbərdarlıq edirdi. “Qoy onlar hər cür partikularizm və tərəgkeşliyin,” başqa bir halda o təkid edir, “boş mübahisələrin, xırda hesabların, dəyişən dünyanın üzünü təşvişə salan və diqqətini məşğul edən keçici ehtirasların fövqünə qalxsınlar.” Bunlar çalxalanan və parçalanmış bir cəmiyyətin bir-birinin ardınca atdığı dalğaların köpük və sıçrantılarıdır. Bu cür yayındırıcı şeylərlə məşğul olmaq üçün ortalıqda itirlməsi qeyri-mümkün olan həddən artıq çox şey var. Həzrət Bəhaullahın hər bir ardıcılının bildiyi kimi, insanlığın son nəticədə rifahı onun ixtilaflarının aşıılmasından və birliyinin möhkəm bərqərar olmasından asılıdır. Hər bir bəhainin öz cəmiyyətinin həyatına verdiyi töhfə birlik bəsləmək məqsədi daşıyır; hər bir icma quruculuğu səyi həmin məqsədə yönəlib. İsmi-Əzəmin kölgəsində böyüyən icmalar birliyin nəyə nail ola biləcəyi barədə ədavətdən yorulanlara qüdrətli bir nümunə verir.
İnsanlığın birlik bayrağının ucaya qaldırılması üçün Onun nə qədər sevimlilərinin nə qədər yollarla hər şeylərini verdiklərini görərkən biz Rəblər Rəbbinə təriflər söyləyirik. Ən əziz dostlar: son dərəcə əlverişli il başlayarkən, bizim hər birimiz düşünmərikmi ki, Onun fəzlinin köməyi ilə hansı səmavi əməlləri edə bilərik?
Bayramlar Sultanınını gəlişi ilə növbəti qlobal Plana hazırlıq dövrü başa çatır: biz indi Allahın dostlarını yeni beşillik cəsarət, qətiyyət və resurs öhdəliyinə çağırırıq.
Həzrət Bəhaullahın vəfadarlarının sıraları hərəkətə hazırdır. Son aylarda dünya üzrə çağrılmış təsisat görüşləri bu əzəmətli təşəbbüsü başlatmaq üçün ardıcıl şövq siqnalları göndərmişdir. Müşavirlərin Konfransına göndərilmiş müraciətdə yer alan zəruri tələblər artıq qətiyyətli hərəkət planlarına nəql edilməkdədir. Onilliklər sürən qəhrəman səylər icmanı formalaşdırmış və bu an üçün onu möhkəmləndirərək, böyüməni bəsləməkdə ona müəyyən qədər isbat olunmuş qabiliyyət payı qazandırmışdır. Xüsusilə, son iki dekada qabiliyyət və məharətdə çoxdan gözlənilən artımı nəzərəçarpacaq dərəcədə sürətləndirmişdir.
Bu dövrdə, inkişaf edən hərəkət çərçivəsinin qəbul edilməsi, əvvəlcə sadə xidmət hərəkətlərini yüksəldərək və sonra özü də daha kompleks qabiliyyətlərin inkişafını tələb edən daha müfəssəl hərəkət modelinə gətirərək, proqressiv olaraq dostları əsas qabuliyyətləri bəsləmək və cilalamağa qabil etmişdir. Bu yolla, insan resurslarınin inkişafı və icma quruculuğu sistematik prosesi minlərlə klasterlərdə başlamışdır və onların bir çoxunda isə irəli getmişdir. Yalnız fərdi inanan, yaxud icma və ya Əmrin təsisatları diqqət mərkəzində olmamışlar; yeni Dünya Nizamının təkamülündə bir-birindən ayrılmaz üç iştirakçı İlahi Planın açılışı ilə azad olan ruhani güclərlə stimulə olunur. Onların inkişafının əlamətləri: saysız-hesabsız inananların Həzrət Bəhaullahın həyatı haqqında hekayələri bölüşməkdə və Onun Vəhyinin və bənzərsiz Əhdinin tətbiqi mənalarını müzakirə etməkdə əldə etdikləri inamda; bunun nəticəsi olaraq, Onun Əmrinə cəzb olunmuş və Onun birləşdirici baxışını yerinə yetirməyə töhfə verən sayı artan insan kontingentində; Bəhailərin və onların dostlarının icmanın lap sıravi cərgələrində xasiyyəti dəyişən və sosial mövcudluğu formalaşdıra bilən bir proses barədə təcrübələrini bəlağətli bir dillə təsvir etmək qabiliyyətində; ölkə üçün yerli olan və indi bəhai təsisatlarının və agentliklərinin üzvləri kimi icmalarının işlərini yönəldən o insanların əhəmiyyətli dərəcədə böyük sayında; Əmrin irəliləməsini dəstəkləmək üçün o qədər mühüm olan Fonda, etibarlı bir şəkildə, səxavətli və fədakarcasına verilən ianələrdə; icma quruculuğu fəaliyyətlərini dəstəkləməkdə fərdi təşəbbüsün və kollektiv hərəkətin presedentsiz çiçəklənməsində; daha çox gənc nəsillərin ruhani təlim-tərbiyəsinə meyl edərək bu işə sonsuz enerji gətirən və erkən gənclik çağında olan o qədər təmənnasız ruhların şövqündə; müntəzəm sitayiş yığıncaqları vasitəsilə icmanın ruhani xarakterinin yüksəlməsində; Bəhai administrasiyasının bütün səviyyələrində qabiliyyətdəki yüksəlişdə; proses şərtləri altında düşünmək, bilavasiə gerçəkliyi oxumaq və yaşadıqları yerlərdə resurslarını qiymətləndirmək və o əsasda planlar qurmaq üçün təsisatların, agentliklərin və fərdlərin hazırlığında; intuitiv öyrənmə halətini becərmiş, indi artıq tanış olan araşdırma, məşvərət və hərəkətin dinamikasında; ictimai-sosial fəaliyyətlə Təlimləri yerinə yetirməyin nə demək olduğunun artan anlaşılmasında; cəmiyyətdə üstünlük təşkil edən diksurslarda Bəhai baxışını təklif etmək üçün axtarılmaqda və tutulmaqda olan çoxsaylı fürsətlərdə; qlobal icmanın, bütün səylərində, Əmrə xas olan cəmiyyətqurucu gücü göstərməklə ilahi sivilizasiyanın meydana çıxmasını sürətləndirməsindən agahlığında; doğrudan da, daxili transformasiyanı bəsləmək, birlik çevrəsini genişləndirmək, xidmət meydanında başqaları ilə əməkdaşlıq etmək, özlərinin ruhani, sosial və iqtisadi inkişafları üçün məsuliyyət götürməkdə əhaliyə kömək etmək – və bütün bu cür səylərlə dünyanın yaxşılaşmasına nail olmaq üçün dostların səylərinin dinin özünün məhz məqsədini ifadə etməsi barədə onların artan anlayışlılığında getdikcə daha çox görünən olur.
Heç bir ayrıca götürülmüş ölçü Bəhai icmasının inkişafını bütövlükdə əks etdirə bilməsə də, dünya üzrə böyümə proqramlarının qurulduğu, Əbha Gözəlliyinin bəxş etdiyi nemətlər üçün şükranlıqla, sayının 5000-i keçdiyini təsdiq etdiyimiz bir sıra klasterlərdən çox qənaət hasil etmək olar. Bu, indi Bəhai dünyasının qarşısında olan böyümə prosesinin başladığı hər bir klasterdə onu möhkəmlətmək və zənginləşən icma həyatı modelinin daha da genişləndirmək vəzifəsini götürmək üçün bir şərt olan belə geniş bir təməl idi. Tələb olunan dayanıqlı səy çox zəhmətli olacaq. Lakin nəticə son dərəcə əhəmiyyətli, hətta epoxal potensiala malikdir. Əgər müntəzəm və sürətli olarsa, kiçik addımlar keçilmiş böyük yola çevrilir. Başlanğıc dövrdə klasterdə edilməli olan irəliləyiş üzərində diqqət cəmləşdirməklə - məsələn, iki yüzillik yubileylərdən birincisindən əvvəl altı tsikldə - beşilliyin hədəflərini əlçatan səviyyəyə gətirmək üçün dostlar çox şey edəcəklər. Hər bir tsikldə irəliyə böyük addım atmaq üçün əldən tez çıxa biləcək fürsətlər, bir də qayıtmayacaq qiymətli imkanlar vardır.
Əfsus ki, geniş cəmiyyətdə, ruhun getdikcə dərinləşən xəstəliyinin əlamətləri dəfələrlə artır və pisləşir. Bu necə də təsirlidir ki, dünyanın xalqları əsl dərmana olan ehtiyac üzündən əziyyət çəkərkən və başı lovlu bir boş ümiddən digərinə üz tutarkən, siz Allahın əbədi Sözü ilə ürəkləri bağlayan aləti təmkinlə cilalayırsınız. Bu necə də təsirlidir ki, hər yerdə getdikcə şiddətlənən sərt fikirlər və müxalif maraqların arasında siz diqqətinizi birlik sığınacağı olan icmalar qurmaq üşün insanları bir yerə toplamaqda cəmləşdirmisiniz. Sizi ruhdan salmasın, amma qoy dünyanın təəssübkeşlikləri və düşmənlikləri sizin ətrafınızdakı ruhların onlara ancaq sizin təqdim edə biləcəyiniz şəfaverici məlhəmə olan ehtiyaclarını sizə xatırlatsın.
Bu, ardıcıl Beşillik Planlar silsiləsində sonuncudur. Onun bitməsi ilə İlahi Planın təkamülündə yeni faza açılacaq, Həzrət Bəhaullahın icmasını Bəhai erasının üçüncü əsrinə aparacaqdır. Qoy hər bir ölkədə Allahın dostları, bizi gözləyən daha əzəmətli vəzifə üçün ciddi-cəhdli hazırlıq olacaq qarşıdakı bu bir neçə ilin vədlərini (perspektivini) qiymətləndirsinlər. İndiki Planın geniş miqyası hər bir fərdə, onun payı nə qədər mütəvaze olsa da, bu işi dəstəkləməyə imkan verir. Əziz əməkdaşlarımız, aləmlərin Məhbubunun heyranları, biz sizdən xahiş edirik ki, İlahi Planı növbəti mühüm mərhələsinə keçirmək üçün bütün öyrəndiklərinizi, Allahın sizə verdiyi, malik olduğunuz hər bir qabiliyyət və bacarığı tətbiq etməkdə heç bir səyinizi əsirgəməyəsiniz. İlahi yardım üçün sizin özünüzün etdiyiniz atəşli dualara biz hər şeyi əhatə edən bu Əmr üçün çalışanların hamısının adından Müqəddəs Məqamlarda öz dualarımızı qoşuruq.
Ən Böyük Bayram sona yaxınlaşarkən, şükranlıq və gözlənti hissləri bizi alır – Həzrət Bəhaullahın Öz ardıcıllarını nail olmağa qabil etdiyi ecazkar xarüqələr üçün şükranlıq və yaxın gələcəyin nələri gətirəcəyi barədə gözlənti.
Həzrət Bəhaullahın Mövludunun iki yüz illiyinin dünya miqyasında qeyd edilməsinin verdiyi təkan o vaxtdan bəri ancaq güc yığmışdır. Bəhai icmasının sürətli inkişafı, onun artan gücü (qabiliyyəti) və daha çox üzvlərinin enerjisini istifadə etmək bacarığı onun son qlobal nailiyyətlərinin yekunundan aydın görünür. Bunlardan, icma quruculuğu fəaliyyətlərindəki yüksəliş xüsusilə seçilir. Cari Beşillik Plan Bəhai dünyasının bu fəaliyyətləri cilalamaq və sayını dəfələrlə artırmaq üçün iyirmi illik səylərinin davamıdır – lakin ən əlamətdar budur ki, Planın birinci iki il yarımı ərzində ancaq əsas fəaliyyət növlərinin sayı yarıdan çox artmışdır. Dünya icması istənilən konkret bir vaxtda, bir milyondan çox insana ruhani gerçəklikləri araşdırmaq və müvafiq addım atmaqda kömək edərək onları bu fəaliyyətlərə cəlb etmək gücü göstərmişdir. Elə həmin o qısa müddətdə də, ümid və bərəkət Mənbəyindən insanlığın getdikcə uzaq düşməsinə çox ehtiyac olan bir cavab kimi dua görüşlərinin də sayı ikiqat artmışdır. Bu irəliləyişin xüsusi perspektivi var, çünki dua görüşləri icma həyatına yeni bir ruh gətirir. Bütün yaşlardan olan insanların təlim-tərbiyəsi ilə sıx bağlı olaraq, bunlar o səylərin uca məqsədini - Allaha ibadətləri və insanlığa xidmətləri ilə fərqlənən icmaların yetişdirilməsi məqsədini gücləndirir. Bu, Bəhai fəaliyyətlərində böyük sayların iştirakının dayanıqlılığının saxlandığı və dostların icmalarının inkişafında üçüncü mərhələni keçdikləri klasterlərdəki qədər heç harda bu qədər aşkar deyil. Biz bunu görməkdən çox məmnunuq ki, böyümə prosesinin bu səviyyəyə qədər irəlilədiyyi klasterlərin sayı Planın əvvəlindən bəri iki dəfədən çox artmış və indi beş yüzün ətrafındadır.
Bu qısa icmal baş verməkdə olan transformasiyanın miqyasını lazımınca əks etdirə bilməz. Planın qalan iki ili üçün perspektiv baxışı parlaqdır. Bizim ümid etdiyimiz kimi, bilik və resurs rezervuarı olmuş klasterlərdə güclü böyümə proqramlarından öyrənilən dərslərin geniş yayılması ilə bu son ildə çox şey əldə edilmişdir. Beynəlxalq Təbliğ Mərkəzi, Müşavirlər və onların yorulmaz köməkçiləri dünyanın hər yerində dostların öyrənmədəki bu sürətlənmədən faydalana bilmələri və əldə edilən bəsirətləri öz gerçəkliklərinə tətbiq etmələrini təmin etməkdə heç nəyin qarşısında dayanmamışlar. Bunu görməkdən sevinirik ki, sayı artan klasterlərdə və onlarda olan qonşuluq və kəndlərdə, hərəkət və düşünmə-təhlillə, konkret bir nöqtədə, ətraflarında böyümə prosesini irəlilətmək üçün nələrin tələb olunduğunu aşkara çıxarmaqda olan dostlar nüvəsi meydana çıxmışdır. Onlar qüdrətli bir alət olan, vasitəsilə icmanın ruhani və maddi rifahına töhfə vermək qabiliyyətinin yüksəldiyi institutdan istifadə edirlər və hərəkət etdikcə də, onlara qoşulanların sayı artır. Təbii olaraq, yerdən asılı olaraq şərtlərin xeyli dərəcədə fərqləndiyi kimi, böyümənin də xüsusiyyətləri fərqlidir. Lakin sistematik çalışmalarla, hər kəs əldəki işə daha və daha çox töhfə verə bilər. Hər bir şərait və formatda, başqa ruhları tez və ya tədricən ruhani həssasiyyətin oyanışına aparan vacib, mənalı və ruhlandırıcı söhbətlərə cəlb etməkdə təmiz bir nəşə var. İnananın ürəyində yanan alov nə qədər parlaq olarsa, onun istisini duyanların hiss etdikləri cazibə qüvvəsi o qədər böyük olar. Həzrət Bəhaullaha məhəbbətlə yanan bir ürək üçün bənzər və yaxın ruhları axtarıb tapmaq, xidmət yoluna daxil olarkən onları təşviq etmək, təcrübə qazanarkən onları müşayiət etmək – bəlkə də bütün sevinclərdən ən böyüyü – ruhların imanlarında möhkəmlənmələrini, müstəqil şəkildə ayağa qalxmalarını və eyni səyahətdə başqalarına yardım etmələrini görməkdən daha layiqli hansı bir məşğuliyyəti təsəvvür etmək olar! Bunlar bu müvəqqəti həyatın təqdim etdiyi ən əziz anlardandır.
Bu ruhani təşəbbüsü irəli aparmaq üçün perspektivlər Həzrət Babın Mövludunun iki yüz illiyinin yaxınlaşması ilə daha da həyəcanlı olur. Bundan öncəki iki yüz illik yubiley kimi, bu yubiley də sonsuz dərəcədə qiymətli bir andır. Bu bütün bəhailərə ətraflarındakı insanları Allahın Böyük Gününə, İlahi Varlığın iki Məzhərinin, dünyanın üfüqünü işıqlandıran ardıcıl Günəşlərin zühuru ilə əlamətdar olan səmavi fəzlin qeyri-adi yağışına oyatmaqda heyrətamiz fürsətlər verir. Qarşıdakı iki tsikl ərzində mümkün olanların ölçüsü iki il öncəki yubileyin təcrübəsindən hamıya məlumdur və o tədbirdə öyrənilən hər şey bu ilki Əkiz Müqəddəs Günləri üçün planlara daxil edilməlidir. İki Yüz illik Yubiley yaxınlaşarkən, biz sizin adınızdan Müqəddəs Məqamlarda tez-tez dualar edəcək, Həzrət Baba layiqli ehtiram göstərmək səylərinizin Onun öngördüyü Əmrin irəliləməsində uğurlu olması üçün dualar edəcəyik.
Quruculuq Dövrünün birinci əsrinin başa çatması iki il yarımlıq bir uzaqlıqdadır. Bu əsrin sonu Əmrin Qəhrəmanlıq Dövründə o cür fədakarlıqla qoyulmuş təməlin möhkəmləndirilməsi və genişləndirilməsi üçün mübarək səylərin yüz ilini bağlayacaqdır. O zaman Bəhai icması həmçinin, Həzrət Əbdül-Bəhanın süudunun yüzilliyini, sevgili Sərkər Ağanın cəlal səltənətində Atasına qovuşmaq üçün bu dünyanın hüdudlarını tərk etdiyi vaxtı qeyd edəcəkdir. Onun ertəsi gün baş tutan dəfni “bənzərini Fələstinin heç vaxt görmədiyi” bir hadisə idi. O gün Onun nəşi Həzrət Babın Mavzoleyindəki sərdabəyə qoyuldu. Lakin Şövqi Əfəndinin öngördüyü kimi, bu müvəqqəti bir tədbir olmalı idi. Zamanı gələndə Həzrət Əbdül-Bəhanın misilsz məqamına layiq bir Məqam tikilməli idi.
O zaman gəlmişdir. Bəhai dünyası o müqəddəs nəşi əbədi olaraq ağuşuna alacaq binanı tikməyə çağırılırlar. O, Rizvan Bağının həndəvərində, Camali-Mübarəkin qədəmləri ilə müqəddəs olmuş torpaqda tikilməlidir; Həzrət Əbdül-Bəhanın Məqamı, beləliklə, Əkka ilə Hayfadakı Müqəddəs Məqamların arasındakı qövsdə yerləşəcəkdir. Memarlıq həlli üzərində işlər gedir, qarşıdakı aylarda daha çox məlumat veriləcəkdir.
Qarşıdakı il və onun verdiyi vədlər üzərində düşünərkən indi bizi coşğun sevinc hissləri çulğalayır. Biz sizin hər birinizdən - sülh işi üçün hər bir ölkədə işləyərək Həzrət Bəhaullaha xidmət etməklə məşğul olan kəslərdən - uca missiyanızı yerinə yetirməyinizi gözləyirik.
Biz sizi Camali-Mübarəkin anadan olmasının iki yüz illiyini qeyd edən o unudulmaz hadisələrdən qalan ab-hava içərisində salamlayırıq. O zaman və ondan bəri baş verənlər üzərində düşünərkən görürük ki, indi gözlərimiz qarşısındakı dünya bəhai icması cari Planın ilk altı tsiklinə başlayan icma deyil. O, öz missiyasının hər zaman olduğundan daha çox fərqindədir. O, dostlarını və tanışlarını özünün icma həyatı ilə tanış etmək, məhəllə və kəndləri vəhdət təşkil edən səylərə ruhlandırmaq; ruhani həqiqətlərin dayanıqlı praktiki hərəkətlərə necə çevrilməsini ifadə etmək; hər şeydən əvvəl isə, yalnız dünyanı yenidən quracaq təlimlər barədə deyil, həm də onları gətirən şəxs – Həzrət Bəhaullah barədə danışmaq qabiliyyətində misli görünməmiş bir böyümə təcrübəsi yaşamışdır. Onun həyatı və əzabları barədə böyüklər, gənclər və yaşlılar tərəfindən çoxlu dillərdə söylənən hekayələr saysız-hesabsız sayda ürəkləri təsirləndirmişdir. Bəziləri Onun Əmrini araşdırmağı davam etdirməyə hazır olduqlarını göstərmişlər. Digərləri əməkdaşlıq vədi verdilər. Çox sayda həssas qəlblər isə imanlarını etiraf etmək dərəcəsində irəli getmişlər.
Tərəqqinin tutarlı göstəricilərindən biri Əmrin milli səviyyədə qaranlıqdan çıxmasının aydın olduğu çoxsaylı o yerlər idi ki, orada Bəzi hökumət rəhbərləri və qabaqcıl fikir adamları açıq – bəzən də şəxsi söhbətlərdə – bəyan etdilər ki, dünya Həzrət Bəhaullahın baxışına möhtacdır, bəhailərin səyləri heyranlıq doğurur və bu səylər genişləndirilməlidir. Biz məmnuniyyət və fərəhlə qeyd edirik ki, Həzrət Bəhaullaha izzəti-ehtiram göstərən və Onun həyatını tərənnüm edənlər yalnız bəhailər olmadılar – Bəhai icmasından kənar insanlar da xüsusi yığıncaqlar keçirdilər. Əmrə qarşı ədavətin olduğu yerlərdə dostlar ruhdan düşmədilər: heyranedici həyat qabiliyyəti göstərərək onlar həmvətənlərini təşviq etdilər ki, həqiqəti özləri araşdırsınlar, bir çoxları da bayram tədbirlərində iştirak etdilər. İki yüz illik yubiley, həmçinin, bədii ifadənin sanki çiçəklənməsinə gətirdi və bu, çağlayan məhəbbət mənbəyinə gözəl bir sübutdur ki, özü də ondan qaynaqlandı. Bu hadisəyə Bəhai icmasının bütöv yanaşmasının xarakteri, cari silsilə qlobal Planlar başlayandan bəri iyirmi ildən çox bir müddətdə nə qədər şeyin öyrənildiyinin bir təsdiqi idi. Fərdi inanan təşəbbüs göstərdi, icma kollektiv səylərdə ayağa qalxdı, dostlar isə öz yaradıcı enerjilərini təsisatların hazırladıqları planların həyata keçirilməsinə yönəltdilər. İki əsrin keçdiyini qeyd edən mühüm bir yubiley qarşıdan gələn əsrlər üçün icma quruculuğu işinə güclü bir stimul verdi. İkinci iki yüz illik yubileyə aparan dövrdə qoy birinci yubileydə elə mehribanlıq və qayğı ilə səpilmiş hər bir toxum səbrlə bəhrə verənədək bəslənsin.
Cari Planın iki ili içərisində – hərçənd təbii olaraq müxtəlif ölkələrdə tərəqqi eyni formada getmir – dünyada intensiv böyümə proqramlarının sayı cari qlobal səydə nəzərdə tutulan beş minin yarısına yaxınlaşmaqdadır və bu sayın artma tempi daim yüksəlmişdir. Daha yaxından baxdıqda, fərdlərin, icmaların və təsisatların güc və potensiallarının necə aşkara çıxmaqda olmasının vədverici nişanələrini görmək olar. İki yüz illik yubileyin qeyd edilməsi hər yerdə inananlara göstərdi ki, onların ətraflarındakı insanlarla gündəlik ünsiyyətlərinin çoxu təbliğ ruhu ilə dola bilər. Və minlərlə kəndlərdə və məhəllələrdə iş sürət yığarkən, onların hər birində canlı icma həyatı kök salır. Bu fəaliyyət modelini getdikcə daha çox yerlərə yaymaq üçün sistemin daha yaxşı qurulduğu klasterlərin sayı – və bununla dostları inkişaf kontiniumunda üçüncü mərhələni (milestone) keçməyə qabil edərək – nəzərəçarpacaq dərəcədə artmışdır. Məhz burada, Bəhai dünyasının öyrənməsinin ön hüdudlarında, xüsusilə, əhalinin Həzrət Bəhaullahın baxışına hərəkatında, harada ki nəinki Bəhai fəaliyyətləri böyük saylara getdikcə genişlənən qucağını açır, həm də dostlar kifayət qədər böyük saydan ibarət qrupların özlərini necə İsmi-Əzəmin icması ilə eyniləşdirməyə başlamalarını öyrənirlər. Uşaqlar ilbəil sinifdən sinfə rəvan bir şəkildə keçdikcə, yeniyetmələrin ruhani gücləndirilməsi proqramının səviyyəsi bir-birini əvəz etdikcə, biz Əmrin təlim-tərbiyə səylərinin daha formal xarakter aldığını görürük. Təlim institutu bu yerlərdə sayı daim artan uşaqların və yeniyetmələrin ruhani və əxlaqi tərbiyəsi üçün kifayət qədər insan resurslarının yetişdirilməsinin təmin edilməsini öyrənir. Bu cür əsaslı fəaliyyətlərdə iştirak əhalinin mədəniyyətinə elə oturuşur ki, bu, icma həyatının əvəzedilməz bir elementinə çevrilir. Öz inkişafı üçün məsuliyyəti üzərinə götürən bir xalq arasında yeni həyat enerjisi meydana çıxır və onlar cəmiyyətin passivlik doğuran güclərinə qarşı immunitet yaradırlar. Maddi və ruhani tərəqqi üçün imkanlar formalaşır. Sosial gerçəklik dəyişməyə başlayır.
Çox dəyərli dostlar, indi Məhbuba şükr etməyin əsl zamanıdır. Ruhlanmaq üçün çoxlu səbəblər vardır. Amma qalan işin miqyası barədə bizim hələ ancaq ki agahlığımız var. Əslində, bizim əvvəllər də qeyd etdiyimiz kimi, yüzlərlə sayılan çoxlu klasterlərdə, ətraflarındakı insanlarla birlikdə fokuslarını davamlı olaraq böyüməni bəsləmək və qabiliyyət yaratmaqda saxlayan, hərəkət üzərində düşünmək və təcrübədən öyrənmək üçün qabiliyyətləri və intizamları ilə seçilən inananların böyüyən bir qrupu meydana çıxmalıdır. Yalnız klaster səviyyəsində deyil, həm də məhəllə və kənd çərçivəsində – hər bir yerdə fərdlərin genişlənən nüvəsinin yetişdirilməsi və müşayiət olunması eyni zamanda həm nəhəng bir meydanoxuyucu məsələdir, həm də son dərəcə mühüm bir ehtiyacdır. Lakin bunun baş verdiyi yerlərdə nəticələrin özü hər şeyi deyir.
Bu bizi arxayın edir ki, Əmrin təsisatları tərəqqidən doğan bəsirətlərin geniş yayılması üçün səmərəli mexanizmlər quraraq bu ali ehtiyacı öz düşüncələrində ön yerdə tuturlar. Eyni zamanda da, daha böyük təcrübə milli, regional və yerli qurumlara eyni dərəcədə geniş baxış verir. Onlar icmanın inkişafının bütün cəhətləri ilə məşğul olur və əhatəsi formal üzvlüklə məhdudlaşmayan insanların rifahı qayğısına qalırlar. İnsanların inkişafı üçün institut prosesinin malik olduğu dərin nəticələrin fərqində olaraq onlar təlim institutunun necə möhkəmləndirilməsinə xüsusi diqqət ayırırlar. Onlar icmanın fokusunu Planın tələbləri üzərində saxlamaq ehtiyacının fərqindədirlər və əhatəsi daim genişlənən dostların çevrəsini daha və daha yüksək birlik səviyyəsinə çağırırlar. Onlar inzibati və maliyyə sistemlərini təkmilləşdirmək üçün öz vəzifələrini sədaqətlə yerinə yetirirlər ki, genişlənmə və möhkəmlənmə işi lazımınca dəstəklənmiş olsun. Bütün bunları edərkən onlar icmada son nəticədə qüdrətli ruhani güclərin azad olunmasına kömək edən şəraiti bəsləməklə məşğul olurlar.
İcma quruculuğu işi intensivləşdikcə, dostlar inkişaf etdirdikləri yeni qabiliyyətlərini ətraflarındakı cəmiyyətin vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edirlər və onların şövqü ilahi təlimləri öyrənməkdən alışır. Qısa vədəli layihələrin sayı sürətlə artmışdır, formal proqramların əhatə dairəsi genişlənmişdir, və indi təlim-tərbiyə, səhiyyə, kənd təsərrüfatı və digər sahələrlə məşğul olan bəhai ruhlu daha çox inkişaf təşkilatları vardır. İnsanların fərdi və kollektiv həyatlarında görünən transformasiyadan Həzrət Bəhaullahın Əmrinin cəmiyyətqurucu gücünün təzahürlərini açıq-aşkar görmək olar. Ona görə də bu təəccüblü deyil ki, Beynəlxalq Bəhai İcmasının ofisləri ictimai-sosial fəaliyyətin – istər sadə, istər kompleks, yaxud istər müəyyən vaxt daxilində, istərsə də uzun vədəli – bu cür nümunələrindən cəmiyyətdə geniş yayılmış diskurslarda iştirak etmək səylərində getdikcə daha çox ilham alırlar. Bu, Əmr üçün vacib olan digər bir fəaliyyət sahəsidir ki, yaxşı irəli getmişdir. Milli səviyyədə cəmiyyət üçün əhəmiyyətli olan diskurslara – kişi və qadınların bərabərliyi, miqrasiya və inteqrasiya, sosial dəyişikliklərdə gənclərin rolu, dinlərin birgə yaşayışı və digərləri – getdikcə artan inam, peşəkarlıq və bəsirətlə töhfələr verilir. Və harada yaşamaq, işləmək və oxumalarından asılı olmayaraq, bütün yaşlardan və köklərdən olan inananlar, Həzrət Bəhaullahın geniş Vəhyi ilə formalaşan prinsipial baxışı ətraflarında olanların diqqətinə çatdıraraq konkret diskurslara dəyərli töhfələr verirlər.
Diskursların açıldığı müxtəlif məkanlarda Əmrin statusu onun internet şəbəkəsində rəsmi təmsilçiliyi ilə xeyli yüksəlmişdir və bu təmsilçilik bir sıra milli bəhai vebsaytlarının yaradılması və Bahai.org-la bağlı olan saytlar ailəsinin daha da inkişaf etdirilməsi ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu, Əmrin həm təbliği, həm də mühafizəsi baxımından çox böyük dəyərə malikdir. Cəmi bir neçə gün ərzində dünya miqyasında geniş bir auditoriya Əmr haqqında iki yüz illik yubiley saytında təqdim olunan diqqətlə işlənmiş materiala (məzmuna) cəlb olunmuşdur və bu material eyni zamanda doqquz dildə yenilənmiş və hazırda ayrı-ayrı ölkələrin bayram tədbirlərinin müxtəlifliyini göstərən səhifələri ilə genişləndirilmişdir. Bəhai İstinad Kitabxanasına Müqəddəs Yazılardan əvvəllər tərcümə və dərc olunmamış parça və Lövhlərin zaman keçdikcə onlayn yerləşdirilməsinə imkan verən funksiyanın daxil edilməsi planları artıq xeyli irəliləmişdir. Bununla bərabər, qarşıdakı illərdə Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəhanın ingilis dilinə çevrilmiş yeni cildləri təqdim ediləcəkdir.
Çilinin Santyaqo və Kambocanın Batambanq şəhərində dünyanın son vaxtlar açılan İbadət Evləri qəbul olunmuş cazibə mərkəzlərinə, Əmrin nə olması barədə onların cəmiyyətləri üçün mayaka çevrilməkdədirlər. Onların sayı isə çoxalma ərəfəsindədir. Biz fərəhlə elan edirik ki, Norte-del-Kaukada (Kolumbiya) Məbədin açılış mərasimi iyulda baş verəcəkdir. Bundan əlavə, yeni İbadət Evlərinin tikintisi çox da uzaqda deyil. Vanuatuda tikinti üçün icazə alınmaqdadır. Hindistan və Konqo Demokratik Respublikasında çox mürəkkəb və tələbkar bir proses, nəhayət, uğurlu torpaq alışı ilə nəticələnmişdir. Novruzda Papua Yeni Qvineyada ilk milli Məşriqul-Əzkarın dizaynını görərkən yaranan nəşə hələ getməmiş, Kenyada yerli İbadət Evinin dizaynı açıqlandı. Bu arada, bizim gözləntimiz var ki, Məşriqul-Əzkar təsisatı barədə bizim Tədqiqat Departamenti tərəfindən hazırlanmış və bu yaxınlarda təqdim olunan bəyanat və məcmuə icma həyatında sitayişin əhəmiyyəti barədə dostların anlayışlarını daha da gücləndirəcəkdir. Çünki öz xidmət aktlarında, xüsusilə, müntəzəm dua görüşlərində, bəhailər hər yerdə gələcək İbadət Evlərinin ruhani təməllərini qoyurlar.
1996-cı ildə başlamış və yeganə bir məqsəddə: dəstələrlə daxilolmada əhəmiyyətli bir irəliləyişdə fokuslanmış iyirmi beş illik bir səyin sonuna cəmisi üç il qalır. Həzrət Bəhaullahın ardıcılları 2021-ci ilin Rizvanında bircə il sürəcək bir Plana daxil olacaqlar. Qısa, lakin nişanələr daşıyan bu bir illik səy Əmrin gəmisini Bəhai erasının üçüncü əsrinə götürəcək yeni Planlar dalğasını başladacaqdır. Bu əlverişli on iki ay ərzində Həzrət Əbdül-Bəhanın südunun yüzilliyinin Bəhai dünyası tərəfindən qeyd edilməsi Bəhai Dünya Mərkəzində xüsusi bir yığıncağı ehtiva edəcəkdir ki, bu tədbirə hər bir Milli Ruhani Məhfilin və hər bir Regional Bəhai Şurasının nümayəndələri dəvət olunacaqlar. Lakin bu tədbir qarşıdakı onillərin tələbləri üçün inananları hazırlayacaq silsilə hadisələrdən ancaq birincisidir. Bunun ardınca, yanvar ayında Sərkər Ağanın Əhd və Vəsiyyətnaməsinin insanlar qarşısında ilk oxunuşunun yüz illiyinin qeyd edilməsi Müqəddəs Torpaqda Qitə Müşavirlər Heyətlərini, Mühafizə və Təbliğ üzrə bütün Köməkçi Heyətlərin üzvlərini bir konfransda bir araya gətirəcək bir hadisə olacaqdır. Bu iki tarixi yığıncaqda azad olunan ruhani enerji yaşadıqları hər bir ölkədə Allahın dostlarına ötürülməlidir. Bu məqsədlə növbəti aylarda dünya üzrə Birillik Plandan sonra başladılacaq çoxillik təşəbbüslər üçün bir katalizator olacaq silsilə konfranslar çağrılacaqdır.
Beləliklə, Sərkər Ağanın İlahi Planının açılışında yeni bir faza yaxınlaşmaqdadır. Lakin valehedici və daha yaxın perspektiv bilavasitə qarşıdadır. Həzrət Babın mövludunun iki yüz illiyinə cəmi il yarım qalır. Bu o dövrdür ki, bizim Dinimizin Şəhid-Müjdəçisinin qeyri-adi qəhrəmanlığı xatırlanmalıdır, O Kəs ki, dramatik risaləti insanlığı tarixin yeni erasına doğru atmışdır.
Bizi o dövrdən iki əsrlik bir zaman ayırsa da, Həzrət Babın zühur etdiyi cəmiyyət zülm nöqteyi-nəzərindən, qəlbin dərk etmək yanğısını sakitləşdirmək üçün cavablar axtaran çoxsaylı insanların atəşli arzuları nöqteyi-nəzərindən bugünkü dünyanı xatırladır. Bu iki yüz illik yubileyin layiqincə necə qeyd edilməsinə baxarkən biz etiraf edirik ki, bu bayram tədbirlərinin də özünə məxsus bir xarakteri olacaqdır. Bununla belə, biz bir fəaliyyət çiçəklənməsi gözləyirik ki, o, zənginlik və əhatəlilik baxımından yenicə keçmiş ikiyüzlüllik yubileyi müşayiət edən fəaliyyətlərdən geri qalmayacaqdır. Bu bir hadisədir ki, heç şübhəsiz, hər bir icma, hər bir ailə, hər bir ürək onu səbrsizliklə gözləyəcəkdir.
Qarşıdakı aylar, həmçinin, Həzrət Babın cəsur ardıcıllarının həyatlarını yada salmaq vaxtı olacaqdır – o kişi və qadın qəhrəmanlar ki, imanları Əmrin salnaməsini əbədi olaraq bəzəyəcək bənzərsiz, fədakar əməllərdə ifadə olunmuşdur. Onların qorxmazlıq, bağlılıq, Allahdan başqa hər şeydən inqita etmək keyfiyyətləri onların cürətlərindən öyrənən hər kəsi heyran qoyur. Bu da nə qədər sarsıdıcıdır ki, o şirürəkli qəhrəmanlar elə gənc yaşında tarixdə silinməz iz qoydular. Qarşıdan gələn dövrdə, qoy onların nümunəsi bütün vəfadar inananlara cəsarət versin – xüsusilə də, gənclərə ki, onlar bir daha nə az, nə çox, məhz dünyanın dəyişdirilməsinə yönələn hərəkatın önündə getməyə çağırılırlar.
Odur ki, bizim parlaq, parlaq ümidimiz bunadır. Bu Rizvanla növbəti Yubiley arasında olan altı tsikldə – əslində cari Planın qalan üç ilində – qoy Həzrət Babın, həvvarilərini ilahi nuru yaymağa sövq edən o hər şeyi yandırıb yaxan, hər şeyi əhatə edən məhəbbəti sizi böyük əməllərə ilhamlandırsın. Sizin səmavi yardım almağınız Müqəddəs Astanada bizim dualarımızın məqsədidir.
Biz, yüksək təfəkkürü və yüksək qətiyyəti onun yüksək missiyasına layiq olan bir icmaya xitab etməkdən böyük sevinc hissi duyuruq. Bizim sizə sevgimiz necə böyük, necə də çox böyükdür və sizin Həzrət Bəhaullahın Təlimləri vasitəsilə formalaşan həyatı yaşamaq üçün səmimi və fədakar cəhdlərinizi və susuz bir dünyaya Onun Vəhyinin həyatverici sularını təklif etməyinizi görmək bizim ruhumuzu necə də pərvaz etdirir. Sizin güclü məqsəd hissiniz açıq-aşkardır. Genişlənmə və möhkəmləndirmə, sosial fəaliyyət və cəmiyyətin diskurslarında iştirak sürətlə davam edir və klaster səviyyəsində bu öhdəliklərin təbii uzlaşması getdikcə daha da aydın görünür. Bu heç bir yerdə, hər birinin Əmrin cəmiyyətqurucu gücünü azad etmək üçün bir vasitə olduğu bir sıra səylərlə məşğul olanların sayının getdikcə artdığı yerlər qədər aydın deyil.
Doqquz İllik Planın başlanmasından bəri keçən on iki ayda bu qlobal ruhani təşəbbüsün dostları necə şövqləndirdiyini və təşviq etdiyini və konkret fəaliyyət xətlərinə necə təkan verdiyini görməkdən həzz aldıq. Əsas diqqət hər bir ölkə və regionda üçüncü əlamətdar mərhələnin keçildiyi ən azı bir klasterin ortaya çıxmasını təmin edən planlara verildi: o yer ki, orada böyük sayda insanlar bir yerdə işləyir və canlı bir icma həyatına töhfə verirlər. Bununla belə, bu iyirmi beş illik müddətin məqsədinin dünyanın hər bir klasterində intensiv böyümə proqramı qurmaq olduğunu dərk edərək, inananlar həm də yeni klasterləri Əmr üçün açmağa, eləcə də mövcud böyümə proqramları olan yerlərdə səylərini intensivləşdirməyə başladılar. Dünyanın hər bir yerində pionerliyə qalxmaq fürsəti haqqında yüksək agahlıq mövcuddur – bir çox sədaqətli ruhlar bu fürsətə necə cavab verəcəkləri barədə düşünürlər, başqa bir çoxları isə artıq əsas etibarilə daxili, amma həmçinin getdikcə də beynəlxalq sahədə pioner postlarını tutmuşlar. Bu, ümid etdiyimiz kimi, dostlar tərəfindən hər yerdə qarşılıqlı dəstək ruhunun ifadə olunduğu bir neçə yoldan biridir. Güc toplamış icmalar fərqli bir məkanda – başqa klasterdə, regionda, ölkədə və ya hətta qitədə – irəliləyişi dəstəkləmək öhdəliyini götürüblər və uzaqdan təşviq etməyi və təcrübənin birbaşa paylaşılmasını mümkün edən yaradıcı vasitələr tapılıb. Bu arada, başqa yerli şəraitdə və başqa yerlərdə qurulan planları məlumatla təmin etmək məqsədilə klasterdə öyrənilənləri qeydə almaq kimi əsas yanaşma geniş tətbiq olunur. İnstitut tərəfindən təklif edilən təlim-tərbiyə təcrübəsinin keyfiyyətinin necə yüksəldiləcəyini öyrənmək üçün xüsusi diqqət yetirildiyini görməkdən məmnun olduq. İnstitut prosesi bir icmada kök saldığı zaman onun nəticələri çox böyük olur. Məsələn, sakinlərin təlim institutuna özlərinin güclü bir alətləri kimi baxdıqları intensiv fəaliyyət mərkəzlərinə nəzər salın: onlar bu alətin sağlam inkişafı üçün əsas məsuliyyəti üzərlərinə götürmüşlər. Əmrin qapılarının hər zaman taybatay açıq olduğunu yaxşı bilərək, inananlar daxil olmağa hazır olanları necə təşviq etməyi öyrənirlər. Belə ruhlarla yol getmək və onlara astananı keçməkdə kömək etmək bir imtiyaz və xüsusi bir sevincdir; hər bir mədəni kontekstdə bu dərin və vacib etiraf və mənsub olma anının dinamikası haqqında öyrəniləcək çox şey var. Və bu hələ hamısı deyil. Bir çox klasterlərdə sosial transformasiyaya töhfə vermək üçün səylər özlərinin ən erkən mərhələsində olduğu halda, həmişə olduğu kimi Müşavirlər tərəfindən məharətlə dəstəklənən Milli Ruhani Məhfillər bu səylərin icma quruculuğu prosesindən necə ortaya çıxması haqqında öyrənmək üçün fəal axtarışdadır. Bir xalqın sosial və maddi rifahı haqqında müzakirələr ailə qrupları və icmalar daxilində yetişdirilərkən, dostlar da həmçinin yaxın çevrələrində açılan mənalı diskurslarda iştirak etməyin yollarını tapırlar.
Bütün təsvir etdiklərimiz arasında gənclərin fəaliyyətləri işıq saçır. Təsirin xeyirli olub olmamasından asılı olmayaraq, bu təsirin passiv mənimsəyiciləri olmaq əvəzinə, onlar özlərini Planın cəsur və ağıllı protaqonistləri kimi təsdiqləmişlər. Bir icmanın onları bu işıqda gördüyü və onların tərəqqisi üçün şərait yaratdığı yerlərdə gənclər onlara göstərilən etimadı artıqlaması ilə doğrultdular. Onlar dostlarına Əmri təbliğ edir və xidməti daha mənalı dostluqların təməlinə çevirirlər. Çox vaxt belə xidmət özlərindən daha kiçik gənclərin təlim-tərbiyəsi formasını alır – onlara yalnız əxlaqi və ruhani təlim-tərbiyədə deyil, həmçinin təhsillərində də yardım edirlər. İnstitut prosesini gücləndirmək kimi müqəddəs bir məsuliyyət daşımaqla Bəhai gəncləri bizim əziz ümidlərimizi doğruldurlar.
Bütün bu səylər üçün mühit olduqca təbəddülatlı bir çağdır. Cəmiyyətin bugünkü strukturlarının bəşəriyyətin mövcud çətinliklərində onun ehtiyaclarının qarşılanması üçün pis hazırlığı haqqında iqrarlar hər yerdədir. Geniş olaraq müəyyən və sarsılmaz olduğu güman edilən çox şey sorğulanır və ortaya çıxan qarışıqlıq birləşdirici bir baxış üçün bir arzu yaradır. Birliyi, bərabərliyi və ədaləti dəstəkləmək üçün ucalan xor səsləri nə qədər insanın öz cəmiyyətləri üçün bu arzuları paylaşdıqlarını göstərir. Əlbəttə, qəlblərin Onun irəli sürdüyü ruhani ideallara can atmalı olması Camali-Mübarəkin ardıcılı üçün təəccüblü deyil. Buna baxmayaraq bizim üçün çox təsirlidir ki, bəşəriyyətin kollektiv tərəqqisi üçün ümidlərin nadir hallarda bu qədər tutqun göründüyü bir ildə Əmrin işığı, eyni idealları təbliğ edən vasitələrə fokuslanmış bir milyon yarıma yaxın insanın iştirak etdiyi on mindən çox konfransda daha heyrətamiz parlaqlıqla işıq saçdı. Həzrət Bəhaullahın baxışı və Onun bəşəriyyətə, dünyanın yaxşılaşdırılması üçün birlik içində çalışmaq nəsihəti cəmiyyətin müxtəlif elementlərinin şövqlə toplandığı mərkəz idi və təəccüblü deyil ki, Həzrət Əbdül-Bəhanın izah etdiyi kimi “Dünyadakı hər icma İlahi Təlimlərdə özünün ən yüksək arzularının reallaşmasını tapır”. Bəşəriyyətin xeyirxahları əvvəlcə Bəhai icmasına bir pənah yeri, qütbləşmiş və iflic olmuş bir dünyadan bir sığınacaq kimi cəlb edilə bilər. Lakin onlar orada sığınacaqdan başqa yeni bir dünya qurmaq üçün birlikdə çalışan bənzər ruhları da tapırlar.
Konfransların coğrafi yayılması, onların yeni Plana verdiyi fövqəladə təkan və ya iştirakçılarda onun oyatdığı ürəkdən gələn sevinc ifadələri və coşğu barədə çox yazmaq olar. Lakin bu bir neçə sətirdə biz onların Əmrin inkişafı haqqında nə ifadə etdiklərinə diqqəti cəlb etmək istərdik. Onlar fərqi yox, bənzərliyi görən Bəhai icmasının bir yansıması idi. Bu baxış hamının xoş qarşılandığı görüşlərdə Doqquz İllik Planın araşdırılmasının təbii olduğunu göstərdi. Dostlar cəmiyyətləri üçün Planın tətbiqini yalnız fərdlərin və ailələrin deyil, həmçinin yerli liderlər və hakimiyyət nümayəndələrinin olduğu mühitlərdə nəzərdən keçirdilər. O qədər insanı bir yerdə toplamaq dünyanın hər yerində açılmaqda olan sosial və ruhani tərəqqi haqqında transformativ bir söhbət üçün şərait yaratdı. Eyni zamanda açıq, ruhlandırıcı və məqsədyönlü olan belə görüşlərin bir klasterdə genişlənən bir icma inkişafı modelinə verə biləcəyi xüsusi töhfə Bəhai təsisatlarının gələcək üçün yadda saxlamalı olduqları dəyərli bir dərsdir.
Və beləcə vəfadarlar nail olmağa çalışdıqları şeylər barəsində yeni perspektiv və dərin bəsirətlə Planın ikinci ilinə daxil olurlar. Onların azad etdikləri cəmiyyətqurucu gücün işığında baxıldığı zaman müxtəlif fəaliyyətlər necə də fərqli görünür! Bu geniş açılan perspektiv davamlı bir fəaliyyətin təcrid olunmuş bir xidmət fəaliyyəti və ya sadəcə bir məlumat fraqmentindən daha artıq bir şey kimi görünməsinə imkan verir. Bir-birinin ardınca müxtəlif yerlərdə həyata keçirilən təşəbbüslər öz inkişaf yolunu istiqamətləndirmək üçün necə artan məsuliyyət götürməyi öyrənən bir əhalini meydana çıxarır. Bu ortaya çıxan ruhani və sosial transformasiya özünü bir xalqın həyatında müxtəlif yollarla təzahür etdirir. Əvvəlki Planlar silsiləsində bu, ruhani təlim-tərbiyə və kollektiv ibadətin irəlilədilməsində daha aydın görünə bilərdi. Planların bu yeni silsiləsində icma həyatını yüksəltməyə çalışan digər proseslərə, məsələn, səhiyyəni yaxşılaşdırmaq, ətraf mühiti qorumaq və ya incəsənətin gücündən daha səmərəli istifadə etməklə getdikcə daha çox diqqət vermək lazımdır. İcmanın rifahının bütün bu tamamlayıcı aspektlərini irəlilətmək üçün tələb olunan şey, əlbəttə ki, bütün bu sahələrdə sistematik öyrənmə ilə məşğul olmaq üçün qabiliyyətdir – bir qabiliyyət ki, Təlimlərdən çıxan bəsirətlərdən və elmi tədqiqatlar vasitəsilə yaranan insan biliyinin toplanmış bazasından istifadə edir. Bu qabiliyyət inkişaf etdikcə, qarşıdakı onilliklər boyunca daha çox şeyə nail olunacaq.
Bu geniş, cəmiyyət quruculuğu baxışı dərin mənalara malikdir. Hər bir icma onun reallaşması istiqamətində öz yolu ilə gedir. Lakin bir yerdəki tərəqqinin adətən başqa yerdəki ilə ortaq xüsusiyyətləri vardır. Bir xüsusiyyət budur ki, qabiliyyət artdıqca və yerli və ya milli icmanın gücləri dəfələrlə çoxaldıqca, vaxtı gələndə, bizim Rizvan 2012 mesajımızda izhar etdiyimiz Məşriqul-Əzkarın meydana çıxması üçün tələb olunan şərtlər nəhayət yerinə yetiriləcək. Sonuncu Rizvanda sizə göndərdiyimiz mesajda göstərdiyimiz kimi, biz vaxtaşırı Bəhai Məbədinin ucaldılması üçün yerləri müəyyənləşdirəcəyik. Bu dəfə biz Nepalda – Kançanpurda, və Zambiyada – Mvinilunqada yerli İbadət Evlərinin qurulmasına çağırırıq. Bundan başqa, biz Kanadada, Torontoda çoxdan yaradılmış Milli Həzrətül-Qüdsün yaxınlığında Milli İbadət Evinin ucaldılması üçün çağırış edirik. Bu layihələr və gələcəkdə başladılacaq digər layihələr hər bir ölkədəki dostlar tərəfindən Məbədlər Fonduna verilən dəstəkdən faydalanacaq.
Mərhəmətli Rəbbin Öz sevimlilərinə bəxş etmək üçün seçdiyi nemətlər boldur. Missiya ucadır, perspektiv möhtəşəm. Hamımızın xidmətə çağırıldığımız vaxtlar təxirəsalınmazlıq tələb edir. Odur ki, sizin adınızdan və sizin səyləriniz üçün bizim Həzrət Bəhaullahın Astanasında etdiyimiz dualar atəşlidir.